1. İdarəetməyə kibernetik yanaşma


İdarəetmənin iki növü: insanların idarə edilməsi və mexanizmlərin idarə edilməsi-3



Yüklə 355,95 Kb.
səhifə12/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   8   9   10   11   12   13   14   15   ...   60
esas

12. İdarəetmənin iki növü: insanların idarə edilməsi və mexanizmlərin idarə edilməsi-3

İdarəetmənin iki növünü ayırırlar: insanların idarə edilməsi və mexanizmlərin idarə edilməsi. 1-ci növ idarəetməni informasiya proseslərinin idarə edilməsi və ya təşkilati idarəetmə adlandırırlar. O,texniki-iqtisadi və operativ-istehsalat idarəetməni əhatə edir. 2-ci növ idarəetmə material proseslərinin idarə edilməsi və ya texnoloji idarəetmə adlanır.

İdarəetmə heyətinin (menecerlərin) məsuliyyət sahələrinə görə təşkilati idarəetmənin üç səviyyəsini ayırırlar: yuxarı, orta və aşağı. Yuxarı səviyyənin menecerləri texniki-iqtisadi idarəetmə məsələlərini müəssisə üzrə bütövlükdə həll edirlər. Onlar resursları paylayır və planlaşdırılmış gəlirin alınması mövqeyindən istehsalatın səmərəliliyinə nəzarət edirlər. Müəssisənin və sexlərin operativ-istehsalat idarə edilməsi və sexlərin texniki-iqtisadi idarə edilməsi məsələlərini orta səviyyənin menecerləri yerinə yetirirlər. Bu səviyyənin məqsədi baş verən istehsalat situasiyalarına operativ reaksiya verməkdən ibarətdir.Bu məqsədlə operativ vaxt müddətində tam nomenklatur təsnifatla informasiya hazırlanır. Aşağı səviyyədə texnoloji xətlər üzrə texniki-iqtisadi və operativ-istehsalat məsələləri reallaşdırılır.

Istehsalatın texnoloji hazırlığı funksiyası məmulatın hazırlanması üçün texnoloji prosesi yaratmaqdan ibarət olub, baş texnoloq, baş mexanik və baş energetik şöbələri tərəfindən yerinə yetirilir. Bu funksiyanın məqsədi buraxılan məhsullarının verilmiş xassələrini təmin etməkdən, material və vaxt resurslarını minimumlaşdırılmaqdan ibarətdir.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin