1. İdarəetməyə kibernetik yanaşma


İstehsalatın operativ idarə olunması



Yüklə 355,95 Kb.
səhifə19/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
esas

İstehsalatın operativ idarə olunması. Bu modulda operativ plan-qrafiklər tərtib edilir. Plan-uçot vahidləri kimi məmulatı (son məhsulu) təşkil edən hissələr (xammal, reagent, detallar və s.) çıxış edə bilər. Planlaşdırmanı əhatə edən dövr çox da böyük olmur (bir neçə gündən aya qədər

17. Müəssisənin idarəetmə funksiyaları arasındakı qarşılıqlı əlaqələr-4

MRPII-nin səviyyələri arasında əlaqə universal formulla təmin edilir. Hər səviyyədə planlaşdırma məsələsi aşağıdakı üç suala cavab kimi reallaşdırılır:

1.Nə etmək lazımdır?

2.Bunun üçün nə lazımdır?

3.Hazırda nəyimiz var?

1-ci sualın cavabı kimi daha yüksək səviyyə üçün qurulan plan götürülür. Bununla da səviyyələr arasında əlaqələr təmin edilir. O biri suallara cavablar həll olunan məsələlərdən asılı olur.

MRPII-nin sonrakı inkişafı müəssisənin idarəetmə sisteminin qapalı dövrdə (Closed-loop MRP) qurulması, yəni əks əlaqədən istifadə edilməsi ilə səciyyələnir. Ba cür sistemlərdə işə qoşma-buraxılış tandeminin planlaşdırılması və ucotu, operativ cədvəllərin qurulması, ilkin uçot məsələlərinin həlli kimi funksional imkanlar yaranır. Göstərilən funksional imkanlar nəinki planlaşdırma sistemini dərinləşdirdi, həm də istehsalatın gedişinin səmərəli tənzimlənməsi üçün şərait yaratdı, nəticədə yuxarı səviyyə planlarının dayanıqlığını artırmaq mümkün oldu. Hazırda MRPII sistemləri adı altında məhz əks əlaqəli sistemlər nəzərdə tutulur.

MRPII-nin bir necə inkişaf istiqaməti mövcuddur.

Onlardan biri–MRPII-yə “paylayıcı” sistemlərdə material resurslarının idarə olunması üçün funksiyaların əlavə edilməsidir. Həmin funksiyalar «Paylayıcı sistemlərdə tələbatların planlaşdırılması» (Distribution Requirements Planning-DRP) adlanır. Burada anbarlar şəbəkəsində ehtiyatların idarə edilməsi məsələləri həll olunur. DPR-nin inkişafı ehtiyatların səviyyəsinin təyin edilməsində istifadə edilən ənənəvi «sifariş nöqtəsi» prinsipindən məhsula verilən sifarişdən asılı olan tələbatların təyin edilməsi kimi yeni prinsipə keçməyə imkan yaratdı. Bu üsul hazırda bütün səviyyədə anbarlara-ərazi, topdansatış anbarlardan tutmuş müəssisə anbarlarına qədər-tətbiq olunur.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin