Müəlliflik hüququ. İnformasiya-kommunikasiya texnologiyalarının dinamik
inkişafı və komputerlərin çox surətlə insanların həyatına daxil olması ilk vaxtlar
qanunvericilərin buna hazır olmadığını göstərdi. Bir müddət kompüter proqramlarının
hüquqi müdafiəsi məsələsi açıq qaldı. Lakin getdikcə bu boşluqlar doldurulmağa başlandı.
Belə ki, hazırda kompüter proqramları (kompilyatorlar, redaktorlar, verilənlər bazası və s.)
əmtəə məhsulu statusu almışdır və onlar da intellektual mülkiyyət kimi qorunur. Kompüter
proqramlarının müəlliflik hüququnun tanınması üçün onların hər hansı qurumda
qeydiyyatdan keçirilməsi vacib deyil. Proqrama müəlliflik hüququ avtomatik olaraq onun
yaradılması zamanı meydana çıxır. Proqramın yaradıcısı öz hüquqlarını elan etmək üçün
proqramın ilk buraxılışında üç elementdən ibarət olan müəlliflik hüququnun qorunması
işarəsindən istifadə edə bilər:
çevrənin icərisində, yaxud mötərizədə ―C‖ hərfi – ©, (C);
hüquq sahibinin adı;
proqramın ilk buraxılış ili.
|