18.Kompüter şəbəkələrində təhlükəsizlik. Şəbəkələrin informasiya təhlükəsizliyinin
təmin olunması
Kompyuter şəbəkələrindən ilk vaxtlar, hətta demək olar ki ilk onillikdə unversitet
tədqiqatçıları və korperasiyanın əməkdaşları arasında elektron poçtla mübadiləni aparmaq,
printerdən birgə istifadə üçün istifadə edilirdi. Sözsüz, belə halda təhlükəsizlik məsələsi
diqqəti cəlb etmirdi. İlk yaxınlaşmada şəbəkələrin təhlükəsizliyi şəbəkələrini bir-birilə
kəsişən dörd sahəyə: məxfilik, autentifikasiya öhdəliklərin ciddi olaraq yerinə yet-
irilməsinin təmini və tamlığın təmininə ayırmaq olar. İkinöqtəli xətlə ötürülən paketlər
verilənləri ötürmə səviyyəsində, xəttə ötürülən zaman kodlaşdırıla və qəbul zamanı əks
kodlaşdırmaya məruz qala bilərlər. Bu hadisənin bütün hissələri yalnız verilənləri ötürmə
səviyyəsinə məlum ola bilər. Bu zaman hətta daha yüksək səviyyələr arada nə baş verdi-
yindən xəbərsiz ola bilər.
Kriptoqrafiya. Kriptoqrafiya sözü ―gizli məktub‖ mənasını daşıyan yunan sözlərindən
əmələ gəlmişdir. Kriptoqrafiyanın bir neçə minilliyi əhatə etdiyi uzun və yaxşı tarixi
vardır. Kompyuterlər yaranana kimi kriptoqrafiyada ən əsas faktorlardan biri şifrələyicinin
lazımı çevirmələri aparmaq imkanına malik olmaması idi. Kriptoqrafiyanın əsas qanunu
ondan ibarətdir ki, kriptoanalitikə (yəni kodu sındırana) istifadə olunan şifrələmə üsulu
məlum olur. Yerinə qoyma üsuluna əsaslanan rəqəmlərdə hər bir simvol və ya simvollar
qrupu başqa simvol və ya simvollar qrupu ilə əvəz olunur. Ən qədim şifrələrdən biri Yuli
Sezar tərəfindən yaradılan Yuli Sezar şifrələridir. Bu üsul yerinə qoyma üsuluna əsaslanır,
simvollar sırasını saxlayır, ancaq onları əvəz edir (əvəzləyir). Yerdəyişmə üsulunu istifadə
edən şifrələr, simvolların gəlmə cərgəsini dəyişir, ancaq simvolların ölçülərini dəyişmirlər.
Sınması mümkün olmayan şifrə yaratmaq əslində çox sadədir. Bunun üçün lazım olan üsul
artıq bir neçə ön illərdir ki, məlumdur. Belə ki, açar kimi istənilən bit sətri götürülür. Bu
sətrin uzunluğu verilmiş mətnin uzunluğu ilə üst-üstə düşür. Maraqlı budur ki, şəbəkədə
bir dəfəlik ardıcıllıqla ötürmə probleminin həlli çox qədim tarixi olan kvant mexanika-
sından gəlir.
İzafilik: Birinci kriptoqrafik prinsip belədir: bütün şifrələnmiş materiallar müəyyən
izafiliyə malik olmalıdır, başqa sözlə məlumatı anlamaq üçün lazım olan informasiyaya
malik olmalıdır. Başqa sözlə, məlumatı əks şifrələmə zamanı qəbuledici onun doğruluğunu
analiz vasitələri, hətta sadə hesablamalar aparmaqla aydın etmək imkanına malik olmalı-
dır. İzafilik qəbulediciləri yanlış məlumatlarla (tərkibində zibil olan, arxivləşdirmə
ehtiyyat nüsxəsinin hazırlanması, bazanın sıxılması, korlanmış bazanın bərpası) aldatmağa
çalışan pisniyyətlilərin həmlələrinə qarşı durmaq üçün lazımdır.
Dostları ilə paylaş: