1. Qərar qəbul etmə anlayışı


Qərar qəbul etmə prosesində istifadə olunan metodlar(analiz, sintez)



Yüklə 27,59 Kb.
səhifə3/8
tarix30.12.2021
ölçüsü27,59 Kb.
#49343
1   2   3   4   5   6   7   8
Belge

3.Qərar qəbul etmə prosesində istifadə olunan metodlar(analiz, sintez).

Qərar qəbul etmə prosesində axtarış, tanımaq, təsnifat, nizamlama və seçmə məsələləri həll olunur. Bu məsələlərin həll olunmasında analiz, sintez, induksiya və deduksiya metodları istifadə olunur.

Analiz obyektin xəyali olaraq və ya gercəklikdə elementlərə (tərkib hissələrinə) ayrılmasıdır. Sintez isə elementlərin bütöv bir vəhdətdə birləşməsidir.

İdarəetmə dünyagörüşünün inkişafının müxtəlif mərhələlərində bu metodların xüsusi cəkisi və əhəmiyyəti müxtəif olmuşdur. Bu inkişafın başlanğıc mərhələlərində hər bir təşkilata (idarəetmə obyektinə) maşın kimi baxılırdı və hesab edilirdi ki, insan bu maşının bir hissəsidir. Fərz edilirdi ki, obyekti xarici mühitlə qarşılıqlı əlaqəsini nəzərə almadan tədqiq etmək (öyrənmək) üçün :

1) obyekti tərkib hissələrinə ayırmaq;

2) hər bir hissənin fəaliyyətini və funksiyalarını anlamaq;

3) hissələr haqqında anlayışları bütövlükdə anlamaq.

Göründüyü kimi, bu halda analiz sintez üzərində üstünlük təşkil edirmiş. Maşın dövrünün (XIX – XX əsrlər) dərinliyində isə sistem əsri yarandı. Təşkilat insanın öz məqsədinə malik olduğu sosial sistem kimi qəbul olunmağa başlandı. Hər bir təşkilatın özündən daha yuxarı səviyyəli sistemin hissəsi olması və təşkilat üçün xarici mühitin vacibliyi anlanıldı. Buradan bu nəticə çıxır ki, üç məqsəd səviyyəsinin tədqiq olunması zəruridir: xarici mühit, obyekt (təşkilat) və onun elementləri (əməkdaşları).

İdarəetmə təcrübəsində təsəvvür yarandı ki, tərəqqi və təhlükə mənbələri ilk əvvəl xarici mühitdə yerləşir və obyektin ayrı-ayrı hissələrinin fəaliyyətlərinin təhlili nəticələrinin sadəcə olaraq cəmlənməsi, onun bütövlükdə fəaliyyətinin haqqında düzgün nəticə çıxarmaq üçün tam əsas vermir. Sistemlik prinsipi aşağıdakı kimi ifadə olunur: sistemin ayrı-ayrı hissələrinin fəaliyyətlərinin maksimal effektliliyi bütövlükdə sistemin effektliliyi ilə nəticələnmir. Sistemi təkcə analiz metodları ilə tədqiq etmək olmaz.

Sistem təfəkkürünün vacib məqamlarından biri sintezdir. Analiz və ya sintez bir-birini tamamlayır. Sistem təfəkküründə aşağıdakılar tələb olunur:

1) hər bir obyektin özündən daha yuxarı səviyyəli obyektin hissəsi kimi identifikasiya olunması;

2) sistemin fəaliyyəti, məqsədi və xassələrinin bütövlükdə izah edilməsi;

3) tədqiqat obyektinin funksiyalarının sistemin bütövlüyünü nəzərə almaqla izah edilməsi.


Yüklə 27,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin