1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə97/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   93   94   95   96   97   98   99   100   ...   109
Torpaq coğrafiyaaı tam suallar

52. Subasar torpaqlar

Daşqın sularının çay dərələrinin vaxtaşırı örtdüyü hissəsi subasar adlanır. Dünyanın bir çox çayları – Amazon, Nil, Volqa, Dnepr, Dunay, Reyn, Kür, İrtış, Lena, Amur və s. Çaylar geniş subasar sahələrə malikdir. Subasarlarda torpaqəmələgəlmə proseslərinin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. Sonralar subasarların torpaq örtüyü S.S.Sobolyev, V.İ.Şraqa, Y.V.Şansera və başqaları tərəfindən öyrənilmişdir.

Subasarda təbii bitki örtüyünü əsasən çəmən bitkiləri təşkil etdir. Burada aparıcı torpaqəmələgəlmə prosesi çimləşmə prosesidir. Çimləşmə prosesinin dərəcəsi allüvial çöküntülərin xarakteri, ilk növbədə onların qranulometrik və kimyəvi tərkibi, xüsusən də qida elementlərinin zənginliyi ilə müəyyən olunur. Subasar proses adı altında subasar ərazisinin bu və ya digər hissəsinin vaxtaşırı daşqın suları altında qalması başa düşülür. Subasar proses qrunt sularının qalxmasına, torpaqda mikrobioloji proseslərin intensivliyinə və istiqamətinə, həmçinin təbii bitkiliyin xarakterinə və onun məhsuldarlığına, torpağın və torpaq-qrunt sularının duz rejiminə təsir göstərir.

Subasar ərazisi məcradan uzaqlığına görə üç hissəyə bölünür: məcraqırağı, mərkəzi və terrasqırağı. Onlar allüvial çöküntülərin tərkibinə, relyefinə, hidroloji şəraitinə, bitki və torpaq örtüyünə görə fərqlənir. Subasarların bitki örtüyü olduqca rəngarəngdir. Buranın ot durumunda pişikquyruğu, tülküquyruğu, çəmən topalı, bülbülotu, yonca, çöl noxudu, çəmən ətirşahı, qaymaqçiçəyi, göyümçiçək və başqa otlar üstünlük təşkil edir. Subasar çəmənlərin məhsuldarlığı rütubətlənmə şəraitindən və istifadə xüsusiyyətlərindən asılıdır. Mərkəzi subasarın çəmənləri daha məhsuldar hesab olunur.



Təsnifatı. V.V.Dokuçayev və N.M.Sibirtsev subasar torpaqları təsnifat sxemlərində anormal və ya azonal torpaqlar qrupuna aid edirdilər. Müasir təsnifat sxemlərində subasar torpaqların genezisinin bu iki əsas xüsusiyyəti öz əksini tapmışdır. Tərkibinə, reaksiyasına və başqa xassələrinə görə allüvial çimli və allüvial çəmən torpaqlar qrupu 6 tipə bataqlıq torpaqlar isə 3 tipə bölünürlər. Bunlar aşağıdakılardır: allüvial çimli turş torpaqlar, allüvial çimli doymamış, allüvial çimli- səhralaşan karbonatlı, allüvial çəmən turş, allüvial çəmən doymuş, allüvial çəmən karbonatlı, allüvial çəmən-bataqlıq, allüvial bataqlıq lilli-çürüntülü-qleyli, allüvial bataqlıq lilli-torflu.

Subasarlarda torpaqəmələgəlmənin qeyd edilən xüsusiyyətləri ilə əlaqədar üç qrup allüvial torpaq ayrılır: çimli, çəmən, bataqlıq.




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin