114. Aşağıdakı ifadələr işgüzar ünsiyyətdə etik qaydaların hansına aiddir?
“Muştuluğumu ver”, “Gözün aydın olsun”, “Sənə bir şad xəbər gətirmişəm” və s.
A) Təskinlik vermək, razı salmaq məqamında
B) Danışmağa başlamaq məqamında
C)
Şad xəbərin çatdırılması
D) Bəd xəbərin çatdırılması
E) Qarşılama məqamında
115.
Hansı bənddə kommunikasiya və işgüzar kommunikasiya anlayışları arasındakı
fərq düzgün göstərilməyib?
A) Kommunikasiya informasiya ötürmə prosesidir, bu funksiyada o, birtərəflidir –
monoloqludur, i
şgüzar kommunikasiya qarşılıqlı əlaqə, münasibətlər prosesidir, iki tərəflidir
– dialoqludur
B) Kommunikasiyada həmişə bir nəfər aktiv olur, digəri və ya digərləri informasiya
almaqda passiv rol oynayırlar; rollar dəyişə bilər, qanunauyğunluq isə dəyişmir. İşgüzar
kommunikasiyada
eyni zamanda bütün tərəf müqabilləri az və ya çox dərəcədə aktiv ola
bilir
C) Kommunikasiya subyektin bu və ya digər obyektlə əlaqəsidir, bu zaman təkcə insan
yox, hər hansı canlı (heyvan) və ya maşın (texniki vəsait) obyekt rolunda eynilə insan kimi
çıxış edə bilər. İşgüzar kommunikasiya isə yalnız fərdi subyektlər – insanlar arasında baş
verir
D)
Kommunikasiya bir istiqamətli proses deyil, işgüzar kommunikasiyadakı kimi qarşılıqlı
əlaqələr prosesi olduğu üçün hər zaman improvizə olunur, o əvvəlcədən müəyyən edilmir
E) Kommunikasiya nominativ mənası ilə informasiya prosesidir, o təkcə insanlarla yox,
texniki vasitələr, hətta süni dillərlə də həyata keçirilə bilər, işgüzar kommunikasiya isə
insanlar arasında olur, həm praktik, həm də mənəvi informasiya xarakteri daşıyır
Dostları ilə paylaş: |