TƏLİM METODLARININ ÜMUMİ XARAKTERİSTİKASI İzahlı-illüstrativ metod – Tələbələr mühazirədə yeni informasiyalar alır, dərsliklərdən, istifadə etməklə qazandıqları bilikləri zənginləşdirir və möhkəmlənləndirir. Mühazirədə, yeri gəldikdə, ekran vasitələrindən istifadə etməklə biliklər əyaniləşdirilir.
Reproduktiv metod –Tələbələr qazandıqları nəzəri bilikləri verilən nümunə, yaxud qaydalar əsasında tətbiq edirlər.
Problemli şərh metodu – Müəllim müxtəlif mənbələrdən və vasitələrdən istifadə edərək problemi müəyyənləşdirir və araşdırması üçün tələbələrin qarşısına qoyur.
Deduktiv metod –Bu halda hazır biliklər dinləyicilərə deduktiv nəticələr çıxarmaq yolıı ilə təqdim olunur.
Qismən axtarış və ya evristik metod – Bu metoda görə, problemi tələbənin özü də müstəqil olaraq müəyyənləşdirə bilər. Bu zaman pedaqoq bu işə tələbəni mərhələ-mərhələ istiqamətləndirir və onun icrasına nəzarət edir.
Tədqiqatçılıq metodu –Tədris materialının təhlili, problemlərin qoyulması və həlli, şifahi və ya yazılı təlimatların verilməsindən sonra tələbələr müstəqil olaraq müvafiq ədəbiyyatı və mənbələri müəyyənləşdirir, araşdırır və öyrənirlər.
Tələbənin tədris materialı üzərində müstəqil iş metodları –Tələbə, dərsliyi, yaxud mühazirə mətnini tam mənimsəyənə qədər oxuyur. Yeni materialı bütün dəqiqliyi ilə dərk etdikdən sonra müxtəlif tapşırıqları yerinə yetirir. Tapşırıqlar, təlim materialını əhatə edən suallar, yaxud biliklərin tətbiqini tələb edən misallar ola bilər. Tədris metodunu müəyyənləşdirərkən bütün təlim-tərbiyə metodlarının öyrədici, inkişafetdirici, tərbiyəedici funksiyaları əsas götürülməlidir. Təlim metodu seçərkən onun öz funksiyalarını nə dərəcədə yerinə yetirdiyi, yəni, «funksional yararlılığı» nəzərə alınmalıdır. Təlim metodunun «funksional yararlığı» təhsil alanların dünyagörüşünü, təfəkkür və nitqini inkişaf etdirməsində təzahür edir
ALİ MƏKTƏBDƏ TƏLİMİN TƏŞKİLİ FORMALARI HAQQINDA ÜMUMİ MƏLUMAT
Ali məktəbdə tədris prosesi bir qayda olaraq auditoriya və auditoriyadankənar formalarda həyata keçirilir. Auditoriya və auditoriyadankənar məşğələlər öz növbəsində tələbələrlə frontal, qrup, yarımqrup fərdi iş formaları şəklində icra olunur. Təlimin təşkili texnologiyaları 2 qrupa bölünür:
Təlimin təşkilinin ənənəvi texnologiyaları.