64)Qaraqoyunlular dövləti. 1406-cı ildə Sultan Əhməd Cəlairin qoşunları İraqdan Azərbaycana soxuldular.O,bayrağında Qara qoyun şəkili olan Qara Yusiflə ittifaqa girdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin.Teymurun ölümündən sonra onlar Azərbaycana qayıtdılar. 1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər.Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi haqda fərman verdi. Sultan vergilər barədə verdiyi vədə əməl etmədi, əksinə daha da ciddi tədbirlər gördü. Az sonra Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşdı, əhali Sultan Əhmədə kömək etmədi və o, Bağdada qaçdı. 1406-cı ilin payızında Təbriz yaxınlığındakı Şənbi-Qazanda I döyüşdə Teymurilər məğlub oldular. 1408-ci il aprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifn qüvvələri ilə Əbubəkrin qoşunu arasında II döyüşdə Miranşah öldürüldü və Teymurilər təslim oldular. Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu. Qara Yusifin siyasət uğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara Yusiflə olan şərtini pozdu. 1410-cu ilin yayında Sultan Əhməd Təbrizə hücuma keçdi. Şirvanşah I İbrahimin oğlu Kəyümərs ona kömək edirdi, çünki bununla o, Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif onlardan əvvəl Təbrizə çatdı. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başladı. Cəlairilər darmadığın edildi. Sultan Əhməd Qara Yusifin əlinə keçdi, ondan Azərbaycan və İraq hakimiyyətindən əl çəkmək haqqında yazılı iltizam alındı və ertəsi gün öldürüldü. Cəlairilər hakimiyyətinə son qoyuldu. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə yaranan Qaraqoyunlu dövlətinin tərkibinə şimalda Şirvanşahlar dovləti istisna olmaqla bütün Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq daxil oldu. Paytaxtı Təbriz oldu. 1411-ci ildə Qara Yusif oğlu Pirbudağı sultan elan etdi. Ancaq yuksək idarəçilik hüququ Qara Yusifdə qalırdı. Qara Yusif Kəyumərsi əsir tutdu, onu öldürmədi, azad etdi, lakin atasının Qaraqoyunlu ali hakimiyyətini tanıması haqqında ona məktub verdi. Kəyumərsin asanlıqla əsir düşməsi və zəmanətsiz buraxılması I İbrahimdə şübhə doğurdu. O, elə zənn etdi ki, Qara Yusif Kəyumərslə gizli sazişə girmiş, Kəyumərs də atasının taxtında oturmaq üçün ona söz vermişdi. Buna görə də I İbrahim guya Şirvan taxtına xain çıxmış Kəyumərsi edam etdirdi. Qara Yusif Qarabağa gəldi, Şirvana qasid göndərib I İbrahimin ona tabe olmasını tələb etdi. Lakin I İbrahim rədd cavabı verdi və Şirvanın müstəqilliyi uğrunda mübarizəyə hazırlaşdı. O, Şəki hakimi Əhməd və Kaxetiya çarı II Konstantinin köməyinə arxalanırdı. 1412-ci ilin sonunda Kür sahilində döyüş baş verdi. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin tərəfində vuruşurdu, buna görə də I İbrahim və onun müttəfiqləri məğlub oldular. Şirvanşah I İbrahim, onun yeddi oğlu, qardaşı, məsləhətçiləri və Kaxetiya çarı Konstantin əsir alındı. 1413-cü ilin aprelində Şirvana qayıtdı. Qara Yusifin qoşunu Şirvanı tərk etdi. 1417-ci ildə Şirvanşah I İbrahim vəfat etdi, onun Azərbaycanı birləşdirmək cəhdi yarımçıq qaldı. Şirvanşah I Xəlilullah (1417-1462) Qara Yusifin hakimiyyətini tanımadı və Teymurun oğlu Sultan Şahruxla (1405-1447) Qaraqoyunlular əleyhinə ittifaqa girdi. Sultan Şahrux qardaşı Miranşahın qisasını almaq üçün 1418-ci ilin yazında və 1420-ci ildə Azərbaycana uğursuz yürüşlər etdi. Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş əraziyə yiyələnmiş Qara Yusif döyüşlərin birində (1420-ci il noyabırn 17-də) yaralandı və Təbriz yaxınlığında Uçan adlı yerdə vəfat etdi. Cahanşah hərbi səfərdə olduğu zaman yarımköçmə feodallar Azərbaycanda Cahanşahın oğlu Həsənəlinin, Bağdadda isə digər oğlu Pirbudağın ətrafında birləşərək qiyam qaldırdılar. Bunu eşidən Cahanşah 1459-cu ilin yanvarında Əbu Səidlə Heratda barışıq müqaviləsi imzaladı və təzminat alıb Azərbaycana gəldi (8, s. 369). O, qiyamları yatırdı və 1465-ci ildə Pirbudağın üzərinə irəlilədi. Pirbudaq təslim oldu və öldürüldü. Beləliklə, Cahanşahın fəal daxili və xarici siyasəti ara müharibələrə son qoydu. Xalq kütlələrinin son dərəcə ağır vəziyyəti, feodal çəkişmələri, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri Qaraqoyunlu dövlətinin getdikcə zəifləməsinə səbəb oldu və Ağqoyunlu Uzun Həsənin Qaraqoyunlular üzərində qələbə çalması üçün əlverişli şərait yaratdı.