Kəlbəcərin işğal səbəbləri
25 mart 1993-cü il tarixdən hücuma keçən Ermənistan silahlı
qüvvələri rus ordusu bölmələrinin dəstəyi ilə 2 aprel 1993-cü il tarixdə
Kəlbəcər bölgəsini tamamilə işğal etdilər. Üç tərəfdən-Göyçə, Ağdərə və
Laçın istiqamətlərindən-Kəlbəcəri mühasirəyə alan düşmən qüvvələrinin
qarşısında demək olar ki, təkcə qalan Kəlbəcər batalyonu pərakəndə
şəkildə düşmənə müqavimət göstərsə də möhkəm müdafiə qura bilmədi
və Məcbur olaraq geriyə çəkildi.
Ermənilər işğal edərkən Kəlbəcərdə 1000 nəfərədək mülki şəxsi
öldürmüş və əsir aparmışdır. Indiyədək 30 nəfər hərbçimim və 125 nəfər
mülki şəxsin talehindən bir xəbər yoxdur. Düşmən 130-dan çox yaşayış
məntəqəsini, 13 mindən çox evi, 500-dən çox sənaye, tikinti və kənd
təsərrüfatı müəssisəsini, 150 məktəbi və uşaq bağçasını, 76 xəstəxananı
yandırıb məhv etdilər. Bununla yanaşı 100000 baş inək və camışı,
500000 baş qoyunu, 5000 baş atı, 50000 arı pətəyini, 800 minik və yük
maşını və traktoru, 195000 xalçanı 39 min dəst mebeli, 26 min ədəd
televizor və soyuducunu və digər sosial və məişət avadanlıqlarını, ev
əşyalarını qarət edərək Ermənistana apardı. Ümumiyyətlə Kəlbəcərə
həmin dövrdə 761,4 milyon ABŞ dolları ziyan vurdular.
Hərbi cəhətdən əhəmiyyətli bir bölgə olan Kəlbəcərin ərazisi 3,1
min kv. km, sərhədləri isə həm Ermənistanla, həm də Dağlıq Qarabağla
180 kilometrdən çox idi. Həmin əraziləri müdafiə etmək üçün xeyli canlı
qüvvə və hərbi texnika lazım idi. Həmin hərbi qüvvə isə Kəlbəcərdə yox
idi. 1993-cü ildə Kəlbəcər batalyonunun komandiri olmuş polkovnik-
leytenant Eldar Həsənovun dediklərindən: “Bizim tabor kəlbəcərin
Ermənistanla 110 kilometrlik sərhəddində 10 sərhəd məntəqəsində-
dağların zirvələrində- yerləşdirilmişdir. Bu məsafəni müdafiə etmək
üçün isə ən azı bir briqada lazım idi. Ağdərə istiqamətində-Ağdabanda və
Çərəkdarda xalq cəbhəsinin yenidən təşkil edilmiş könüllülər taboru və
hərbi hissənin 1-ci taboru yerləşdirilmişdi. Bu taborlarda bir neçə topdan
başqa hərbi texnika yox idi. Hələ 1992-ci ilin dekabrında Müdafiə
Nazirinin əmri ilə bizim taborun 450 nəfər könüllü döyüşçüsü də tərxis
edilmişdir. Ermənistandan Kəlbəcərə rus və ermənilərdən ibarət iki alay,
Ağdərədən isə iki briqadanın eyni vaxtda hücuma keçdiyi məlumdur.
Ermənistan öz gücü ilə Kəlbəcəri işğal edə bilməzdi. Bu qüvvələrin
qarşısında pərakəndə şəkildə iki-üç tabor dururdu. Bu zaman Müdafiə
Nazirliyinin əmri ilə (25 mart 1993-cü il) hərbi hissə Laçın bölgəsindən
Kəlbəcərə çəkilməli və Kəlbəcərdə müdafiə qurmalı idi. Lakin bu əmr
188
Vətən uğrunda ölmək Ģərəflidir. DüĢmənə müqavimət göstərmədən,
döyüĢsüz geri çəkilmək isə Ģərəfsiz ölüm kimidir. M ü ə l l i f
gecikmiş əmr idi. Uzun müddət səngərlərdə və döyüşlərdə əvəz
edilmədən iştirak etmiş əsgərlərlə iki-üç gün ərzində müdafiə qurmaq
olmazdı. Onları yenidən döyüşlərə aparmaq çox çətin idi və bu mümkün
də olmadı. Bu zamana qədər bütün Ağdərə bölgəsi düşmən əlinə keçmiş,
Kəlbəcərin şərqindəki 11 kənd artıq işğal edilmişdi. Ermənistanla
sərhəddə yerləşdirilmiş Kəlbəcər batalyonunun bölük və tağımları
arasında, eləcə də qərərgahla bölük və tağımlar arasında əlaqə çox zəif
idi. Faktiki olaraq Kəlbəcəri müdafiə etmək üçün hərbi qüvvələr çox az
idi. Bütün bunlara baxmayaraq Kəlbəcər batalyonu fədakarcasına
düşmənlə vuruşurdu. Kəlbəcər batalyonu döyüşə-döyüşə 50 mindən çox
əhalinin düşmən əlinə keçməsinə imkan vermədi. Əks halda Kəlbəcər
faciəsi Xocalı faciəsindən pis olardı. Bu taborun ən böyük fəaliyyətindən
biri idi. İtkilərimiz də çox oldu...”
Deməli, Kəlbəcərin işğal olunmasının əsas səbəbi: təpədən
dırnağadək silahlanmış erməni və ruslardan ibarət düşmənə qarşı döyüş
aparacaq hərbi gücün olmamasıdır. Bu hərbi gücə -lazımi qədər canlı
qüvvə, hərbi texnika, rabitə vasitələri, mərmi, döyüş sursatı, ərzaq və s.
daxildir ki, bunlar da Kəlbəcər batalyonunda lazımi qədər yox idi...
Bundan başqa Kəlbəcər bölgəsinin işğal olunmasında ölkə
hakimiyyətinin, yerli İcra orqanlarının, eləcə də əhalinin hərbi işlərə və
müdafiə məsələlərinə ciddi yanaşmamalarının da müəyyən dərəcədə təsiri
var idi. Kəlbəcər işğal olunmazdan təqribən bir il əvvəl yerli İcra
hakimiyyəti səriştəsiz başçılarla əvəz olundu. 1992-ci ilin fevral-mart
aylarında yaradılan xalq cəbhəsi batalyonu (844 saylı hərbi hissə) may
ayında ləğv edildi. Belə ki, bölgədə xalq cəbhəsinin sədri İcra başçısı
təyin olunduqdan sonra həmin döyüşçülərə laqeydlik göstərildi və bunun
nəticəsi olaraq həmin döyüşçülərin hamısı tərksilah edildi. 1993-cü ilin
martında həmin xalq cəbhəsi batalyonu yenidən pərakəndə şəkildə təşkil
olunmağa başlasa da artıq gec idi...
Ordu komandanlığının hərbi qüvvələri və döyüşləri əlaqələndirə
bilməməsi də məğlubiyyətin səbəblərindən biridir. Ordu komandanlığının
özündə səriştəsiz zabit və generalların əmri və ya tapşırığı ilə döyüşün
189
Dönməzlik ölüm də gətirə bilər, qələbə də.
M ü ə l l i f
əsas aparıcı qüvvəsi olan yuxarı yaşlı əsgərlərin tərxis edilmələri ordunun
zəifləməsinə səbəb oldu. Bu kəlbəcərli döyüşçülərin bir dəfə 1992-ci ilin
may-iyun aylarında, ikinci dəfə isə həmin ilin dekabrında ordudan tərxis
edilmələrini (təqribən 1500 nəfər) yuxarı komandanlıq belə əsaslandırırdı
ki, guya nizami ordu yaradılır. Bu-ən azı ağılsızlıq idi. Bunun nəticəsidir
ki, həmin vaxt tərxis olunan könüllü döyüşçülər indiyədək döyüşlərdə
iştirakçı vəsiqələrini ala bilmirlər. Tarixən məlumdur ki, müharibə aparan
ölkədə nəinki 18-20 yaşlı əsgərlərdən, eləcə də 50 yaşadək kişilərdən
istifadə edilməlidir. Bundan başqa hərbi komissarlıqların ədalətli
olmaması nəticəsində döyüşçülərin bir qisminin orduya çağırılması və
digər qisminin çağırılmaması, yəni, ayrıseçkilik qoyulması da
döyüşçülərin mənəvi hazırlığına pis təsir göstərirdi...
Kəlbəcərli ziyalılar ölkə və İcra hakimiyyətinə, həmçinin, ordu
komandanlığına ərazinin müdafiəsi üçün heç bir təsir edə bilmədilər və
ya etmədilər. Əhalinin əksəriyyəti isə orduya lazımi qədər həm mənəvi,
həm də canlı qüvvə ilə kömək göstərmədi. Əhalinin bəzi hissəsi belə
düşünürdü ki, ordu var, o da Kəlbəcəri qorumalıdır. Onlar böyük bir
fəlakətin yaxınlaşdığını dərk etmədilər...
DöyüĢçülərdən YaĢar Abdullayev (ortada) və döyüĢ yoldaĢları
190
Səngərdə düĢmənlə üz-üzə, təkbətək qalarkən insan bir daha
qəlbən saflaĢır, özünü hamıdan güclü və yenilməz hiss edir.
M ü ə l l i f
Dostları ilə paylaş: |