Biz son sözümüzü Qarabağda - həm də qələmlə deyil-
silahımızla deyəcəyik!
300
301
Hoçaz dağında bir gün
Səhərin alatoranında quşların səsi getdikcə artırdı. Onlar sanki
bir-biri ilə bəhsə girmişdi. Yamaclara daraşan torağaylar oxuya-oxuya
havada dövrə vuraraq göyə qalxır və buludların arasında yoxa çıxırdı.
Dağlardan əsən külək dərələrə çökmüş dumanı Həkəri dərəsinə tərəf
qovurdu. Dağların zirvələri bu duman “dənizində” adalara bənzəyirdi.
Təbiətin nizamını hərdən bir qayalarda əks-səda verən pulemyotların
şaqqıltısı pozurdu. Bu zaman quşların da səsi kəsilir, dağlara qısa
müddətli bir sükut çökürdü.
Artıq səngərlərə çevrilmiş dağlar, qayalar, ağaclar bir-birindən
təbii gözəllikləri ilə deyil, hərbçi nöqteyi-nəzəri ilə fərqləndirilirdi. Yəni,
hansı ağacın və ya dağın arxasında, hansı qayalıqda, hansı təpədə daha
yaxşı mövqe tutmaq olar? Hansı cığırla, dərə ilə meşəliklə kəşfiyyata
getmək olar, düşməni harada qarşılamaq olar? Bəli belə seçilirdi dağlar,
daşlar, ağaclar, kollar, cığırlar-təbiətin gözəllikləri. Bu təbiət nizamından
ağılla, bacarıqla istifadə etmək, düşmən hücumlarının və fitnələrinin
qarşısını almaq, hər bir komandir və əskər üçün vacib şərtlərdən biri idi.
2-ci tabor ətrafdakı dağların ən hündürü olan Hoçaz dağında
müdafiə mövqeyi tutmuşdu. Buradan baxdıqda bütün Həkəri dərəsi,
Laçın və Zəngəzur dağları aydın görünürdü. Qarabağı Zəngəzurla
birləşdirən yol-dəhliz Laçından keçirdi. Həmin dəhlizin və Laçının
düşməndən azad edilməsi üçün “Laçın dəhlizi” əməliyyatı hazırlanmışdı.
Bu da düşmən qüvvələrinin parçalanmasına, müharibədə dönüş
yaranmasına və son nəticədə qələbəyə aparan yol ola bilərdi. Bir neçə
gün əvvəl Hoçaz dağının düşməndən azad edilməsi, həmin “Laçın
dəhlizi” əməliyyatının bir hissəsi idi. Düşmən də bunu bildiyindən Hoçaz
dağının itirilməsi ilə heç cür razılaşmaq istəmir, tez-tez hücuma keçir, bu
mühüm yüksəklıkləri ələ keçirməyə çalışırdı. Lakin, düşmən cəsur
döyüşçülərimiz tərəfindən, itkilərə məruz qalaraq geri çəkilməyə məcbur
olurdu. İki həftə əvvəl düşmənin daha bir hücumunun qarşısını alan tabor,
düşmənin 300 nəfərədək canlı qüvvəsini məhv etmiş, 7 tankını, 2 PDM-ni
vurmuş, 5 tank, 3 PDM, 3 ədəd 120mm-lik minaatan və çoxlu sursat ələ
keçirmişdi.
Kəşfiyyatçıların gətirdiyi məlumatları götür-qoy edən komandir,
öz hərbçi təxəyyülü ilə düşmənin yenidən hücuma hazırlaşdığını hiss
etmişdi. Buna görə də əvvəlcədən tankların dağ yamaclarında manevr
etmələri üçün əlavə döyüş mövqeyi və yollar açdırmış, düşmən
mərmilərindən qorunmaq üçün daldalanacaqlar düzəltdirmiş, sursat və
mərmi daşıtdırmışdı. Görülmüş müdafiə işlərini bir daha yoxlamaq
302
qərarına gələn komandir, qərərgah rəisi və müavinlə döyüş mövqelərini
gəzməyi qərara aldı. Onlar əvvəlcə müşahidə məntəqəsinə qalxdılar.
Müşahidə aparan əsgərlər onlara məlumat verdilər.
-Necəsiz uşaqlar?-deyən komandir əsgərlərlə salamlaşdı.
-Çox sağ ol komandir, vəziyyət hələ ki, yaxşıdır-hamının
“Qarabala” çağırdığı əsgər cavab verdi. Komandir həmişə əsgərlərin
döyüş əhvalının yüksək olmasına çalışır, döyüşdə əsgərlərə daha yaxın
olmaq istəyirdi. Buna görə də onlardan bir daha döyüşə hazır olub-
olmamalarını soruşdu, onların səngər həyatı ilə maraqlandı və əlavə etdi:
-O, qarşıdakı təpəni də, yolu da gözdən qoymayın!
-Oldu, komandir.
Oradan aşağıya-tankçıların yanına endilər. Onları tank bölüyünün
komandiri qarşıladı və söhbət edə-edə tankın yanına gəldilər. Oradan
düşmən tanklarının keçəcəyi bütün yollar aydın görünürdü. Qarşıdakı
təpənin yamacı ılə gələn yol sağ tərəfdəki yüksəkliyin ətəyinə çıxır və
dərədən keçərək görünməz olur, mövqelərimizin arxasına qədər uzanırdı.
Komandir həmin yolu tankçılara göstərib, oranı daimi nəzarətdə
saxlamağı tapşırdı.
-Oldu, komandir, amma bircə tankla işimiz çətin olacaq -Xaliq
dilləndi. Xəyyam isə ermənilərdən götürülmüş tankların tezliklə təmir
ediləcəyini bildirdi. O, tank bölüyünün komandiri idi.
Komandir saatına baxdı. Axşama az qalırdı. O, ön mövqedə hər
bir əsgərlə görüşür, söhbət edir, bəzən onlarla zarafat da edirdi. Yaxşı
bilirdi ki, döyüşün nəticəsi əsgərlə komandirin ünsiyyətindən və bir-
birinə inamından asılıdır. Bu inamı isə o çoxdan qazanmışdı. 2-ci taborda
hər bir zabit və əsgəri yaxından tanıyır, onlara qayğıkeşliklə yanaşırdı.
Əsgərlər isə bu qayğını həmişə hiss edirdilər. Zenitçilərin yanına
qayıtdıqda, komandir dayandı və nə isə fikirləşdi. Baş leytenant Azər
Bəkirov komandirin dayandığını görüb soruşdu:
-Nə oldu, komandir?
-Ola bilər ki, ermənilər vertalyotla da hücum etsin-deyərək, öz
fikrini bildirdi.
-Onlar belə tezliklə özlərinə gəlməzlər-qərərgah rəisi mayor
Lütfü Cəfərov gülümsündü.
-Hər həlda ehtiyatlı olmalıyıq-deyərək komandir əlavə etdi.
Tabor kmandiri düşmənin hava hücumunu dəf etmək üçün
zenitçilərə də bəzi tapşırıqlar verdi. Axşam onlar qərərgaha qayıtdılar.
Səhər açılar-açılmaz düşmən taborun bütün mövqelərini top və
minaatanlarla atəşə tutdu. Baş qaldırmağa imkan olmasa da tabor
komandiri əsgər və zabitlərə düşmənin hücuma keçəcəyini bildirdi və
303
möhkəm durmağı tapşırdı. Artilleriya hazırlığından sonra havada
düşmənin səkkiz qırıcı vertalyotu göründü. Mövqelərimiz vertalyotlardan
atılan raket və pulemyot güllələri ilə güclü atəşə məruz qaldı. Havada
dövrə vuraraq pulemyot və raketlərlə atəş açan vertalyotlar növbə ilə
həmlələr edir, mövqelərimizi daim atəş altında saxlamağa çalışır, eyni
vaxtda 8 tank, 3 PDM və 1000 nəfərədək canlı qüvvə ilə hücuma keçmiş
öz qüvvələrinə irəliləməkdə kömək etməyə çalışırdı. Ölən və yaralananlar
var idi. Atəş səslərindən və partlayışlardan qulaq tutulurdu. Zenitçilər
yağış kimi yağan güllələrə əhəmiyyət vermədən vertalyotları yaxına
buraxıb onları qəflətən atəşə tutdular. Atəşə tutulan vertalyotlar geriyə
fırlandılar. Lakin onlardan biri tüstüləyə-tüstüləyə uzaqlaşaraq dərəyə
düşdü. Düşmən vertalyotunun vurulması əsgərlərimizi o qədər
ruhlandırdı ki, indiyədək raketlərdən qorunmağa çalışan əsgərlər, qəfildən
başlarını səngərlərdən qaldırdılar və düşməni hər tərəfdən atəşə tutaraq
onları bir-bir yerə sərməyə başladılar. Birdən dağın arxasından çıxan
başqa bir düşmən vertalyotu zenitçiləri hədəfə almışdı. Bir neçə raket
atan düşmən vertalyotu atəşə tutulduğunu görüb geriyə dönmək
istəyərkən zenitçilərin atəşi ilə göydə alışaraq mövqelərimizdən
aralanmağa çalışdı, lakin müvazinətini saxlaya bilməyib dağa çırpıldı.
Digər düşmən vertalyotları isə qorxudan mövqelərimizdən uzaqlaşdılar.
Əsgərlər daha da ruhlanaraq düşmən piyadalarına qan uddurmağa
başladılar. Hətta düşmənin 11 ədəd tankı və döyüş maşını da onların
gözündə piyadaya çevrilmişdi.
Düşmən tankları qarşıdakı dağın döşü ilə irəliləyirdi. Xəyyam
tankı mövqeyə çıxarmaq üçün mexanik Vüqara tapşırıq verdi. Bu vaxt
efirdə Qorxmazın səsi eşidildi: “Qabaqda gələni vur”-dedi. Tankçılar
qabaqda gələn düşmən tankını nişan aldılar. Ilk mərmi üstdən keçib
yamacda partladı. Ikinci mərmi isə hədəfə dəydi, tankın tırtılları yerə
töküldü. Düşmən tankı yerində qaldı. Arxadan gələn tanklar və PDM-lər
bizim tankı atəşə tutdular. Vüqar tankı geriyə çəkdi və yenidən mövqeyə
çıxardı. Elə birinci atəşlə düşmənin ikinci tankı da vuruldu. Tankçılarımız
yeni hədəfi nişan almağa macal tapmadılar. Düşmənin digər tankından
atılan mərmi bizim tanka çırpıldı, tank yerində silkələndi və üç-dörd metr
geriyə hərəkət edib dayandı. Tabor komandiri və bir neçə əsgər tanka
tərəf qaçdılar. Xəyyam tankdan çıxmağa çalışırdı. Əsgərlər ona kömək
etmək istədilər. O, Xaliqlə Vüqarın yaralandığını dedi. Əsgərlər onları
tankdan çıxarıb təhlükəsiz yerə çəkdilər və yaralarını sarıdılar.
Amansız bir döyüş başlamışdı. Lakin nə komandirlər, nə də
əsgərlər özlərini itirmir, qumbaraatnlarla vurulan düşmən tanklarının
dalbadal yanmasından sevinir, düşmənin say çoxluğu onları qorxutmurdu.
304
Döyüşdə mütləq qələbə olacağına inanırdılar. Iki saatlıq bir döyüşdə canlı
qüvvəsinin demək olar ki, yarısını itirən düşmən, yaralı və meyidləri dağ
yamaclarında və dərələrdə qoyub qaçırdı.
Günortaya yaxın döyüş başa çatmışdı. İndi dağların sükutunu
avtomat və pulemyotlardan atılan tək-tək atəş səsləri pozurdu.
Hoçaz dağında daha bir gün beləcə başa çatdı.
Dostları ilə paylaş: |