124
ġ ə r q m ə s ə l i
Bölüyü təhvil götürərkən əvvəlcə silah-sursatı və əşyaları yoxladım,
sonra isə bütün keşik çəkdiyimiz ön mövqeləri gəzdim. Əvvəlcə hər bir
tağımın keşikçi məntəqələrini, onların əlverişli və ya əlverişsiz
olduqlarını nəzərdən keçirdim. Onların silah-sursatı, texnikası, rabitə
qurğuları ilə, başlıcası isə əsgərləri ilə tanış oldum.
Bəzi yerlərdə keşiklərin sayını artırdım, bəzi yerlərdə onların
yerini dəyişərək daha əhəmiyyətli yerlərdə yerləşdirdim. Zəylikdə dörd,
Yellicədə isə üç daimi keşik (post) təşkil etdim. Qış olmasına
baxmayaraq ermənilər hər vaxt hücum edə bilərdi. Baş leytenant Nizami
Bayramov Yellicədə 2-ci tağıma, Nizami Məhərrəmov Zəylikdə 3-cü
tağıma, leytenant İsa Hüseynov isə Ağduzdaqda 1-ci tağıma komandirlik
edirdi. Müavinim leytenant Tahir Həşimovu Yellicəyə göndərdim, özüm
isə bölüyün baş çavuşu İlqar Məhərrəmovla Zəylikdə qalmağı lazım
bildim. Bu barədə komandirə məlumat verdim. Zəylik kəndinin Göyçə
aşırımında mövqelərimizi gücləndirmək lazım idi. Həm də buraya
düşmənin hücum edəcəyi barədə məlumatımız var idi. Bu barədə
komandirə məlumat verdim. 1993-cü il mart ayının sonuna qədər Göyçə
aşırımındakı mövqelərdə müdafiədə durduq. Mən tez-tez Yellicə və
Ağduzdağa gedir əsgərlərlə görüşür, ön mövqeləri yoxlayır, onların da
ərzaq, geyim və yanacaqla təchizatına diqqət yetirirdim. Bütün qışı
yazadək dağdakı mövqeləri möhkəmlətməklə, birbirindən uzaqda
yerləşən tağımların təchizatı ilə məşğul oldum. 1993-cü ilin martınadək
dağlarda elə bir əhəmiyyətli döyüş baş vermədi. Kəlbəcər batalyonunun
Göyçə ilə sərhəddə yerləşdirilmiş bölük və tağımların bir neçəsinin şəxsi
heyəti aşağıdakı siyahıda verilmişdir:
Dostları ilə paylaş: