34
çevrilmişdilər.
- Sezar Qalliyada möhkəmlənməklə hərbi baxımdan güclənə bilər və bu ona Romada hakimiyyəti ələ
keçirməyə imkan verərdi.
Bu dövrün öyrənilməsi üçün əsas mənbələrdən biri Sezarın yazdığı 8 kitabdan ibarət “Qalliya
müharibələri” adlanan qeydləridir. Bu əsərdə qədim dünyanın adət-ənənələrindən tutmuş, o dövrki siyasi
xadimlərin diplomatik ustalıqlarına qədər materiallar əldə etmək mümkündür. Sezarın apardığı mübarizədə kelt
tayfalarına qarşı mübarizə ağır olmuşdur. Bunlar döyüşkən tayfa olsalar da, Sezar onların ram olunmasına
çalışırdı. Ancaq kelt tayfaları hər şeyi yandırmış və qərbə doğru köç etmişdilər. Kelt tayfalarının qüdrəti bütün
Qalliyaya məlum idi. Onların tabe edilməsi Sezarın Qalliyadakı fəalliyyətinə uğur gətirə bilərdi. Keltləri izləyən
Sezar hiss etdi ki bu tayfalar romalılara qarşı döyüşə girməkdən yayınırlar.
Sezarın kəşfiyyatı müyyənləşdirmişdi ki, kelt kahini öz tayfa başçılarına yeni ay çıxana qədər
müharibəyə girməməyi tapşırmışdır. Bu, Sezarın kelt tayfalarını ram etməsinə və əvvəlki yaşayış yerlərinə
qaytarmasına imkan verdi. Senat Sezarın Qalliyadakı uğurları şərəfinə Romada 15 günlük bayram tədbirləri
həyata keçirməli olmuşdu. Qalliya müharibələri Sezara elə şöhrət gətirdi ki, bu ona Romada öz diktaturasını
yaratmağa imkan verdi.
E.ə. 49-cü ildə Sezar Romada hakimiyyəti ələ keçirdikdən sonra (e.ə.49-44) tiranlıq yaratmış və qısa
müddət olsa da xarici siyasətlə bağlı bütün fəaliyyəyləri özündə birləşdirmişdi.Sezarın istəmədiyi adam səfir
gedə bilməzdi.
Sezarın ölümündən sonra Romada II triumvrat formalaşdı. Buraya Sezarın varisi Oktavian və etibarlı
sərkərdələrdən Antoni və Lepid daxil idilər. II Triumvratın fəaliyyəti nəticəsində respublika tərəfdarları e.ə. 42-
ci ildə baş vermiş Filippi döyüşündə darmadağın edilmiş və e.ə.31-ci ildə Romanın tarixində imperiya dövrü
başlamışdı. 44 il hakimiyyətdə olan Oktvian Avqust senatın və konsulların fəaliyyətini özündə birləşdirdi və
onun icazəsi olmadan heç kəs səfir göndərilə bilməzdi. Xarici siyasət məsələləri imperatorun əlində olsa da,
sənədlərin hazırlanması ilə imperator dəftərxanası məşğul olurdu. Çox keçmədən dəftərxananın səlahiyyətləri
(imperatolrun şəxsi dəfətərxanası «ərizələr xidməti» adlanırdı) daxili və xarici siyasət idarələri arasında
bölündü.
İmperiyannı sonlarına doğu xarici siyasətdə barbarlarla müttəfiqlik müqavilələri xüsusi əhəmiyyət kəsb
etməyə başlamışdı. Belə müqavilələr eramızın I-II əsrlərinə təsadüf edirdi. Bu Romanın zəifləməsi ilə bağlı idi.
Romalılar barbar tayfalarının hücumlarının qarşısını almaq üçün german və ya başqa tayfalarla ittifaqa girməyə
məcbur olurdular. Müqavilələr 3-4 bənddən ibarət idi. Müqavilələrdə Romanın müttəfiqləri taxılla təchiz etməsi,
müttəfiqlərin isə Romanı digər barbarların hücumundan qorunması öz əksini tapırdı. Eramızın 395-ci ilində
imperator Feodosi Romanı iki oğlu - Qonori və Arkadi arasında bölüşdürdükdən sonra imperiyanın hər iki
hissəsi o dövrə qədər mövcud olmuş təsisatlarа ayrıldı.
Dostları ilə paylaş: