Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) imlası ilə yazdığı kağız



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə100/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   96   97   98   99   100   101   102   103   ...   410
Ali-Muhemmedin sirleri

Peyğəmbərin (s) imlası ilə yazdığı kağız
Ey Təlhə! Peyğəmbər (s) ümmətinin yoldan azmaması və ixtilafa düşmə-
məsi üçün üzərində yazacaq bir parça kağız istədikdə sən orada deyildin? O za-


Ali-Muhəmmədin sirləri
75
man yoldaşın (Səhhakın oğlu) ona dedi: “Peyğəmbər sayıqlayır!”.  Peyğəmbər 
(s) isə bundan qəzəblənib yazmaqdan imtina etdi”. Təlhə dedi: “Bəli, bunun 
şahidiyəm” dedi.
İmam Əli (ə) buyurdu: “Siz Peyğəmbərin hüzurundan ayrıldıqda o mənə 
həmin kağıza yazmaq istədiklərini və bütün camaatı da şahid tutmaq istədiyini 
mənə söylədi. Cəbrayıl ona xəbər vermişdi ki, Allah bu ümmətin bölünüb ix-
tilafa düşəcəklərini bilir. Sonra kağız istədi və yazmaq istədiklərini mənə imla 
etdi. Üç nəfəri də buna şahid tutdu. Onlar: “Salman, Əbu Zərr və Miqdaddır. 
Bu kağıza Allahın qiyamət gününə qədər itaətlərini əmr etdiyi hidayət imam-
larının adlarını yazdı. Birinci mənim adımı yazdı. Sonra (əlini Həsənə uzatdı) 
bu oğlumun adını yazdı. Ondan sonra Hüseyn və Hüseyndən bu oğlumun (yəni 
Hüseynin) övladlarından doqquz nəfərin adını yazdı. Ey Əbu Zərr, belə olma-
dımı? Ya sən, ey Miqdad?” Əbu Zərr və Miqdad ayağa qalxaraq dedilər: “Biz 
Peyğəmbərin (s) bunları söylədiyinə şahidlik edirik”.
Təlhə dedi: “Allaha and olsun, Peyğəmbərin (s) Əbu Zərr haqqında belə 
buyurub: “Əbu Zərdən daha doğru danışan və daha xeyirli bir şəxsin üzərinə 
səma kölgə salmamış  və yer üzərində daşımamışdır”. Mən də bu ikisinin 
həqiqətdən başqasına  şahidlik etmədiklərinə  şəhadət verirəm. (Ey Əli!) Sən 
mənim nəzərimdə bu ikisindən daha üstün və daha doğru danışansan!
Sonra Əli (ə) üzünü Təlhəyə tutub dedi: “Allahdan qorx, ey Təlhə, ey Zü-
beyr, ey Sad və sən ey Əbdürrəhman ibn Ovf! Allahdan qorxun! Onun razılığını 
üstün tutun və yanında olanları seçin! Allah yolunda danlayanın danlağından 
qorxmayın!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin