Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Ümmətə xəlifə olma



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə143/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   139   140   141   142   143   144   145   146   ...   410
Ali-Muhemmedin sirleri

104
Suleym ibn Qeys Hilali
Ümmətə xəlifə olma
Təəccüblüdür! Bu ümmətin cahilləri, azmışları, insanları oda aparan rəh bər 
və başçıları təəccüb doğurur! Çünki onlar Peyğəmbərin (s) dəfələrlə belə dediyi-
ni eşidiblər: “Heç bir ümmət aralarında daha elmli (ə`ləm) bir şəxs olduğu halda 
işlərini başqasına həvalə etməz. Əks təqdirdə tərk etdiklərinə qayıdanadək işləri 
rəzilliyə doğru gedər”. Camaat məndən əvvəl işlərini üç nəfərin öhdəsinə qoydu. 
Onlardan heç biri Quranı toplamadı, heç biri Allahın kitabını və Peyğəmbərin 
sünnəsini bildiyini iddia etmədi. Halbuki Allahın kitabı və Peyğəmbərin sünnəsini 
bilməkdə mənim ən elmli, Allahın kitabını ən yaxşı oxuyan və ən yaxşı anlayan, 
Allahın hökmü ilə ən yaxşı hökm verən olduğumu qəti olaraq bilirdilər.
O üç nəfərdən heç birinin Peyğəmbərlə (s) bağlı keçmişləri yox idi və qar-
şılaşdığı çətinliklərə Peyğəmbərlə birgə sinə gərmədilər. Onlar qorxudan, ta-
mahdan və dünyaya olan bağlılıqlarından nə bir ox və ya mizraq atdılar, nə də 
qılınc qaldırdılar. 
Halbuki Peyğəmbərin (s) şəxsən döyüşdüyünü, Ubey ibn Xələfl ə Müsəccə 
ibn Ovfu öldürdüyünü
1
, insanların ən şücaətlisi, çətinliklərdə və bəlalarda ən 
öndə olduğunu bilirdilər.
Onlar yəqin olaraq bilirdilər ki, aralarında yerimi dolduracaq heç kəs yox-
dur. Heç kim mənim kimi igidlərlə döyüşə getmir və qalaları  fəth etmirdi. 
Peyğəmbər (ə) üz verən hər bir çətinlik, narahatlıq və  sıxıntıda: “Qardaşım, 
qılıncım, mizrağım, qəm və kədərimi üzümdən aparan Əli haradadır?” deyər və 
məni önə çəkərdi. Mən də irəli keçər və canımı ona fəda edərdim. Allah mənim 
əlimlə üzündəki narahatlığı və sıxıntını aradan aparardı. Mənə bu imtiyaz və to-
fi qi bəxş etdikləri üçün Allahın və Peyğəmbərinin (s) üzərimdə minnətləri var.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin