Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə208/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   204   205   206   207   208   209   210   211   ...   410
Ali-Muhemmedin sirleri

153
də məhv olub getdi!”
1
 bunu Peyğəmbərdən (s) sənin, həmçinin bütün səndən 
əvvəlki və sonrakı zəlalət imamları barəsində, onların Allah tərəfi ndən rüsvay 
ediləcəyini və əzaba düçar olacaqlarını söyləyərkən eşitmişəm.
Bəni-Ümməyə barəsində nazil olan ayə
Sizin barənizdə Allahın bu ayəsi nazil olub: “Sənə göstərdiyimiz röyanı 
və Quranda lənətlənmiş ağacı (şəcərəni) insanlar üçün yalnız bir imtahan 
etdik”
2
Bu ayə Peyğəmbərin (s) özündən sonra on iki zəlalət başçısının mey-
munlar şəklində minbərinə daraşdığını gördüyü zaman nazil olub. Onlar ümməti 
köhnə hallarına qaytarırdılar. Onlardan ikisi Qüreyşin iki fərqli qəbiləsindən, 
onu isə Bəni-Üməyyədəndir. On nəfərdən ilki qanını tələb etdiyin dostun, son-
ra sən, oğlun, yeddi nəfəri də  Həkəm ibn Əbul-Asın
3
 övladlarıdır. Onlardan 
birincisi Mərvandır. Həqiqətən də o (Həkəm) Peyğəmbərin (s) qadınlarının 
söhbətlərinə qulaq asarkən yaxalanmış və Peyğəmbər (s) onu lənətləyərək ya-
nından qovmuşdu.
Ey Müaviyə, Biz o Əhli-Beytik ki, Allah bizim üçün axirəti dünyadan üs-
tün tutmuşdur. Bizim üçün dünyanın mükafat olmasına razı olmamışdır. Sən, 
vəzirin də  dəyərsiz yoldaşın Peyğəmbərin (s) belə buyurduğunu eşitmisiniz: 
“Əbul-As oğulları otuz nəfərə çatdıqda Allahın kitabını camaatı aldatmaq, 
Allah bəndələrini özlərinə kölə  və var-dövləti (beytul-malı) isə öz sərvətləri 
edərlər”.
Ey Müaviyə, Allahın peyğəmbəri Zəkəriyyə  (ə) mişar ilə doğrandı, 
Yəhyanın (ə) başı kəsildi, o, insanları Allaha tərəf dəvət etdiyi halda qövmü onu 
öldürdü. Bunlar Allahın dünyaya dəyər verməməsinin dəlilidir. Ta qədimdən 
bəri Şeytanın dostları Allah övliyaları ilə savaşdılar. Uca Allah buyurur: “Al-

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin