Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) Əli (ə) üçün Rəbbindən diləyi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə245/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   241   242   243   244   245   246   247   248   ...   410
Ali-Muhemmedin sirleri

Peyğəmbərin (s) Əli (ə) üçün Rəbbindən diləyi
Sonra Peyğəmbər (s) buyurdu: “Müjdələr olsun, ey Əli!”. Bunu deyərkən 
səhabələri də yanında idi. Əli (ə) dedi: “Ya Peyğəmbər, Allah səni xeyirlə 
müjdələsin və məni sənə fəda etsin!”. Peyğəmbər (s) buyurdu: “Mən bu gecə 
Allahdan bir şey dilədim və O mənə əta etdi. Rəbbimdən özüm üçün elə bir 
şey istəməmişəm ki, sənin üçün də eynisini istəməyim. Mən Rəbbimdən 
səninlə  mənim aramda qardaşlıq yaratmasını istədim, bunu etdi, Ondan səni 
məndən sonra bütün möminlərə vəli qərar verməsini istədim, bunun belə ol-
masına hökm etdi, mənə nübuvvət və risalət libası geyindirdiyi kimi sənə də 
vəsilik və şücaət libası geyindirməsini istədim, bunu da qəbul etdi, səni mənim 
vəsim, varisim, elmimin xəzinəsi etməsini dilədim buna da qərar verdi, sənin 
mənə olan nisbətini Harunun Musaya olan nisbətindən etməsini, səninlə məni 
qüvvətləndirməsini və işimə ortaq etməsini istədim bunun belə olmasına hökm 
verdi, sadəcə məndən sonra peyğəmbərin olmayacağını buyurdu. Mən də razı 


182
Suleym ibn Qeys Hilali
oldum. Səni qızımla evləndirməsini, övladlarımın atası etməsini dilədim, bu-
nun belə olmasını qəbul etdi”.
Səhabələrdən bir nəfər dedi: “Nə istədiklərinizi görürsünüz, Allaha and 
olsun ki, əgər Rəbbindən ona düşmənlərinə qarşı yardım üçün bir mələk 
göndərməsini, yaxud özünün və  səhabələrinin faydalanacağı bir xəzinə 
göndərməsini diləsəydiniz (belə ki, ona da ehtiyacı var) bunlardan daha xe-
yirli olardı!” başqa bir səhabə isə dedi: “Allaha and olsun ki, bir sa` xurma 
istəsəydiniz, bu onun üçün daha yaxşı idi”.


Ali-Muhəmmədin sirləri
183
HƏDİS 37 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin