Ali-Muhammedin sirleri indd


Camaatın nəsəbləri, cənnət və cəhənnəm barədə sualları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə288/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   284   285   286   287   288   289   290   291   ...   410
Ali-Muhemmedin sirleri

Camaatın nəsəbləri, cənnət və cəhənnəm barədə sualları
Allahı  və Peyğəmbərini (s) sevən mömin bir şəxs ayağa qalxıb dedi: 
“Ya Peyğəmbər! Mən kiməm?” Peyğəmbər (s) buyurdu: “Sən Abdullah 
ibn Cəfərsən”. Onu adı ilə çağırıldığı atasına nisbət verdi. O şəxs sevincək 
vəziyyətdə yerinə oturdu.
Sonra qəlbi xəstə, Allaha və Peyğəmbərinə (s) kin bəsləyən münafi q bir kəs 
ayağa qalxdı və dedi: “Ey Peyğəmbər! Mən kiməm?”
Peyğəmbər (s) buyurdu: “Sən Bəni-Usamə  qəbiləsindən  fi lan  ibn  fi lan 
adında bir çobanın oğlusan və onlar Səqifdə yaşayanların ən pisləridir. Allaha 


208
Suleym ibn Qeys Hilali
üsyan etdilər və Allahda onları alçaltdı”. Kişi yerinə oturdu. Allah onu al-
çaltdı və hər kəsin qarşısında rüsvay etdi. Bundan əvvəl onun Qüreyşin cəsur 
igidlərindən və öndə gələnlərindən olduğuna camaatda şübhə yox idi.
Sonra qəlbi xəstə olan bir münafi q  üçüncü  şəxs olaraq ayağa qalxdı  və 
dedi: “Ey Peyğəmbər! Mən cənnətliyəm, yoxsa cəhənnəmlik?” Peyğəmbər (s) 
buyurdu: “Düşündüyünün əksinə, oddasan!” O da yerində oturdu. Belə ki, Al-
lah hər kəsin qarşısında onu da alçaltdı və hörmətdən saldı.
Sonra Səhhakın oğlu qalxdı  və dedi: “Rəbb olaraq Allaha, din olaraq 
İslama və peyğəmbər olaraq sənə razı olduq, ya Peyğəmbər! Allahın və 
Peyğəmbərinin (s) qəzəbindən Allaha sığınırıq. Bizi bağışla, ya Peyğəmbər! 
Allah da səni bağışlasın. Eyiblərimizi ört! Allahda səni örtsün”. Peyğəmbər 
(s) buyurdu: “Başqa bir şey soruş. Sən başqa bir şey soruşmaq istəyirdin, ey 
Səhhakın oğlu!” Səhhakın oğlu dedi: “Ya Peyğəmbər! Ümmətin üçün bağış-
lanma diləyirəm”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin