Savaşlarda mühacir və ənsardan İmam Əliyə (ə) qarşı
heç kim yox idi
Dedi: Süleym dedi ki, nə Təlhə və Zübeyrlə, nə Müaviyə ilə və nə də Nəhrivanda
xəvariclə birgə savaşda mühacir və ənsardan bir nəfər də olsun yox idi.
Səd xəvariclərin başçıları haqda xəbər verir
Sədin Muxdəci belə yad etdiyini eşitdim: “İmam Əli (ə) buyurdu: “Rəzil
Şeytan dərəsi məhv olsun! Peyğəmbərin (s) belə dediyini eşitdim: “Anası Bəni-
Səlim qəbiləsindən olan kölədir, atası isə Şeytan!”
238
Suleym ibn Qeys Hilali
HƏDİS 57
İmam Əliyə (ə) qarşı çıxan üç nəfərin peşmançılığı
Süleym ibn Qeys deyir ki, bir gün Muhəmməd ibn Məsləmə, Səd ibn Ma-
lik
1
və Abdullah ibn Ömərlə
2
oturmuşduq. Onların belə dediklərini eşitdim:
“Əliyə yardım etməkdən və azğın qövmlə savaşmaqdan boyun qaçırdığımıza
görə həlak olacağımızdan qorxuruq”.
Dedim: “Allaha and olsun ki, həqiqətən də Əlinin (ə) belə dediyini
eşitmişəm: “Peyğəmbər (s) mənə Nakisinlər, Qasitinlər və Mariqinlərlə savaş-
mağı əmr edib”.
Onlar ağladılar, sonra dedilər: “Əli (ə) düz deyir, onun Allahın və rəsulunun
adından söylədiklərinin hamısı həqiqətdir. Ona xilaf çıxdığımıza və aciz burax-
dığımıza görə Allahdan bağışlanma diləyəcəyik”.
1
Əbu Vaqqasın oğludur.
2
Bu üç nəfər Əliyə (ə) olan beyətlərinə xilaf çıxdılar və savaşa getməkdən boyun qaçırdılar. İbn
Əbu Hədid deyir ki, Məhəmməd ibn Məsləmə Əbu Bəkrə beyət günü orada idi və Zübeyrin
qılıncını yerə vurub sındıran da məhz odur.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |