Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər


ABŞ-IN  MİLLİ BAYRAMI  MÜNASİBƏTİLƏ  MƏRASİMDƏ



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə32/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   28   29   30   31   32   33   34   35   ...   70
ABŞ-IN  MİLLİ BAYRAMI  MÜNASİBƏTİLƏ  MƏRASİMDƏ

ELMİ - İNZİBATİ  ŞURANIN  İCLASI


22

331 İyul  2014

NDU XƏBƏRLƏRİ

Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi  sədrinin  birinci  müavini Azər  Zeynalovun  başçılıq  etdiyi 

nümayəndə heyəti iyunun ikinci ongünlüyündə Polşa Respublikasının Krakov şəhərində səfərdə olub, muxtar 

respublikanın 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan günləri”ndə iştirak edib. 

Nümayəndə heyətinin tərkibində NDU  universitetinin  rektoru professor Saleh Məhərrəmov və Beynəlxalq 

əlaqələr  üzrə  prorektor,  riyaziyyat  üzrə  fəlsəfə  doktoru Anar  Kazımovla  təmsil  olunmuşdur.                Səfər 

çərçivəsində  heyət  Krakov  şəhərindəki  bir  sıra  ali  təhsil  müəssisələrində  olub,  əməkdaşlıq  sahəsində  fikir 

mübadiləsi aparılıb. Polşa Elmlər Akademiyasının Krakov Bölməsində keçirilən görüşdən, Azərbaycan Milli 

Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında “2014-

2016-cı  illər  üzrə  elm  sahəsində  əməkdaşlıq  haqqında”  protokol  imzalandıqdan  sonra  nümayəndə  heyəti 

Avropanın ən qədim tarixə malik universitetlərindən biri olan Yaqellan Universitetində olub. 

650  illik  tarixi  olan  Yaqellan  Universitetinin  rektoru,  professor  Voyçex  Novak  universitetin  fəaliyyət 

istiqamətləri, elm, təhsil və beynəlxalq əlaqələr sahəsində görülən işlər barədə məlumat verib. Professor Saleh 

Məhərrəmov NDU-nun strukturu, çoxşaxəli beynəlxalq əlaqələri, elm, təhsil sahəsində qazanılan nailiyyətlər 

haqqında danışıb. Görüşdə universitetlər arasında əməkdaşlıq protokolu imzalanması barədə   razılaşma   əldə 

olunub.     

Elm  və  Texnologiya  Universitetinin  rəhbərliyi  ilə  keçirilən  görüşdə  universitetin  prorektoru  Zbiqney 

Konkol əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına   əminliyini bildirib. Universitetlər arasında 

müəllim, tələbə mübadiləsi, müştərək videokonfransların, elmi-tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı 

niyyət protokolu imzalanıb. 

Krakov  İqtisadiyyat  Universitetində  keçirilən  görüş  də  səmərəli  olub.  Universitetin  rektoru,  professor 

Andjey Xoxulla aparılan danışıqlar zamanı elm, təhsil, tədris sahəsində yeniliklərin tətbiqi, elmi-nəzəri bilik və 

təcrübələrin və tələbə mübadiləsi məsələləri müzakirə olunub, niyyət protokolu imzalanıb, 

Nümayəndə  heyəti  digər  rəsmi  görüşlərdə,  Krakov  şəhərinin  Opera  Teatrında  Naxçıvan  Muxtar 

Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsertdə iştirak edib.                

Polşa səfəri zamanı qloballaşma və inteqrasiya yolunu tutan Naxçıvan Dövlət Universitetinin çoxşaxəli 

beynəlxalq əməkdaşlıq tarixçəsinə daha bir uğurlu səhifə yazılıb. 


Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin