İzahı: Burada biz k sayğacından istifadə edərək say qururuq və onun daxilində isə i sayğacından istifadə edərək başqa dövr qururuq. Birinci say hər dəfə təkrarlananda daxildəki say əvvəldən sona icra olunur və ekranda 1-dən 10-a kimi ədələri çap edir. Daha sonra əsas dövrün digər operatoru ekranda yeni sətir çap edir və əsas dövr təkrarlanır.
Nümunə 5.Aşağıdakı kod ekranda 1-dən 10-a kimi ədədləri alt-alta səliqəli üçbucaq şəklində çap edir.
tam k,i; say (k 10){
say (i k) xaricet(i, " "); xaricet("\y");
}
Nəticə:
1
1 2
1 2 3
1 2 3 4
1 2 3 4 5
1 2 3 4 5 6
1 2 3 4 5 6 7
1 2 3 4 5 6 7 8
1 2 3 4 5 6 7 8 9
1 2 3 4 5 6 7 8 9 10
İzahı: Daxili dövrün sayğacının son qiymətinə diqqət yetirin. Burada biz daxili dövrdə i sayğacını hər dəfə 1 –dən 10-a kimi yox, 1 –dən k-ya kimi artırırıq. k –nın da qiyməti hər dəfə dövrü olaraq 1-dən 10-a kimi dəyişir və k –nın hər yeni qiymətində i sayğacı 1 – dən k-ya qədər ədədləri ekranda çap edir.
Nümunə 6.Aşağıdakı kod ekranda uzunluğu 10 olan ulduz simvollarından ibarət kvadrat çap edir.