205
&
Necəki günəş işığı seçici deyilsə, sevgi də seçici deyil.
O heç bir insana xüsüsi yanaşmır. O bir insanı seçib, di-
gərlərinə biganəlik göstərmir. Ayırıcı sevgi Tanrı sevgisi
deyil, eqo "sevgisidir." Ancaq, həqiqi sevgini hiss etməyin
intensivliyi dəyişə bilər. Bəzən bir insan səndən şüalanan
sevgini başqalarından daha aydın və güclü əks etdirə bi-
lər. Əgər o insan da sənə münasibətdə eyni hissləri yaşa-
yırsa, onda onunla sevgi münasibətlərində olduğunu
söyləmək olar. Səni o insanla bağlayan əlaqə, istənilən
digər bir şeylə, tutaq ki, yaxındakı avtobusda oturan baş-
qa bir adamla, yaxud quşla, ağacla və ya çiçəklə bağlayan
əlaqə ilə eynidir. Fərq yalnız hiss etdiyin intensivliyin də-
rəcəsindədir.
Bəzi asılı münasibətlərdə belə elə məqamlar olur ki,
onların arasından həqiqi şeylər, bir-birinə qarşı tələbat-
dan üstün dayanan nəsə işarır. Belə hallarda sənin və
Dostları ilə paylaş: