Mən anlayıram, əgər xoşagəlməz və məni qane etməyən
vəziyyətdəyəmsə və içinə düşdüyüm anı qəbul edirəmsə, əzab və
iztirabım qalmayacaq. Mən vəziyyətin üzərinə qalxacağam.
Ancaq hər hansı xırda bir narazılığım olacağı təqdirdə, mən hə-
rəkət motivasiyası və dəyişikliklərin həyata keçirilməsi üçün
enerjinin haradan gələcəyini kifayət qədər yaxşı bilmirəm.
Təslimiyyət vəziyyətində olanda nə etməli ol-
duğunu aydın görür, yaxşı anlayır, ondan sonra ancaq bir
işlə məşğul olaraq, diqqətini zamanın hər bir cari anın-
dakı şeyin üzərinə cəmləyərək hərəkət edirsən. Təbiətdən
öyrən: hər şeyin necə baş verməsi və başa çatmasını mü-
şahidə et, həyatın bu möcüzəsinin tamahkarlıq və ya bəd-
bəxtlik olmadan necə qurulduğunu və inkişaf etdiyini
gör. Ona görə İsa deyib: “Zanbaqların necə inkişaf etdiyi-
nə baxın; onlar nə çırpınıb vurnuxur, nə də əyilir”.
Əgər ümümi şərait səni qane etmirsə, indiki anı on-
dan ayır və ona təslim ol. Bu elə dumanı yaran həmin fə-
nərdir. Onda şüurxarici durumunun təsiri altından çıxa-
caq. Artıq öz reaksiya və müqavimətinə əsasən davran-
mayacaqsan.
Sonra vəziyyətin spesifik xüsusiyyətlərini nəzərdən
keçir. Özündən soruş: “Bu vəziyyəti dəyişmək, düzəlt-
273
mək, ya da ondan çıxmaq üçün elə indi nəsə edə bilə-
rəm?” Əgər edə bilərsənsə, lazım olanı et. Diqqətini et-
məli olduğun, ya da gələcəkdə edəcəyin yüzlərlə işə eyni
vaxtda yönəltmə, bütün diqqətini ancaq indi məşğul
olacağın işə cəmlə. Bu heç də sənin heç nə planlaşdırma-
mağın anlamına gəlmir. Planlaşdırma elə sənin indi bu an
edə biləcəyin yeganə işdir. Ancaq əmin ol ki, sən öz “zeh-
ni filmini” fırlatmağa başlamır, özünü gələcəyə proyek-
siya etmir və bununla özünü indiki anı itirməyə məcbur
etmirsən. Başlayacağın hərəkət dərhal nəticə verməyə
bilər. Nəticə olana qədərdə, mövcud olana müqavimət
göstərmə. Əgər başlayacağın hərəkət yoxdursa və o
vəziyyətdən uzaqlaşa bilmirsənsə, o vəziyyəti təslimiy-
yətə, indiyə və Varlığa daha dərin bir şəkildə daxil olma-
ğını təmin etmək üçün istifadə et. Mövcudluğun bu
zamanxarici ahənginə girəndə, dəyişikliklər çox zaman
son dərəcə maraqlı şəkildə, sənin hər hansı xüsusi müda-
xilənə ehtiyac olmadan baş verməyə başlayır. Həyat sənə
kömək etməyə, səninlə əməkdaşlıq etməyə başlayır. Əgər
qorxu, günah duyğusu, yaxud ətalət kimi daxili amillər
səni fəaliyyətdən saxlayıbsa, onlar şüurlu mövcud-
luğunun işığında əriyəcəklər.
Təslimiyyət anlaşıyını “ heç nə mənim vecimə deyil”,
yaxud “mənim üçün fərqi yoxdur” anlayışları ilə qarış-
dırma. Əgər bu anlayışları diqqətlə analiz etsən, görəcək-
sən ki, belə bir yanaşma gizli inciklik formasında olan
274
neqativliyə yoluxub, odur ki, o qətiyyən səmimiyyət de-
yil, sadəcə maskalanmış müqavimətdir. Təslim olarkən
içində müqavimətin iz-sorağının qalıb-qalmadığını yoxla-
maq üçün diqqətini daxilinə yönəlt. Bunu edərkən, son
dərəcə diqqətli və həssas ol, yoxsa hansısa küncdə gizlə-
nən fikir və ya şüursuz emosiya şəklində olan balaca mü-
qavimət topasını nəzərdən qaçıra bilərsən.
İdrakın Enerjisindən Ruhun Enerjisinə
Müqavimətdən imtina söyləndiyi qədər asan deyil. Mən
ondan necə imtina edəcəyimi hələ də bilmirəm. Siz təslim olmaq
vasitəsilə deyəndə, məndə yenə sual yaranır: Necə?
Hərəkətə, müqavimətin olduğunu təsdiq və qəbul
edərək başla. O yaranmağa, doğmağa başlayanda onunla
birlikdə ol. İdrakının onu necə yaratdığını, yaranan şəra-
itə, sənə və başqalarına onun necə təsir etdiyini müşahidə
et. Təfəkkürünün nəylə məşğul olduğuna bax. Emosiya-
nın enerjisini hiss et. Müqavimətini müşahidə et və onun
heç nəyə xidmət etmədiyini özün görəcəksən. Bütün diq-
qətini Mövcud ana cəmlə, sən şüursuz müqaviməti şüur-
lu edirsən, bu isə onun sonu olur. Sən eyni anda şüurlu
və bədbəxt, şüurlu və neqativ durumda ola bilməzsən.
Neqativlik narazılıq duyğusudur, yaxud əzabın istənilən
275
formada varlığı müqavimətin mövcudluğunu bildirir və
müqavimət həmişə şüursuz olur.
Dostları ilə paylaş: |