Azərbay can ssr dağliq



Yüklə 4,24 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix02.01.2022
ölçüsü4,24 Mb.
#2711
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
IVFƏSlL

AZƏRBAYCAN SSR DQMV-NİN İQTlSADl 

HƏYATI.  XALQ TƏSƏRRÜFATININ BƏRPA VƏ 

İNKlŞAFI  (1946-1950-d illər)

İkinci  dünya  müharibəsində Azərbaycan  xalqı  bütün 

iqtisadi, hərbi və mənəvi gücünü səfərbər edərək SSRİ-nin 

qalib  çıxmasma  öz  layiqli  tohfəsini  vermış  və  XX  əsrdə 

qəsbkarlığa  və  mürtəce  qüvvələrin  tarixi  səlnaməsinə  öz 

admı  qızıl  hərflərlə  əbədi  həkk  edirmişdir.  Azərbaycanm 

oğul  və  qızları  faşizmə  qarşı  mərdliklə  vuruşaraq  121 

nəfər  Sovet  İttifaqı  Qəhrəmanı  adma  layiq  görülmüş, 

arxada  çalışan  əməkçilərimiz  cəbhəyə  böyük  köməklik 

göstərmişdilər.  Müharibənin  bütün  ağırlığını  öz  çiynində 

çəkən  Azərbaycan  xalqı  öz  milli  sərvətlərinin  xeyli 

hissəsini itirmişdir.

Müharibə Azərbaycanm hər yerinə, o cümlədən onun 

ayrılmaz 

tərkib 

hissəsi 


olan 

DQMV-nin 

bütün 

təsərrüfatma  çox  ağır  zərbə  vurdu.  1945-ci  ildə  vilayət 



sənayesində 

ümumi 


məhsul 

istehsalı 

1940-cı 

illə 


müqayisədə  təxminən  22  faiz  aşağı  diişmüşdü.  Müvafiq 

illərdə ipək parça istehsalı  120 min m2-dən 93,6 min m2-ə, 

xam ipək 98  tondan 76,4 tona, pendir istehsalı  61  tondan

48  tona,  şərab istehsalı 40000 dkl-dən  3120 dkl-ə,  konyak 

istehsalı  1000 dkl-dən 780 dekletrə,  taxta  şalban  1300 m3- 

dən,  1014 m3-ə, əhəng  120 tondan 94 tona, mebel istehsalı 

26  min  manatdan  20  min  manata  enmişdi1.  Müharibə 

illərində  DQMV-də  istehlak  malları  istehsalı  kəskin 

surətdə  aşağı  düşmüşdü.  1945-ci  ildə  1940-cı  ilə  nisbətön 

pambıq  istehsalı  2,4  dəfə  azalmış,  əkin  sahəsi  4  min 

hektardan  1,2 min hektara enmişdi.  Barama istehsalı  114 

tondan  72  tona,  yun  istehsalı  109  tondan  85  tona  qədər 

azalmışdı.  DQMV-də  1940-cı ildən  1945-ci ilin sonunadək

65



iribuynuzhı  mal-qaranm  sayı  87,6  min  başdan  78,5  min 

başa, davarlarm sayı isə  160,4 min başdan  140,2 min  başa 

enmişdi2.  Kənd  təsərrüfatmm  maddi  texniki  bazası  xeyli 

zəiflənmişdi.

1940-cı  ildə  Azərbaycanda  əhalinin  sayı  3304,1  min 

nəfər,  o  cümlədən  bundan  151  min  nəfəri  DQMV-nin 

əhalisi idi.  Əhalinin müharibəyə səfərbər edilməsi ilə bağlı 

əhalinin  sayı  1945-ci  ildə  17,65  faiz  azalmışdı3.  Müharibə 

dövründə  Dağlıq  Qarabağda  fəhlə  və  qulluqçularm 

bacarıqh  və  işlək  hissəsinin  ön  cəbhəyə  səfərbər  edilməsi 

ilə  əlaqədar  onlarm  sayı  15  faiz  aşağı  düşmüşdü.  Faşizm 

üzərində 

qələbədən 

sonra 


Respublikamızda 

xalq 


təsərrüfatı  bərpa  olunmağa  başlandı.  SSRİ  Dövlət 

Müdafiə Komitəsinin  26 may  1945-ci il «Silah istehsalımn 

azaldılması  ilə  əlaqədar  olaraq  sənayeni  yenidən  qurmaq 

sahəsində  tədbirlər  haqqında»kı  qərarmdan 

sonra 

Azərbaycanda  sənayenin  bərpası  və  inkişafı  üçün  mühüm 



tədbirlər  görüldü.  Belə  ki,  müharibə  qurtardıqdan  sonra 

müəssisələrdə 8 saatlıq iş günü və illik məzuniyyətlər bərpa 

edildi.  Həmçinin  1945-ci  il  dekabrm  1-dən  başlayaraq 

müharibə illərində istifadə  edilməmiş  məzuniyyətlərə  görə 

pul kompensasiyasımn ödənilməsinə başlandı4.

Sənaye  və  kənd  təsərrüfatını  müharibədən  əvvəlki 

səviyyəyə  çatdırmaq  məqsədilə  Azərbaycan  SSR  Ali 

Sovetinin  1946-cı  il  martm  18-dək  keçirilmiş  birinci 

sessiyasmda  1946-1950-ci  illəri  əhatə  edən  dördüncü 

beşillik plan qəbul edildi5.

1945-ci  illər  sonlarmda  Azərbaycan  XKS  qərarı 

əsasında  xalq  təsərrüfatınm  inkişaf  etdirmək  məqsədilə 

DQMV-nin  ümumi  büdcəsi  41  milyoıı  294  min  manat 

məbləğində  təsdiq  edilmişdir  ki,  bu  da  1944-cü  illə 

müqayisədə  12,2 faiz çox idi6.

66

DQMV-də dördüncü beşillik planda sənayenin bərpa 



və  inkişaf üçün  aşağıdakı  tapşırıqların  yerinə  yetirilməsi 

planlaşdırılmışdı.  1950-ci  ildə  DQMV-nin  sənayesi:  600 

min kərpic, 800 min tikinti daşı,  1300 ton əhəng,  1  milyon 

200  min  ədəd  kirəmid,  300  min  kubmetr  taxta,  18500 

kubmetr oduıı,  28  min metr pambıq  parça,  548  min metr 

ipək  parça,  3,1  min  kvadrat  metr  xalça,  60  min  cüt 

ayaqqabı,  200  min  cüt  corab,  48  min  ədəd  trikotaj  üst 

paltarı,  80  min  ədəd  trikotaj  alt  paltarı,  51  min  ton  yağ, 

100  ton  qənnadı  malı,  110  dekaletr  üzüm  şərabı,  20  ton 

metal qab-qacaq və  1600  ədəd  araba verməli  idi7.  Planda 

həmçinin, 

mövcud  mexaniki 

emalatxana 

əsasmda 


mexaniki  zavod  tikilməsi  nəzərdə  tutulmuşdu.  Dağlıq 

Qarabağda  tikiləcək  həmin  zavodun  3  sexi  -   mexaniki, 

tökmə  və  avtomabil  təmiri  sexləri -   1950-ci  ilin  sonunda 

başa  çatdırılmalı  və  sonrakı  beşilliklərdə  yeni  sexlər 

yaradılmalı  idi8.  Bünövrəsi  1945-ci  ilin  ortalarından 

qoyulan  Xankəndi  ağac  emalı  fabriki  qısa  bir  müddətdə 

başa  çatdırılmalı  idi.  Həmçinin  sonralar  DQMV-nin 

mərkəzinə  çevrilmiş  Xankəndi  şəhərində  yeni  əhəng 

zavodu,  kirəmid  kərpic  zavodu,  faner  sexi,  «Qarabağ 

Çaxır  Tresti»  üçün  şərab  anbarı  və  yeni  mətbəə  binası 

tikmək  planlaşdırılmışdır9.  DQMV-nin  sənaye  işçiləri 

qarşıya  qoyulan  vəzifələrin  müvəffəqiyyətlə  həyata 

keçirilməsi  üçün 

bütün  güclərini  səfərbər  etməyə 

başladılar. Vilayətdəki rezin sənayesi, yağ pendir sənayesi, 

tikinti  ləvazimatı,  meşə  emalı,  toxuculuq,  tikiş,  gön-dəri, 

yeyinti  və  başqa  sənaye müəssisələri  1946-cı  ildə  Bakıdan 

gətirilmiş  avadanlıqlar  hesabma  yenidən  qurularaq  təmir 

olundu.  Artıq  1947-ci ildə  DQMV-də  sənayenin  ayrı-ayrı 

sahələrində  xeyli irəliləmələr diqqəti cəlb edirdi.  Bu  isə öz 

növbəsində Azərbaycan hökümətinin  bölgəyə olan xüsusi 

diqqətindən irəli gəlirdi.

67



Dağlıq  Qarabağda  inkişaf etmiş  sənaye  sahətarindən 

biri  ipək  emalı  sənayesi  idi.  Qarabağ  ipək  emalı  sənayesi 

1947-ci  ildə  planı  121,3  faiz  yerino  yetirmişlər10.  1950-ci 

ildə isə Dağlıq  Qarabağ ipəkçiləri mərkəzə məlumat verib 

planı  artıqlaması  ilə  və  vaxtmdan  əvvəl  yerinə  yetirməsi 

haqda  məlumat  vermişdilər.  Əgər  1940-cı  ildə  Q arabağ 

ipək  kombinatı  dövlətə  98  ton  xam  ipək  vermişdilərsə 

1950-ci  ildə  bu  rəqəm  120  tona  çatmışdır’1.  Həmçinin 

müvafiq  illərdə  ipək  parça  istehsalı  120  min  kvadrat 

metrdən  163 min kvadrat metrədək artmışdır12.

Ümummilli 

liderimiz 

H.Ə.Əliyev 

çıxışlarından 

birində 

1946-1950-ci 

illəıi 

təhlil 


edərək 

belə 


qiymətləndirmişdir: 

«Müharibədən 

sonrakı 

illərdə


respublikamız  iqtisadiyyat  və  mədəniyyətin  yeni  yüksəliş 

mərhələsinə  qədəm  qoydu.  Artıq  1948-ci  ildə  respublika 

sənayesi 

müharibədən 

əvvəlki 

səviyyəni 

ötmüş, 

...energetika və su təsərrüfatı  tikintiləri  genişlənmiş,  kənd 

təsərrüfatmm 

maddi 


texniki 

bazası 


xeyli 

möhkəmlənmişdir»13.

DQMY-nin sənayesi əsasən kənd təsərrüfatı xammalı 

emal  edir.  Vilayətin  səııaye  məhsulunun  yarıdan  çoxunu 

yeyinti  sənayesi,  əsasən  şərabçılıq  verir.  1946-1950-ci 

illərdə  dövlətimizin  bölgəyə  ayırdığı  vəsait  hesabma 

vilayətdə  şərab-spirt  sənayesi  də  sürətlə  inkişaf  edib 

genişlənirdi.  Burada  fəaliyyət  göstərən  konyak  spirt 

zavodu,  şərab  və  konyak  zavodları,  spirtsiz  içkilər 

zavodu,  likor  zavodu  və  başqa  zavodlar  1946-cı  ildə 

yenidən  qurularaq  başa  çatdırılmışdır’4.  Həmin  zavodlar 

əsasmda  yaradılmış  «karvintrest»  müəssisələrinin  gücü 

ildən-ilə 

artırılmışdır. 

«Karvintrest»in 

buraxdığı 

məhsulların tam olmayan  siyahısı -  adi şərab,  şirin  şərab, 

konyak,  spirt-rektifikat,  tut  spirti,  üzüm  spirti,  texniki 

spirt,  bəhməz,  meyvə  suları,  turşaşirin  içkilər,  qazlı  su  və

68

sair  bu  kimi  məhsullar  DQMV-də  spırt  sənayesinin  nə 



qədər  güclü  inkişaf  etdiyini  göstərir.  DQMV-də  1946- 

1950-ci  illərdə  spirt-şərab sənayesinin  inkişafmı  aşağıdakı 

rəqəmlərdən də görmək olar. Belə ki,  1940-cı ildə vilayətdə 

40 min dkl.  şərab istehsal  edilmişdirsə,  1950-ci ildə şərab 

istehsalı  4  dəfədən  çox  artaraq  165  dkl.  olmuşdur. 

Həmçinin  müvafiq  illərdə  konyak  istehsalı  1000  dkl-dən 

artıb 6000 dkl-ə çatmışdır15.

1946-1950-ci  illərdə  DQMV-də  tikinti  ləvazimatı 

sənayesi  də  genişlənirdi.  Kərpic,  kirəmit,  əhəng  və 

mexaniki  təmir  zavodlarmm  məhsullarından  təkcə 

vilayətin  ərazisində  deyil  qonşu  rayonlarda  da  istifadə 

olunurdu.  Bəhs  edilən  dövrdə  DQMV-də  iki  böyük 

müəssisə  yaradıldı.  Bunlardan  biri  ağac  emalı  fabriki  idi 

ki,  həmin  fabrik  vilayət  əhalisinin  mebelə  olan  ehtiyacım 

tam  ödəyirdi.  Əgər  1940-cı  ildə  DQMV-də  26  min 

manatlıq  mebel  istehsal  edilmişdiirsə,  1950-ci  ildə  bu 

göstərici  173 min manata çatmışdır16.  Eyni zamanda taxta 

zavodunun  da  işə  düşməsi  tikintinin  inkişafına  təkan 

verdi.  Bölgədə  taxta  şalban  istehsalı  1940-cı  ildə  1,3  min 

kubmetrdən, 

1950-ci 

ildə 


min 


kubmetrədək 

yüksəlmişdi17.

DQMV-də  yerli  sənayenin  daha  böyük  siirətlə 

inkişafı  üçün  hər  cür  şərait  mövcud  idi.  Bu,  ilk  növbədə 

Azərbaycan  hökümətinin  bölgəni yeni  texnika  və  ixtisaslı 

kadrlarla təmin etməsi, ayrılan vəsaitin  miqdlarmm ildən- 

ilə artırılması ilə bağlı idisə, digər tərəfdən bölgədə bir sıra 

mədən  yataqlarınm  tapılması  ilə  əlaqədar  idi.  1946-1950- 

ci  illər  ərzində  DQMV-də  çox  böyük  miqdarda  mərmər, 

sement,  İslandiya  şpatı,  litoqrafiya  daşları,  gil,  təbaşir  və 

sair  yataqlar  aşkar  edilmiş  və  yerli  sənayenin  inkişafma 

təkan vermişdir.  Dağlıq  Qarabağ sənət kooperasiyası  100 

çeşiddə məhsul buraxırdı.  Yerli meşə materiallarmdan, cır

69



meyvələrdən  və  sair  istifadə  əsasmda  külli  m iqdarda 

çoxişlənən mallar istehsal olımurdu18.

Təsadüfı deyildir ki,  DQMV-nin  sənət kooperasiyası 

ittifaqınm müəssisələri araba və kirəmid istehsalı cəhətdən 

1950-ci  ilin  göstəricilərinə  görə  Azərbaycanda  birinci  yeri 

tutmuşdur19.

1946-1950-ci  illər  ərzində  DQMV-də  yeni  artellər, 

tikinti  materialları,  saxsı  qab,  trikotaj  mallar,  corab, 

ayaqqabı,  mebel,  şirniyyat  və  sair  ıstehsal 

edən 


emalatxanalar  açılmışdır.  Bəhs  edilən  dövr  ərzində 

vilayətdə  sənət  və  əlillər  kooperasiyasmm  buraxdığı 

məhsullar  8,5  dəfə,  fəhlələrin  sayı  isə  25  dəfə  artmışdır. 

Burda  fəaliyyət  göstərən  mexaniki  zavod  isə  ildən  ilə 

böyüyərək vilayətin kolxoz və müəssisələrinin ehtiyaclarmı 

ödəyirdi. Digər sənaye sahələrindən olan xalça toxunması, 

yağ-pendir  sənayesi,  asfalt-beton  istehsalı  və  çörək 

zavodunun da işində böyük irəliləyişlər diqqəti cəlb edirdi. 

Təkcə  pendir  istehsalmdakı  artım  1940-ci  ildəki  61  tona 

qarşı  1950-ci ildə  113 tona çatmışdır20.

1950-ci  ildə  1940-cı  illə  müqayisədə  DQMV-də 

sənayenin  necə  ınkişaf  etdiyini  aşağıdakı  cədvəldən  də 

aydm görmək olar:


Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin