Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   51
NVT və ATE- mühazirə (əsas)

ehtiyyat tormoz sistemi
– işçi tormoz sistemi imtina etdikdə nəqliyyat 
vasitəsinin dayandırılmasını təmin edir (minik avtomobillərində ehtiyyat tormoz 
sistemi kimi duracaq tormozundan istifadə edilir); 
-
köməkçi tormoz sistemi
- nəqliyyat vasitəsinin (xüsusilədə ağıq tonnajlı yük 
avtomobillərinin və iri avtobusların) davamlı enişlərdə stabil verilmiş sürətlə 
hərəkət etməsini təmin edir (əksər hallarda bunun üçün mühərrikdən tormoz kimi 
istifadə olunur). 
İşçi, ehtiyyat və duracaq tormoz sistemləri tormoz mexanizmlərindən və 
tormoz intiqalından ibarətdir.
Tormoz mexanizmlərinin ən çox yayılmış növü fırlanan hissələrin sürtünmə 
prinsipinə əsaslanan sürtünməli tormoz mexanizmləridir. Fırlanan detalların 
formasına görə onlar 2 növə bölünürlər (bax şəkillərə): 
-
diskli tormoz mexanizmləri;
-
barabanlı tormoz mexanizmləri
Şəkil1. Diskli tormoz mexanizmi 
17. 


Şəkil 2. Barabanlı tormoz mexanizmi 
 

Tormoz intiqalı tormoz mexanizmlərinin qoşulması, ayrılması və işləmə rejimi- 


nin dəyişdirilməsi üçündür. Müasir avtomobillərin tormoz sistemlərində aşağıdakı 
tipli intiqallardan istifadə edilir: mexaniki, hidravlik, pnevmatik, elektrik və qarışıq 
(bax aşağıdakı şəkillərə). 
Avtomobilin mexaniki intiqal tipli duracaq tormoz sistemi 
18. 


Avtomobilin hidravlik intiqallı tormoz sisteminin ümumi quruluşu 
1 – arxa təkərin tormoz mexanizmi; 2 – arxa təkərin tormoz silindri; 3 – tormoz əyləci; 
4 – porşenli ştok; 5 – tormoz mayesi çəni; 6 – baş tormoz silindri; 7 – qabaq təkərin tormoz 
mexanizmi; 8 – təkər tormoz silindri; 9 – qabaq təkərlərin tormoz boruları;10 – arxa təkərlərin 
trmoz boruları 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin