XALQ ARASINDA TACİKİYYƏ KİMİ MƏŞHUR OLAN
VƏZİRLƏR, MUSTOVFİLƏR, QƏLƏM ƏHLİ VƏ BAŞQA
ŞÖHRƏT SAHİBLƏRİNİN ZİKRİ
Cənnətməkan həzrət şahın vəfatı zamanı qələm əhlindən
bircə nəfər də ali divan vəzarətinə mənsub deyildi. Bizə məlum olan
sabiq əzəmətli vəzirlər cənnətməkan şah dövründə on iki nəfər
olmuşlar. Cülus zamanı (I Şah İsmayılın taxta əyləşdiyi 1501-ci il
nəzərdə tutulur - Ş.F.) ali divan vəzarətində Xacə Cəlaləddin
Məhəmməd Keçəçi oturmuşdu ki, o, Mirzə Şah Hüseynin qətlindən
sonra - Süleyman şanlı xaqan əbülbəqa Şah İsmayılın - Allah onun
qəbrini nurla doldursun - hakimiyyətinin əvvəlində vəzir oldu. O,
vəzarəti Mirzə Şah Hüseynlə birgə idarə edirdi. Deyilənə görə bir
gün Cəlaləddin Məhəmməd Keçəçi cənab mirzə [Şah Hüseynin]
həyatdan köçdüyü, [özününsə şəriksiz vəzir olduğu vaxt] bu rübaini
demişdir:
Rübai
Ey ki, gözümə ziya olan bir əyyam,
Getdin və günüm qaraldı, oldu axşam.
Sanki ikimiz iki şam idik birgə,
Söndürdü dövr səni, mən isə yanıram
213
213
Rübainin farscası:
"Ey nuri do dideye-cəhanəfruzəm,
Rəfti to-vo çon şəbe-siyəh şod ruzəm.
Guya mən-o to do şəm budim bahəm,
K-əyyam to ra bekoşt-o, mən misuzəm".
295
Bu beytin məzmunu o xacənin vəziyyətini təsdiq edir:
Fərd
Bəs qədər qiylü qal ondan göründü,
Ulduzu sönən tək qalı da söndü.
214
Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan
şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o
həzrətin (Şah Təhmasibin - Ş.F.) əmriylə vəzarət rütbəsi ilə
şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar
sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında
dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman
verildi. Xacəni kətana (buriya) büküb yandırdıqları vaxt öz halına
münasib bu beyti dedi:
Bəla küncündə əyləşdim və əndamım alovlandı,
Kim əyləşsə bəla küncündə əyləşsin gərək böylə
215
Qazi Cahan Seyfi - Mirzə Şah Hüseynin vəziri idi, ali şah
divanının vəziri oldu. Təkəli və ustaclı savaşında fitnədən
uzaqlaşmaq niyyəti ilə Gilana getdi. Onun Gilana gəlişindən sonra
Cuhə Sultanın
216
vəziri olan Mir Cəfər Saveci Cuhə Sultanın
iqtidarda olmasına görə divan vəziri oldu, amma vəzirlik dövrü çox
çəkmədi. O da, əmirlər arasındakı düşmənçiliyin qurbanı olub qətlə
yetirildi.
Əhməd bəy Nurkəmal - İsfahanın "Nurkəmaliyyə"
böyüklərindəndi. Ali divan vəziri olmaq ucalığına yetişdi və altı il
müstəqil vəzir oldu. Ondan sonra yenə də bu vəzifə Qazi Cahana
verildi, çünki Qazi Cahan bu dövlət yolunda Biyəpəs [hakimi]
Müzəffər Sultandan ayrılıb yenidən şahın yanına gəlmiş, qabiliyyət
214
Fərdin farscası:
Bəsa qali ke əz baziçe bərxast,
Ço əxtər migozəşt an qal şod rast.
215
Beytin farscası:
Gereftəm xane dər kuye-bəla dər mən gereft aləş,
Kəsi k-y xane dər kuye-bəla girəd çenin girəd.
216
"Əhsənüt-təvarix"də bu ad "Çuhə Sultan" kimi yazılmışdır - Ş.F.
296
və istedadının çoxluğundan, həmçinin o həzrətin (Şah Təhmasibin -
Ş.F) xüsusi şəfəqqətindən Mir İnayətullah ilə şərikli vəzir olmuşdu.
Mir İnayətullahın bəzi nalayiq əməlləri, xüsusən onun ali məclisin
"pişxidmətçilər* zümzəsi"ndən və şahın himayəsi altında olan
Baslıq bəyin oğlu ilə eşqbazlığı şahın xoşuna gəlmədiyi üçün
ittihamlandırıldı və qəzəbə düçar oldu. Buna görə də, onu və
barəsində "Gilan hadisələri" bölməsində yazdığımız dövlətə müxalif
Müzəffər Sultanı
dəmir bir qəfəsə qoyaraq, Təbrizin
Sahibabadındakı "Həsən padşah məscidi"nin iki minarəsindən asıb
yandırdılar. Zarafatcıl adamların biri bu hadisənin [maddeyi-]tarixi
barədə belə yazmışdır:
Xacə İnayət ki, edib lovğalıq
Söylər idi aqil adamdır dəqiq,
Etdi pis iş, oldu işindən kənar,
Söylədim: — Ey qüssəyə munis rəfiq,
Sən kimin eşqiylə yanırsan belə?
Söylədi: — "Z-eşqe —pesəre-Basliq ".
217
Əhməd bəy Nurkəmalın vaqiəsindən sonra Qazi Cahan
təkcə özü müstəqil vəzir oldu və on beş il əzəmət və iqtidarla
vəzarət işlərini apardı. Vəzifəsinin son illərində həmişə yerinə
yetirdiyi və şaha ərz etdiyi divan işlərində etinasızlıq edirdi, həzrət
şah isə hər işin vaxtlı-vaxtında yerinə yetirilməsini özü yoxlayırdı.
[Buna baxmayaraq] Qazi Cahan son illərdə vaxtını boş keçirir, onun
işlərində ləngimələr baş verir, cənab qazinin əməl və hərəkətlərində
meylsizlik halı müşahidə olunurdu. O, yaşının çoxluğunu və
qocalığını (şeyxuxiyyət) bəhanə gətirib vəzifəsindən istefa etdi.
Həzrət şah da razılaşıb, onu vəzarətdən kənarlaşdırdı. Qazi Cahan
doqquz yüz altmışıncı ildə (miladi 1553/54) Allahın rəhmətinə
yollandı.
217
Qitənin farscası:
Xacə İnayət ke, həmizəd modam
Lafi-xerədməndi-yo fekre-dəqiq,
Bədəməli kərd ze mənsəb fotad,
Goftəməş ey ba ğəm-o möhnət rəfiq,
Əz ğəme-eşqe-ke-vo tarix çist?
Goft: "Ze-eşqe-pesəre-Basliq".
297
Fərd
Əgər "ahad"ı
218
çıxsan "Qazi Cahan" adından,
Vəfatı tarixini tapa bilərsən o an.
O cənabın ləyaqətli (həmide) vəsfi dillər əzbəri idi.
Həqiqətən bu əzəmətli dövlətdə əyninə onun kimi qabiliyyət,
istedad, fəzilət və kəmalət libası geyən başqa vəzir görünməyib.
Qazi Cahanın şöhrət və böyüklüyunü sözlə ifadə etmək mümkün
deyildi. Şanının, əzəmətinin və cah-cəlalının yüksəlişinə (etela)
baxmayaraq, əhali ilə təvazökar davranır, (heç vaxt) gözəl davranış
və sadəliyini tərk etməzdi. Müxtəlif elmlər üzrə mütəxəssis olan
üləmalar arasındakı mübahisələrə qoşular və onlar onun fikrini
mötəbər bilərdilər. İnşada və səlis danışıqda qüsuru yoxdu,
yazdıqları siyaq və hesabı bilənlər tərəfindən bəyənilərdi. Hüsnxətdə
kamal dərəcəsinə çatmışdı. Ondan sonra vəzarət vəzifəsi dörd nəfər
qələm sahibinə çatdı.
Xacə Qiyasəddin Əli - O, "Qiyasgövhər" və "Məmduhi-
Şərif Təbrizi" kimi də məşhur idi. Yaxşı mühasibdi, bəzi vaxtlarda
müstovfil-məmalik də oldu.
Ağa Məhəmməd Fərahani - Fərahan vilayətinin
əyanlarındandır.
Xacə Əmir bəy - "Əmir bəy Möhrdar" kimi məşhur idi. Mir
Zəkəriyya Keçəçinin qohumlarındandı. Qabiliyyətli və fəzilətli
adamdı. Yüksəlişinin başlanğıcında Qazi xan Təkəli Möhrdarın
vəziri idi, bəzi vaxtlarda Xorasan vəziri də olmuşdu. Cefr
219
(?),
ədad
220
(ədədlər-yəqin ki, riyaziyyat elmidir (Ş.F.) və neyrəncat
221
elmlərində çox mahir idi. Günəşin qarşısının tutulmasını bacaracağı
əməli ilə taxsırlandırılaraq, qəzəbə gəlib bir müddət Ələmut
qalasında məhbus oldu. İsmayıl Mirzənin hakimiyyəti zamanın
218
Qeyd: Ahad - əhəd (bir) sözünün cəmidir. Bu maddeyi-tarixdə deyilir ki, sən əgər
"Qazi Cəhan" sözündən iki ədəd 1 rəqəmini çıxsan (yəni 11 rəqəmini - Ş.F.) Qazi
Cahanın maddeyi-tarixini alarsan.
219
Cefr - qədim adamların elmidir. Cefr elmi əsasında gələcəkdə baş verəcək
hadisələrdən xəbər verirdilər (Bax: Həsən Ənvəri. Fərhənge-bozorge-soxən, c. 5, s.
2153).
220
Ədad - lüğətlərdə müstəqim mənasını tapa bilmədim. Güman ki ədadlar (bəlkə də
riyaziyyat) elmidir - Ş.F.
221
Neyrəncat - sehr elmi (Bax. M.Moin. Göst. Lüğət c.IV, səh-4881).
298
həbsdən nicat tapıb öz həyat xəzinəsini ruhlar qəbzini yazana
(qabez) tapşırdı.
Mirzə bəy Əbhəri - Əbhərin qədim adamlar silsiləsindən
idi. Yüksəlişinin əvvəlində Sevindik bəy Qorçibaşinin vəziriydi,
sonra bir müddət divan vəziri (vəzirdivan) oldu. Bir neçə vaxt isə
vəzarət vəzifəsini bu əziz adam icra etdi.
Məsum bəy Səfəvi - Yuxarıda danışanların dövlət büsatı
başı çatdıqda, əmirdivan olan Məsum bəy Səfəvi yüksək vəzarət
vəzifəsi ilə şərəfləndi, əyalət və qoşun sahibi oldu. O, bir neçə il
dövlət işlərinə qurşanıb şahın inayət nəzərinə yetişdi. Həzrət
cənnətməkan şah o cənaba "əmioğlu", yəni əmizadə deyə xitab
edirdi. Cəm məqamlı həzrət şah ilə rum məmləkətlərinin hökmdarı
Sultan Səlim ibn Sultan Murad arasında sülh sazişi qüvvəyə minən
vaxt hacıların əcəm diyarından beytullaha gediş-gəlişləri çoxaldı.
Məsum bəy Səfəvi də bu ali mətləbinə çatmaq niyyəti ilə hər iki
padşahdan izn alaraq, əsrin fəzilətli adamları zümrəsindən olan oğlu
Xanmirzə ilə yola düşdü, amma rumilər ona zülm etdilər. Məsum
bəyi tanıyan rumilər bir gecə çöl ərəbi libası geyinib, onu, oğlunu və
yoldaşlarından bir neçəsini Həcc karvanında şəhadət dərəcəsinə
çatdırdılar və bu alçaq əməlin [guya] ərəb quldurları tərəfindən
edildiyini bildirdilər. Məsum bəy beytullaha yollandığı vaxt onun
vəziri Əmir Siracəddin Əli Qumi vəzarət vəzifəsini icra edirdi,
amma Məsum bəyin başına gələn qəziyyədən sonra vəzarət kürsüsü
müstəqil vəzirsiz qaldı. Ömürlərinin sonunda Mir Seyid Hüseyn
Fərahani və Xacə Cəmaləddin Əli bu ali vəzifəni tutmaqla sərəfraz
oldular və bir il işlədilər. Amma, onların işləri şahın xoşuna
gəlmədiyindən o, hər ikisini həmin ali mənsəbdən çıxardı və həmin
vəzifə bir daha heç kəsə verilmədi.
299
ƏZƏMƏTLİ MÜSTOVFİLƏR VƏ DƏFTƏRXANA İŞÇİLƏRİ
Cənnətməkan şahın dövründə məlum və məşhur olan ali
divanın əzəmətli müstovfiləri on nəfər, həmçinin yeddi nəfər
müstovfiülməmalik və iki nəfər bəqaya
222
müstovfisi olmuşlar.
Birinci - Mir Məsud Cərbadqani, başqaları isə Xacə
Hüseyn Saruni, Qiyas Kəhreyi-Şirazi kimi məşhur olan Xacə
Qiyasəddin Əli, Xacə Qasım Nətənzi və Xacə Məlik İsfahani, Mir
Qiyasəddin Mahmud Şəhristani İsfahani və İsfahani kimi məşhur
olan Mirzə Şükrullahdır. Bu yeddi nəfər müstovfiül-məmalik
olmuşlar. Onların hamısı şan-şöhrətli, böyük, iqtidarlı olub uzun
müddət işlədiklərindən xalq arasında nəfslərinin toxluğu,
düzgünlükləri, xeyrxahlıqlan və doğruluqlarına görə məşhurdurlar.
Nətənz vilayətinin əyanlarından olan Xacə Qasım Nətənzi
hesabdanlıq qanunları və siyaq elmində mahir olmasına görə
başqalarından seçilirdi və şahanə qayğı və şəfqətə layiq görülmüşdü.
Behişt ayinli məclisdə həmişə əhalinin ehtiyaclarının təmininə,
müsəlmanların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına (tərfiyeyi-
hal), vəlinemətdən ötrü dualar söylənilməsinə çalışır, heç kəsdən
çəkinmədən dilinə xeyirxah kəlmələr gətirirdi. Dünyəvi
qərəzkarlıqdan uzaq adam olduğuna və xeyirxahlığına görə dedikləri
qəbul olunur, söylədikləri [şahın] mübarək xatirinə xoş gəlirdi.
Həqiqətən də səadətmənd [şəxs idi], xeyirxahdı, xeyrat büqələrinin
banisi idi. [Xacə Qasıma] diqqətin çoxluğu səbəbindən, onun
övladları da atalarının vəfatından sonra şah tərbiyətinə və
şəfəqqətinə layiq görülərək yüksək vəzifələrə yetişməklə sərəfraz
oldular. Ondan sonra yuxarıda adı çəkilən Mir Qiyasəddin Mahmud
müstovfiül-məmalik oldu, amma az vaxt içərisində vəzifəsindən
çıxarıldı. Bəzi vaxtlarda mustovfi vəzifəsi hümayun dəftərxananın
əvaricə yazanları (əvazecenevis)* arasında bölündü. O, dərvişlikdən,
nəfs toxluğundan və pəhrizkarlıqdan xali adam deyildi. Bu dəfə üç il
həmin vəzifədə işlədi. Cənnətməkan şahın vəfatından əvvəl işdən
kənarlaşdırıldı və onun yerinə Mirzə Şükrullah təyin olundu. O,
Xacə Həbibullah İsfahaninin oğludur. Nəfsi tox, təmkinli, vüqarlı,
xoşxətt və xoşxasiyyət bir adamdır. Neçə ildən bir ali divanın başqa
işlərində də çalışırdı. Bir neçə il isə, ali divanda vəzifə tutmadığına
222
Bəqaya - qalıq, vergi, ödənilməyən maliyyal mənalarını özündə ehtiva edir (Bax.
M.Moin. Göst. c.I, səh. 555).
300
baxmayaraq şahın məclislərində yenə də iştirak edirdi və "məclis
üzvləri" (məclisiyan) zümrəsinə və divannevislər (divan katibləri -
Ş.F.) dəstəsinə mənsub idi. Mir Qiyasəddin Mahmud Şəhristanı,
yuxarıda yazıldığı kimi, işdən çıxarılarkən onu Mirzə Şükrüllah
əvəz etdi. O cənnətməkan şahın vəfatınadək həmin vəzifəni müstəqil
apardı. İsgəndər şanlı nəvvabın (Şah Məhəmməd Xudəbəndinin -
Ş.F) zamanında Xorasanın vəziri, müfəttişi və sərkarın mütavəllisi
(tovliyyət) vəzifələrinə təyin olunub həmin vilayətə getdi. Amma
get-gedə onda təkəbbürlük və özündən razılıq müşahidə olunmağa
başladı, onunla Xorasan bəylərbəyləri arasında münasibət pisləşdi.
Orada işi keçmədi və Damğana getdi, oradan da baqi cahanın fəna
evinə yollandı.
Bəqaya müstovfillərinin birincisi Mir Hidayətullah Məmuri
İsfahanın "məmuri seyidləri" nəslindəndir, bəğaya müstovfisi oldu,
azacıq sonra öldü, yerinə qardaşı Mir Məhəmməd Məmuri keçdi.
Mühasibatı, siyaq elmini yaxşı bilirdi və on ilədək vəzifəsində
çalışdı. Amma onun xidməti şahın xoşuna gəlmədi və vəzifədən
çıxarıldı.
Mirşah Qazi İsfahani: İsfahan seyidlərindəndi. Onun nəsli
"əlaqəbənd seyidləri"** kimi məşhurdur. Bəqaya mustovfisi oldu.
Mühasib və işbilən bir yazıçı (nevisənde) idi. Cənnətməkan şah
zamanı mühasib və başqa divan işlərində çalışdı. İşinin öhdəsindən
gələ bildi və həzrət şahın vəfatınadək həmin vəzifədə qaldı. Mirzə
Şükrullahın vəzir və etimadüddövlə olduğu İsmayıl Mirzə dövründə
onu müstovfiül məmalik etdilər. İsgəndər şanlı nəvvabın zamanında
da həmin vəzifədə qalmaqdaydı. Mirzə Salman vəzir olan vaxt ona
qarşı münasibəti yaxşı olmadı və vəzirin təhriki ilə vəzifəsindən
çıxarıldı və onun yerinə Heratda İsgəndər şanlı nəvvaba etdiyi
köhnə xidməti müqabilində Xacə Məhəmməd Bağır Herəvi keçdi.
Mirşah Qazi özünün əsl vətəninə getmək fikrində oldu, oradan da
Beytüllahül-hərama, Həcc ziyarətinə getdi, amma, həmin xeyirli
səfərdə fani cahanı tərk edərək bəqa aləminə yollandı.
Əmlak nazirləri* (nazirati-biyutat) - Bu haqda bu həqir
müəllifdə belə məlumat vardır: Qazi İmad müstəqil nazir idi. Onunla
Mehtər Camal İsfahani arasında münaqişə yarandı, divan malı
xüsusunda yeyinti aşkar oldu. Buna görə də vəzifəsindən çıxarıldı və
külli miqdarda pulu müsadirə olundu. Amma Mehtər Camalın özü,
onun işdən çıxarılmasından sonra müsadirəyə zamin oldu və Qazi
İmadı izzət və ehtiramla İsfahana yolladı. Xeyirxah adam idi. Ondan
301
sonra atası Xorasanın müstəqil vəziri Ağa Kəmaləddin Zeynəlibad
Kirmani olan Ağa Cəmaləddin nazir mənsəbinə təyin edildi. Bir
müddət sonra o da bəzi savabsız işlərdə təqsirləndirilib qəzəbə gəldi.
O, cənnətməkan şahın vəfatınadək Ələmut qalasında məhbus idi.
İsmayıl Mirzənin hakimiyyəti vaxtı zindandan çıxdı və İsgəndər
şanlı nəvvabın zamanında onun etibarı xeyli yüksəldi. Yaşının
çoxluğu, qocalığı, həbsdəki qəm-qüssəsi ona qələbə çaldı və ömür
müddəti azaldı. Cənnətməkan şahın vəfatı vaxtı üç nazir vardı.
Mirzə Salman - Ağa Camalın işdən çıxarılması və
həbsindən sonra əksər əmlakın naziri oldu. O, Ağa Mirzə Əli Cahiri
İsfahaninin oğludur. Atası bir neçə il Fars hakimi İbrahim xan
Zülqədərin vəziri olmuşdu. Mirzə Salman Şiraz şəhərində fəzilət və
kamala yiyələnmiş, qabiliyyətinin çoxluğu və bacarığı sayəsində
irəli çəkilmiş, ali orduya gəlmiş, Azərbaycanın vəziri Mirzə
Ətaüllanın köməyi ilə bir neçə il o vilayətin işini aparmışdır. Elə
onun sayəsində orduya gəlmiş, onda qabiliyyət və bacarıq
göründüyü üçün, şahanə diqqətə layiq görülmüş, barəsində yuxarıda
yazılan Ağa Camal Kirmanininin işdən çıxarılması və həbsindən
sonra əksər əmlakın naziri olmuş, hümayun məclisə yaxın adamlar
silkinə qəbul olunmuşdu. O həzrətin (Şah Təhmasibin - Ş.F.)
vəfatınadək öz işində qalmaqdaydı.
İsmayıl Mirzənin hakimiyyəti vaxtı da ona çox böyük
ehtiram olunmuş və buyurulmuşdu ki, vəzarətdəki əzəmətli
əmirlərin heç birinə tabe olmasın. İsmayıl Mirzənin vəfatından və
İsgəndər şanlı nəvvabın cülusundan sonra fərmanla vəzir və
etimadüddövlə təyin olunub, əvvəlkilərdən daha artıq bu vəzifəni
müstəqil idarə etdi. Mirzə Salman o ali mənsəbdə kamal dərəcəsinə
çatdı. Onun sonrakı vəziyyəti haqda İsgəndər şanlı nəvvabın
dövründəki hadisələrin şərhində danışılacaqdır.
Xacə Əbülqasim - Fərahan vilayəti əyanından olub, ali
divan möhrdarının vəziri idi. Düzgün yazan, sözünə sadiq,
düzdanışan, xoşxasiyyət və kəndçi təbiətli bir adamdı. Şahın onun
davranışından xoşu gəldiyindən, möhür vəzirliyindən sərkari-
xasseyi-şərifənin bəzi əmlakının naziri vəzifəsinə yüksəltdi. Həzrət
cənnətməkan şahın vəfatı vaxtı həmin vəzifədə çalışırdı. İsmayıl
Mirzə dövründə də bir neçə müddət vəzifəsini icra etdi. Tam etibara
malik adamdı. Nəhayət vəzifəsindən əl çəkib öz vətəninə qayıtdı.
Mir Əbülfətuh - Sərkari-xasseyi-şərifənin imarətlər naziri
olan Mir Fəzlullah Şəhristani İsfahaninin qardaşıdır. Onlar
302
Süleyman şanlı xaqanın dövründə müstovfil-məmalik olan Mir
Seyid Şərif Şəhristaninin övladlarıdırlar və bu silsilə bu dövlətdə
həmişə ali mənsəblərdə başıucalıqla işləmişdir. Adı çəkilən Mir
Fəzlullah uzun illər İsfahan vəziri və oranın divan işlərinin bilicisi
(rafeq və fateq) olmuşdur. Fəaliyyəti dövründə əmlak sahibinə
çevrilmiş, vəqf mülkləri (rəqəbat)
223
artmışdı. Xülasə, adı çəkilən
Mir Əbülfətuh isə bir müddət imarətlər naziri kimi düzgün çalışdı.
Onun Mirzə Məhəmməd adlı bir oğlu vardı. Fazil, fəqih və fitva
sahibi olan bir şəxs idi. Dünya vəzifələrinə göz dikmədi. Onun
fitvaları dövr fəqihləri arasında olduqca mötəbər idi.
Əhmədi bəy ləşkərnevis - Sabiq ləşkərnevis olan
Məhəmmədi bəyin qardaşıdır. Cənnətməkan şahın hakimiyyətinin
ilk illərində Xaca bəy Şirazi əmirlər və əskərlər arasında olduqca
izzətli, mötəbər, etibarlı və iqtidarlı bir adam idi. Belə ki, hamı onun
gələcəkdə vəzir olacağını güman edirdi. Onun vəfatından sonra
Azərbaycan əvaricənevist* olan Əhmədi bəyin qardaşı Məhəmmədi
bəy aqil, öz rəyi və bacarığı olan bir adam kimi bu uca mənsəbdə
ucaldı. O da izzətli, mötəbər, tapşırılan işləri yerinə yetirən və
şahanə şəfəqqətə yetən bir şəxs idi. Belə ki, həzrət şah ona "Kəshuk
(?) vəzir"
224
deyə xitab edirdi. Onun ölmündən sonra qardaşı
Əhmədi bəy ləşkəmevis oldu, cənnətməkan şahın vəfatı və İsgəndər
şanlı nəvvabın cülusu dövründə öz vəzifəsində qaldı. Onların nəsli
əsl şirazlıdırlar (şiraziül-əsl), orada "xakiyyə" təbəqəsinə mənsub
adamlar kimi tanınırlar. Amma bir müddət olar ki, Şirazdan xaric
olmuşlar. Xakiyyə silsiləsindən bir neçəsi İraq, Azərbaycan və ali
orduda yüksək vəzifələrdə və divan xidmətlərində çalışmışlar.
Məhəmmədi bəy mahir xoşxətt, fəzilət sahibi, kamallı, istedadlı,
qələm əhli idi. Əlahəzrət zilləllah şahın cülusunun əvvəllərində vəfat
etdi.
Əliqulu bəy - Ərəbgirli oymağının əzəmətli qorçilər
zümrəsinin vəziridir. Atası Hüseynəli bəy ağıllı adam və yaxşı xəttat
idi. Xoşnevislikdə sərkarın münşisi Mövlana Bəhaəddin Hüseyni
keçmişdi. Bu əbədi dövlətin zühurundan başlayaraq əzəmətli
qorçilər vəzarəti nəsilbənəsil onlara məxsus olmuşdur. Nə qədər ki,
sağ idi, bu rütbəsində izzət sahibiydi. Hümayun ziliəllah şahın
cülusunun əvvəllərində vəfat etdi.
223
Rəqəbat - "vəqf mülkü" deməkdir. (Bax: M.Moin. c. II. səh. 1666).
224
Yəqin ki, "kiçik vəzir" yazılmalıdır - Ş.F.
303
Mirzə Fəthullah - əzəmətli qorçilər müstovfisinin adıdır. O
da İsfahanlıdır və Xacə Malikin qohumlarındandır. Əvvəlcə qorçi
müstövfisi, sonrasa müstovfiye-məmalik oldu. Mirzə Fəthullah hələ
cavankən bu vəzifə ilə şərəfraz olmuş, nəvazişlə şərəflənmişdi. Ali
məclis üzvləri ilə oturub-dururdu. O, qorçi vəzirinindən daha çox
qorçilərin işlərinə dəxalət edirdi.
Ali dəftərxana üzvləri: Hal-hazırda zabitənevis* və
mofridenevis** adlanan Mir Əbu Turab Nətənzi əmlak müstovfisdir
(müstovfiyi-mal). O, Nətənzin Oluşiyə seyidlərindəndir. Xacə
Qasım Müstovfinin damadı olmuşdur və hümayun dəftərxananın
qələm sahibləri onu siyaq elmində "mühasiblər ustadı" kimi
tanıyırdılar.
Hidayət bəy Şirazi - ali divanın vergi (tovcih) sahibi idi. O,
sadiq tovcih sahibi Xacə Həbibullahın qohumlarındandır. Onların
nəslindən bir çox adam bu xanədana müxtəlif xidmətlər etmiş,
şahanə etimada layiq görülmüşdülər. Hidayət bəy yüksək düşüncəli,
məlumatlı, nəfsitox və pəhrizkar adamdı.
Əvaricenevislərdən siyaq elmində və hesabdanlıq qanun-
qaydalarında məşhur adam olan və "Xan" kimi məşhur olan Xacə
Məhəmməd Əmin ibn Qasım Müstovfi Azərbaycan və Şirvanın
əvariccnevisi idi.
Xacə Rəşid bəy əsl şirazlıdır və Hidayət bəyin
qohumlarındandır. İraqın əvaricenevisi olmaqla şərəflənmişdi, sufi
təbiətli, dərviş xislətli, pak etiqadlı, Allahtanıyan bir adamdı.
Ağa Əsəd Nətənzi - Xorasan və Kirman əvaricenevisi idi.
"Şirazi" kimi məşhur olan Əsəd Suxtənin oğlu Mir Nemətullah
atasının əvəzinə fars vilayətinin əvaricenevisi oldu.
Ağa Seyfülmüluk Tehrani – Təhvirdarlar ərbabının
müstövfisi idi. Böyük istedadı olmasa da, amma maraqlı, xoşsöhbət,
şirin danışan bir adamdı. Elə buna görə də şah məclisinə yol tapmış,
"məclis adamları" zümrəsinə daxil olmuş, şahanə inayətə layiq
görülmüşdü.
Məhrusə məmləkətlərinin əzəmətli vəzirləri: Onların
arasında olduqca böyük, alişan və iqtidar sahibi olan iki nəfərdir. İşə
başladığı vaxt möhür vəziri vəzire-möhr olan Mirzə Ətaüllah
İsfahani bütün Azərbaycan və Şirvanın vəziri və müməyyizi***
olmaqla şərəfləndi.
İkinci vəzir isə Ağa Kəmaləddin Zeynəlibad Kirmanidir.
Yuxarıda yazıldığı kimi o, bütün Xorasan vəziri və müməyyizi idi.
304
Amma cənnətməkan şah vəfat edərkən Ağa Kamal da artıq ölmüş,
yaşının çoxluğu və qocalığı səbəbindən Mirzə Ətaullah də o
mənsəbdən çıxarılmışdı. Hər iki vəzir ağıllı, nəfsitox, rəiyyətpərvər
adamlar olmuşlar. Xorasan və Azərbaycanda onların adları
indiyədək ehtiramla çəkilməkdədir. Onların insanpərvərlikləri və
əməlləri hər iki vilayətdə daim yad olunur.
Cənnətməkan şahın vəfatı zamanı məmləkət vəziri olan
adamlar sırasında sabiqdə tərxan vəziri (vəziri-tərxan) olmuş,
sonradan Biyəpiş Gilanının vəziri vəzifəsinə təyin olunmuş Mirzə
Hidayətullah ibn Xacəşah Hüseyn Sərunidir. Amma o Gilana
getmədi, ali dərgahda qaldı. İsgəndər şanlı nəvvabın dövründə
müstovfil-məmalik oldu. Mirzə Salmanın Heratda baş verən
qətlindən sonra ki, bu haqda məlumat veriləcəkdir, ali divan vəziri
və etimağüddövlə oldu, amma o, bu işə və vəzarətin ali işlərinə çox
da dəxalət etmirdi. Sabiqdə Həsən həy Yüzbaşı Ustaclının vəziri
olan Xacə Qasım Əli Azərbaycan vəziri olub bu vəzifədə bir neçə il
işlədi. Amma o da cənnətməkan şahın vəfatına qədər ali dərgahda
qalaraq, Azərbaycana getmədi. Xeyirxah, nəfsitox adamdı. Əslən
təbrizli idisə də, İsfahanla da qohumluq əlaqəsi vardı.
Qardaşının yerinə Həsən bəy ibn Hüseyn bəyin vəziri
olmuş Xacə İnayət Türkə o dövrün mötəbər vəzirlərindəndir.
Rəiyyət adamıydı, xoş davranışı vardı.
Yəzd darülibadəsindən çıxarılıb İsfahan darülssəltənəsinin
vəzirliyinə təyin olunan Xacə Məhəmməd Şərif Tehraninin Ağatlay
(?) Dəvatdar Qəzvini ilə qohumluğu vardı. O da xoşxasiyyət və
nəfsitox adamdı. Adını çəkdiyimiz Ağatlayın oğlu Mirzə
Bədiüzzaman Kaşan darülmömininin vəziri idi. O və qardaşı
nəfslərinin toxluğu və rəiyyətlə yaxşı davranışlarına görə şahanə
şəfəqqətə yetişmişdilər. Onrarın başqa bir qardaşı Ağa Məhəmməd
Zəman Təbriz darülsəltənəsinin bəzi işlərini aparırdı, başqa qardaşı
Əhməd bəy isə Xorasanın bəzi mahallarının vəziriydi. Mir Fəzlullah
Şəhristanının oğlu və "Zadeyi-Məxdum" kimi məşhur olan Mirzə
Əbdülbaqi Qəzvin darüssəltənəsinin vəziri Mir Seyid Əli Rezəvi
Quminin vəfatından sonra həmin mülkün vəziri təyin edilməklə
şərəfraz oldu və işinə başladı. Yuxarıda yazılmışdı ki, Fəzlullah
əmlak və vəqf mülkləri sahibi idi və özünün bütün əmlakını vəqf
etmiş, vəqfə nəzarəti (tovliyyət) böyük oğluna vəsiyyət etmişdi,
lakin adı çəkilən Mir Əbdülbaqi ağılsızlığı və bədxərcliyi üzündən o
əmlakın hamısını yox etdi, özü də cənnətməkan şahın vəfatından
305
sonra nəticəsiz işləri, yersiz hərəkətləri, alçaq alış-verişi üzündən
çox bəlalar çəkdi, pərişan oldu, təşviş içində yaşadı.
Mirzə Əhməd - O, Mirzə Nurullah Küfrani İsfahaninin
oğludur və Fars əyaləti sərkari-xasseyi-şərifə vəziriydi. Həzrət
cənnətməkan şahın Nurullaha və atasına xüsusi şəfəqqəti vardı.
İsgəndər şanlı nəvvabın zamanında, vaxtı ilə Şirazda o həzrətə etdiyi
yüksək xidmətlərə görə, baş nazir (nəzarəte koll) vəzifəsi ilə şərəfraz
oldu. O, tam müstəqil nazir idi.
Herat darüssəltənəsinin bəzi xasseyi-şərifə mahallarının
vəziri olan Mir Seyid Hüseyn Xətib Qayini həmin mülkdə olduqca
etibarlı adamdı. Əhməd bəy Əfşar Qorçibaşının vəziri Mirzə
Məhəmməd Kirmani Ərdəbil darülirşadının vəziri vəzifəsində
işləyirdi.
Biz məşhur böyük vəzirlərin bir neçəsi barədə məlumat
verdiyimiz üçün başqa xırda vəzirlər barədə danışmamaqla
kifayətləndik, çünki qələmin dili onlar barədə susmağı üstün tutdu.
Taciklərdən olan, əmirlərə təyin edilən və çıxarılan başqa
vəzirlər də şaha xidmətlərində şərafətli və izzətli adamlar olmuşlar.
Əmir Qeyb Sultanın vəziri Xacə Hidayətullah tacikiyyə arasında
hörmət və ehtiramla yaşamaqdaydı. Abdullah xan Ustaclının vəziri
Xacə Ziyaəddin Səlmani İsfahani onun vəfatından sonra ali orduya
gələrək "məclis əhli" zümrəsinə daxil oldu. Başqa biri "Axsaq
Müşrif [ləqəbi] ilə məşhurlaşan Xacə Həsən Naxçıvanidir. onun heç
bir mənsəbi olmamasına baxmayaraq "məclis üzvləri" zümrəsindən
idi. Heydər Sultan Tərxan Türkmanın vəziri Xacə Şahmənsur
Fərahaninin hümayun məclisə getmək icazəsi vardı. Masum bəyin
vəziri Mir Siracəddin Əli Qumi, onun yuxarıda yazılan şəhadət
vaqiəsindən sonra divanın müxtəlif vazifələrində işləyirdisə də,
amma, əvvəlki qayda ilə şaha mülazimlik də edirdi.
Əmlak müşrifləri:* Onların bir neçəsi izzət və etibar sahibi
idilər.
Mirzə Babayi Şirazi - əmirlər xəzinəsinin müşrifi olmuşdu
və şahın xidmətində izzətli, mötəbər və şahanə etimad qazanmış
adamdı.
Mirzə Qasım Şirazi – Tövlə müşrifi idi. Çox vaxt tövlə və
at meydanında olmaqla şərəfraz olmuşdu. Mirzə Məhəmməd Pişkeş
Mirzə Babayi Pişkeşin qohumuydu, izzətli və mötəbər
peşkəşnevis** idi. Sabiqdə xəzinə müşrifi olan Mir Şahmirin
qardaşı Mir Seyid Seyfi şotorxan (dəvəyə baxan) vəzifəsində
306
çalışırdı. Onlardan başqa da bir neçə nəfər müşrif vardı ki, biz bu bir
neçə nəfər haqda məlumatla kifayətləndik.
Ali dərgahda tacikiyyədən daha bir neçə əyan və böyük
adam olmuşdur. Onların bəzisi şaha xidmət yoluna düşdüsə də, elə
də mühüm işlərə sahib olmadılar, lakin behişt ayinli məclisdə
(behiştayin - Ş.F.) iştirak edə bilirdilər. Xüsusən Qum
darülmömininin musəvi seyidlərindən olan Mir Haşim Qumi ki,
şirin sözlü və zarafatcıl adamdı. Əmlak və sərvət sahibi olmuşdu. O,
şahın qulluğunda qeyrilərindən çox danışır, mətləb və ehtiyacı
olanların sözlərini şaha çatdırır, hərdənbir də ali divan vəzarətinə
baş çəkirdi. Amma, bu rütbədə çərəfraz ola bilmədi. Cənnətməkan
şah həmişə onunla zarafatlaşırdı. Mir Haşim Qumi çox vaxt şah
tərəfindən cəzalandırılırdı. Cənnətməkan şahın vəfatınadək izzətli və
hörmətli oldu, xahişlərində həddi aşmırdı. Tacikiyyə təbəqəsinin
başqa rəiyyət və oyanından biri də Xacə Əbdülrəşidin oğlu Xacə
Əbdidqadir Kirmani idi. Məmləkətlərin böyükləri və əyanlarından
əmlakının çoxluğuna görə üstün idi. O, Kirman darülamanından ali
saraya gəlmiş və behiştayin şahın məclis adamlarından olmuşdu.
Hərdənbir də ali divan vəzarətinə gedib-gəlirdi. Amma, o da Mir
Haşim kimi izzət və etibarına baxmayaraq, ona müraciət edən
adamların əlindən rahat gün keçirə bilmirdi. Özünə on iki min
tümən peşkəşlə kifayətlənmişdi ki, Kirmana gedib o vilayətdə
əkinçilik və məskən salmaqla gün keçirə bilsin. Amma onun bu işi
qəbul olunmadı. Cənnətməkan şahın vəfatına qədər ali orduda qaldı.
İsgəndər şanlı nəvvabın hakimiyyəti vaxtı rüxsət alıb öz vətəninə
getdi. Amma, orada özbaşınalıq bayrağını göyə qaldıran Bəktaş xan
Əfşarın xoşagəlməz rəftarına görə qala bilməyib ətəbati-aliyyata
[İmamların məzarlarının ziyarətinə] getdi, uzun illər Bağdad
darüssalamında və o ətraflarda yaşadı, etibarsızlıq qorxusundan
vətəninə qayıtmağı arzulamadı və ömrü o vilayətdə başa çatdı.
Ali dərgahda və behiştnişan məclisdə aparılan söhbətlərdə
iştirak etmək səlahiyyətinə malik bir çox kələntər, ərbab və başqa
adamlar da işləyirdibr ki, onların təfsilatını vermək çox vaxt alar.
Münşilərdən Məhəmmədi bəy Təbrizi Kecəci Münsi əl-məmalik
qədimdən bəri xidmətləri olan Mir Zəkəriyyanın qohumlarından idi,
vəfat etdi. Ondan sonrasa məmləkətlər münşisi vəzifəsi kimsəyə
verilmədi. Xacə Əli bəy Sorx Kirmaninin oğlu Mirzə Məhəmməd
yuxarıda adı çəkilən Məhəmmədi bəylə qohumdu. Qazi Abdullah
Cüveyni və Xacə Əlaəddin Mənsur Kərəhrudi — bunların hər ikisi
307
məmləkətlər münşisi kimi "məclis əhli" zümrəsindəndir. Mirzə
Məhəmməd İsmayıl Mirzənin hakimiyyəti zamanı münşi əl-
məmalik olub, izzət və hörmət qazandı. O, İsgəndər şanlı nəvvabın
vaxtında, Mirzə Salmanın qətlindən sonra müstovfil-məmalik, Əbu
Taleb Mirzə zamanındasa vəzarət vəzifəsinədək ucaldı. Onun
vəziyyəti barədə əlahəzrət zilləllah şahın hakimiyyətinin təsviri
zamanı məlumat veriləcəkdir. Onların hər üçü qabiliyyət, istedad
əhli idilər və "xoşnevislər" zümrəsinə mənsubdular. Amma Qazi
Abdullah inşa fənnində başqalarından üstün idi. İsa nəfəsli
(məsihiyyətül-ənfas) həkimlərin zikri - Bu fəzilətli təbəqə üzvləri
İran məmləkətlərində çoxsaylı idilər ki, onların şahın mülazimətində
çalışan bəziləri haqqında məlumat veririk:
Həkim Qiyasəddin Əli Kaşi - Sözünə sadiq, düz danışan,
sadəlövh adamdı. Müalicə elmlərini öyrənməyə cəhd etdi və tibb
elmində kamal mərtəbəsinə yetişdi. Onun vəfatından sonra qardaşı
Həkim Nurəddin şahın xidmətində oldu və həkimlər silkinə daxil
edildi. Xəstəliklərin müalicəsində əli yüngüldü. Onun dediyi söz
həkimlər arasında qanun idi. Cənnətməkan şahın xidmətində
sədaqətinə və doğruluğuna görə ən etibarlı həkimdi.
Həkim Kəmaləddin Hüseyn Şirazi - Fəzilətli, bilikli və
xoşəxlaq həkim idi. İş fəaliyyətinin başlanğıcında Şah Nemətullah
Yəzdinin həkimiydi və onun xidmətində durmuşdu. Onun
vəfatından sonra "ali dərgah həkimləri" silkinə daxil oldu.
Bacarığının çoxluğundan, əsasən, əlindən xəta çıxmazdı. Müxtəlif
xəstəliklərə düçar olan adamlar onun müalicəsi sayəsində
sağalırdılar. İçki hazırlamaqda və yaymaqda məşhur idi, riyakar
adamlar kimi boş sözlərlə xəstə sağaltmağa girişmirdi. Müalicədə
məsləhət bilinən və təbiblərin razılıq verdikləri məstedici içkilərdən
istifadə etdiyinə görə cənnətməkan şahdan özünə qarşı diqqət
görmürdü. İsgəndər şanlı nəvvabın zamanında Xan Əhməd
Gilaninin xidmətinə Gilana getdi və uzun müddət onun yanında
izzət və hörmət sahibi oldu. Adı çəkilən vali onunla tibb sahəsində
mübahisələr edirdi. Ömrü elə orada da bitdi.
Həkim Əbu Nəsr Gilani - Xoşsöhbət və xoşsima adamdı,
ali orduda əksər xəstəliklərin müalicəsinin öhdəsindən bacarıqla
gəlirdi. Tibb fənnində məşhurlaşmışdı. Cənnətməkan şahın xəstəliyi
vaxtı gecə-gündüz onun yanındaydı. O, şahın ona olan böyük diqqət
və iltifatına görə başqa həkimlərin cahilanə həsədkarlığına məruz
qalmışdı. Buna görə də həmin münasibətin qurbanı oldu və həzrət
308
cənnətməkan şahın vəfatı zamanı onu müalicədə xəyanətdə ittiham
etdilər və o, hümayun dövlətxanada qorçilərin əliylə qətlə yetirildi.
Mirzə Məhəmməd Şirazi - Həkim Kəmaləddin Hüseynin
qohumudur. Fazil həkim və xoşəxlaq alimdi. Müalicədə əli
yüngüldü. Əsrin əksər həkimləri onun sözünü etibarlı sayır, müalicə
etmək bacarığını qəbul edirdilər. Təbiblərin hamısı onun şagirdləri
olmaqla iftixar edirdilər. Həqiqətən də dövrün Boqratı* və dövranın
Əflatunu** idi. Əslində, o da həkim Kəmaləddin Hüseyn kimi içki
ilə müalicədə məşhurlaşmışdı və buna görə də şah diqqətindən
uzaqda dururdu. Bəzən ali orduda, bəzən də Yəzd darülibadəsində
vaxt keçirirdi.
Həkim İmadəddin Mahmud - Bu iki bilikli həkimlə onun
qohumluğu vardı. Elm və hikmətdə hamının arasında vahid, bilik və
təcrübədəsə dünyada məşhurdu. Tibb elmi sahəsində onun
tərəfindən yazılan [məşhur] nüsxələr xroniki xəstələrin müalicəsi
üçün, xüsusən əhali arasında qoturluq (atəşək) kimi tanınan kiçik və
böyük cərəb (qotur) xəstəliyinin qarşısının alınmasından ötrü
həkimlərin istifadə etdikləri nüsxələrdir. İş fəaliyyətinin
əvvəllərində Şirvan hakimi Abdullah xan Ustaclının yanında
işləyirdi. Amma, Abdullah xanın nə səbəbdənsə onunla arası dəydi,
qəzəb atəşi alovlandı və onu qarda dondurmaqla cəzalandırdı.
Həkim az qala dəli olacaqdı, çünki bütün gecə sübhədək qarın
içərisində qalmışdı. Cənab həkimsə çoxlu tiryək qəbul edərək özünə
əlac etdi. Baxmayaraq ki, həmin bəladan qurtuldu, amma ömrü boyu
əsmə-titrəmə xəstəliyinə düçar oldu. Özü tiryəki olduğundan
tiryəkin müsbət təsirinə etiqadı vardı. Həzrət cənnətməkan şahın
həzrət İmam Rzanın (imaməl-cinn və-l-ons) müqəddəs rövzəsinin
rəvacına böyük diqqəti olduğundan, oranın sərkarının yanına ən
üstün adamları yollayırdı. Həkim İmaməddin Mahmud da sərkarın
təbabətini icra etmək üçün göndərildi və müqəddəs Məşhəddə illərlə
müalicə ilə məşğul oldu. Həqiqətən də həkimlik keyfiyyəti və
kamalının üstünlüyündə hamıdan fərqlənən fazil insanlardan biri idi.
Həkim
Əbülfəth
Təbrizi
-
Təbriz
şəhərinin
təbiblərindəndir. Boyu qısa olduğundan əhali arasında "Kiçik
həkim" ("Həkime-kuçek") ləqəbi ilə tanınırdı. O, Təbrizdəki başqa
həkimlərin hamısından üstün idi. Xəstəliyin müəyyən olunmasının
yeganə bilicisiydi. Əgər hansı bir xəstəyə diaqnoz qoyuluşu çətinlik
törədirdisə, Həkim Əbülfəth sual-cavaba ehtiyac görməyərək onun
nəbzinə əl vurmaqla xəstəliyin səbəbini yemək-içməkdən olub-
309
olmadığını müəyyənləşdirirdi. Onun təşxisləri əksər vaxt düzgün
olurdu və bacarığı möcüzə həddini keçmişdi. Cənab Həkim
Əbülfəth Təbrizi İsmayıl Mirzənin hakimiyyəti zamanı onun
xidmətində möhtərəm idi, şaha bütün yaxınlarından yaxın adam
olmuşdu. İsgəndər şanlı nəvvabın zamanında Təbriz hakimi və
Azərbaycanın əmirülümərası olan Əmir xan Mosullunun
mülazimlərindən olmaqla onun xidmətinə getdi.
Əmir xanın vaqiəsindən sonra Həkim Əbülfəth Təbrizi ona
tərəfdar olduğundan şahın nəzərindən düşdü. Amma əlahəzrət
zilləllah şahın hakimiyyəti zamanı onun ən məhrəm adamlarından
biri oldu. Nəhayət cəzaya giriftar olub, həyat badəsi acı ölüm şərbəti
ilə dolu olduğundan həmin badəni başına çəkərək fəna yatağına baş
qoydu.
Həkim Yarəli Tehrani - "Həkim Xeyri" ləqəbi ilə
məşhurdur. Fazil, hal əhli, fəzilət və kamal sahibi, olduqca
xoşsöhbət, ilhamlı və dostcanlı adamdı. Cənnətməkan şahın ona
böyük diqqəti vardı. Kasıbların müalicəsi ilə də məşğul olurdu.
"Şərbətxənaye-xeyri" o cənaba məxsusdu və elə buna görə də
"Həkim-Xeyri" kimi tanınırdı. İki qabiliyyətli oğlu vardı. Həkim
Nurəddin Əli və Həkim Şərəf. Hər ikisini atası yetişdirmişdi və ona
kömək edirdilər. Təbi mövzun və qonaqcıl bir adamdı. Ömrünün
axırında o və oğlanları özlərinin halal yetişdirdikləri əkinçilik
məhsulları və evləri sayəsində yol üstündə dərviş süfrəsi açaraq
oradan keçib-gedənlərə xidmət göstərirdilər.
Mir Ruhulla Qazi Cahani - Qəzvinin yüksək qədir-
qiymətli seyfi-hüseyni seyidlərindəndir. Ata-babasının tərifə layiq
süfrələri olduqca məşhurdur. Alicənablıq və böyüklük əsəri
əhvalından zahir idi. Böyük adamlar və əyanlar arasında müsbət
cəhətləri haqda söhbətlər gedirdi. Fəzilət və biliyi həddindən çox,
qabiliyyət və istedadı şəkk-şübhəsiz idi. Dövrün elmlərini
oxuduqdan sonra zövqü tibb elminə yönəldi və bu fəndə tam mahir
oldu. Xəstəliklərin müalicəsi ilə az məşğul olmasına baxmayaraq, bu
sahədə hər nə edirdisə başqa təbiblər tərəfindən bəyənilirdi. Əksər
təbib və təbibzadələr onun yanına gələrək tibb elmi ətrafında
mübahisələr aparır və onun şagirdi olmaları ilə fəxr edirdilər.
Nəstəliq xəttini çox yaxşı yazırdı. İsgəndər şanlı nəvvabın
hakimiyyət dövründə Qəzvində xəstələndi, qəzavü-qədər təbibinin
əli onun bədən müalicəsinə yetişmədi, cavanlıq aləmindən
cavidanlıq aləminə getdi.
310
Məmləkətlərdə başqa bacarıqlı təbiblər də vardı: Məsələn
Həkim Nurəddin Əli Yəzdi, Mir Əbülqasim Şirazi, Həkim Əlayi-
Təbrizi və İsfahan təbibləri. Amma, bizim məqsədimiz cənnətməkan
şahın uca ordusunun hörmətli mülarimlərindən yazmaq olduğundan,
qələmin dili onların hamısı haqqında yazmaqdan uzaqlaşır və başqa
istedad sahiblərindən yazmağa başlayır.
Dostları ilə paylaş: |