MƏRHUM ŞAHZADƏ SULTAN HEYDƏRMİRZƏNİN
ŞƏHİD OLMASININ ZİKRİ, İSMAYIL MİRZƏNİN ŞAHLIĞI
VƏ ONUN BAŞINA GƏLƏN ƏHVALATLARIN ZİKRİ
Əvvəlki səhifələrdə yazdığımız kimi, cənnətməkan şaha üz
verən müsibət gecəsi (yəni şah Təhmasibin vəfatı gecəsi - Ş.F.)
səltənətə müddəi (iddiaçı - Ş.F.) və vəliəhd olan Sultan Heydər
Mirzə ya çox möhtərəm atasının işarəsi, ya da anasının məsləhəti ilə
dövlətxana qapısının yanında dayanmışdı və oranı öz məqsədinə
yetmək üçün ən yaxın məsafə güman edirdi. Amma o, iqbalının
olmaması və bəxtinin qaralığından öz istəyindən uzaq və həyat
nemətindən məhrum oldu. Əqli naqis və qısa qadınların məsləhətinə
əməl edən şahzadə öz yaxın adamlarını eşikdə saxlayaraq, özü
dövlətxananın (sarayın - Ş.F.) içərisində gözləməyə başladı. Başqa
tərəfdən də, təsadüfdən humayun dövlətxananın keşiyini [o gecə]
İsmayıl Mirzəyə yaxın adamlar çəkirdilər və şahzadənin bundan
xəbəri yox idi. Məlumdur ki, onlar dövlətxana qapılarını qapayaraq,
onun tərəfdarlarından bir nəfəri belə daxilə buraxmadılar. [Sultan
Heydər Mirzə isə] yaxınları olmadan orada gözləyib özünü o
adamların məhbusuna çevirdi.
Başqa yandan da ruzigarın ağıllı qadınlardan olan Pərixan
xanım ona zidd və İsmayıl Mirzəyə yaxın adam idi. Lakin, o, həmin
gecə özünün Sultan Heydər Mirzə tərəfindən məhbus vəziyyətdə
olduğunu gördü və şahzadə onun mütiliyinə və yağlı dilinə aldandı.
Məsələ belədir ki, həmin hadisə [Şah Təhmasibin vəfatı - Ş.F] baş
verən gecə [Pərixan xanım] özünün bəxt hərəmsarayında şahzadənin
əlində əsir olduğunu bilərək, mülayimlik və tabe olmaqdan başqa bir
çarə tapmadı, acizanə surətdə ərz etdi: "Qadınların əqli dayazdır.
Əgər əqlimin nöqsanı və düşüncəsizliyim üzündən bir qüsurum
olubsa, ümidvaram ki, təqsirimi əfv edəsən və məni bağışlayasan.
Bundan sonra tabe olaraq sənə xidmət edəcəyəm və bu biçarə
[bacın] tərəfindən sənin fikrinə qarşı bir tük ucu boyda da ixtilaf
görməyəcəksən".
O, dərhal qardaşının ayağını öpərək Mirzənin anasına belə
dedi: "Sən özün şahid ol: Şahlıq ayaqöpdüsündə və şahzadənin
cülusunda heç kəsin məndən üstünlüyü olmayacaqdır".
Şahzadə bərk sadəlövh olduğundan bu yaltaqlığa inanıb,
bacısına lütfkarlıq etdi və mehribanlıq göstərdi. Ona dedi ki, əgər
sən mənimlə məhəbbət məqamındasansa, qardaşın Sullan Süleymanı
342
və dayın Şamxal Sultanı mənimlə yaxın etsən, xatirin mənim
yanımda atamın vaxtı olduğundan daha da əziz olacıqdır.
Ülyahəzrət xanım bu sözü eşidib, sözlərinin təsdiqi kimi,
şahzadəyə and içməyi təklif etdi, o, da boynundan asdığı Quranı
(moshəf) əlinə (guya ki, Qurandır - Ş.F) götürüb, and içdi. Xanım
rüsxət aldı və mənzilinə gedərək, qardaşını və dayısını onun yanına
gətirdi. Şahzadə onun sözünə inanıb getməsinə izn verdi. O da
hərəmxananın bağçasından At meydanına gedən yolu açaraq
dövlətxanadan çıxdı və sarayın açarını dayısı Şamxal Sultana verdi.
Şamxal Sultan şahzadənin düşmənlərindən olan üç yüz nəfər
çərkəslə hərəmxananı ələ keçirdi və nəticədə, həmin müxaliflər
hərəmxana bağçasına daxil olaraq, aşağıda yazacağımız kimi,
şahzadəni şəhid etdilər. Ülyacənab xanımın sadəlövh qardaşına elə
xəyanət etməsinə baxmayaraq, nəhayət nəticə etibarilə öz
xəbisliyinin giriftarı oldu və ömürlə dövlətdən heç nə təmənna edə
bilmədi ki, bunun şərhi öz vaxtında veriləcəkdir.
Xülasə, nəvvab mirzə (şahzadə Sultan Heydər - Ş.F) o
günün ertəsi başına şahlıq tacı qoyaraq, cənnətməkan şahın xüsusi
şəmşirini belinə bağladı, o həzrətin mübarək vəsiyyətnaməsini
göstərib iddia etdi ki, həmin vəsiyyətnamə başdan-ayağa qədər o
həzrətin əli ilə yazılmışdır və şah onu (Heydər Mirzəni - Ş.F)
özünün vəliəhdi və qayimməqamı etmiş, bütün şahzadə, əmir, sufi
və bu xanəndanın havadarlarına (tərəfdarlarına - Ş.F.) ona itaət
etmələri barədə
fərman vermişdir. Şahzadə həmin vəsiyyətnaməni
çalmasının bir küncünə qoyub Cehelsütun sarayına qalxdı. Onun
əleyhdarları deyirdilər ki, həmin vəsiyyətnamə padşahın mübarək
xətti ilə yazılmamışdır, əksinə şahın xəttinə oxşar xətti olan bir
hərəmxana xanımı tərəfindən o həzrətin ölümündən sonra yazılmış
və şahın barmağından çıxarılmış üzüklə möhürlənmişdi. Düzünü
Allah bilir. Xülasə, nəvvab şahzadə yüzbaşılara, qorçilərə,
eşikağasılara və bütün dövlətxana qapısını qoruyan keşikçi və
xidmətçilərə xeyli ənam və bol vədlər verdi. O, bir neçə dəfə əmr
etdi ki, dövlətxana qapısını açıb, özünün eşikdə toplanmış
mülazimlərini içəri gətirsinlər. Dövlətxanada olanlar isə onunla
səhərdən axşama qədər ədəblə davranıb dövlətxana qapısının
açılması barədə münasib üzrxahlıq edərək, baş vermiş bədbəxtlik
(Şah Təhmasibin vəfatı - Ş.F.) münasibətilə ona təsəlli verirdilər.
Kirman hakimi Qulu bəy Əfşarın öz qohumu olan, hərəmxana
yüzbaşısı Vəli bəydən eşitdiyi bir hadisədə bildirilmişdir: Nəvvab
343
mirzə (şahzadə Heydər Mirzə - Ş.F.) məni (Vəli bəyi - Ş.F) yanına
çağıraraq, Kirman hakimliyini və qorçibaşılıq mənsəbini vəd etdi,
sarayı mühafizə edən qorçilərin yanına göndərdi ki, qapını açıb,
onun mülazimlərini içəri gətirim. Mən bir qədər gedib geri qayıtdım
və açıq-aydın ona dedim ki, qorçilər həyasızlıq edirlər və deyirlər ki,
padşah ölmüş, qızılbaş tayfaları iki dəstəyə ayrılmış, o, dəstələrin isə
hərəsi bir yerdə toplanmışlar. Biz isə, hər iki dəstəni tərk edərək,
mübarək dövlətxananı, hərəmxananı və padşahın namusunu
qoruyuruq ki, hər iki dəstənin əmirləri və dövlət başçıları sazişə
gəlib bir iş törətməsinlər, əyan və ağsaqqalların məsləhəti ilə tərəflər
vəziyyəti dəyişməsinlər. Vəlinemətin hüququnun qorunmasından
başqa bir vəzifəmiz olmayan biz dövlətxah adamlar fitnə-fəsadın və
əliuzunluğun önünu almaqla dövlətxanaya bir nəfərin belə
gəlməsinə imkan verməyəcəyik.
Şahzadə onların onunla məkr və hiyləgərliklə danışdıqlarını
anladı, qılınca ol ataraq dedi: "Mən artıq özümün qətl olunacağıma
inandım."
Pərdə arxasından bu vəziyyəti müşahidə edən anası fəryad
qoparıb, onun bu hərəkətinə mane oldu. Şahzadə pərt halda
hərəmxanaya getdi. O, günün sonunadək əhvalı pərişan vəziyyətdə
gah biruna (hərəmxananın çölü - Ş.F.) gəlir, gah da əndəruna
(hərəmxananın daxili - Ş.F.) qayıdırdı. Ona məlum oldu ki, o, həmin
adamların məhbusudur və öz yaxınlarının buraya gəlmək imkanı
yoxdur.
Amma əmirlər və dövlət başçıları sübhə yaxın həmin
məşum hadisədən xəbərdar oldular. Əmiraslan xan Əfşar [dərhal]
Sultan Əhməd Mirzə ilə Hüseynqulu Xüləfanın mənzilinə getdi.
Ərəs xan Rumlunun övladlarının mənzilində olan Sultan
Məhəmməd Mirzə də oraya gəldi. İsmayıl Mirzənin tərəfdarları
toplaşdılar. Şeyxavənd, ustaclı, gürcü camaatı, həmçinin başçıları
Məsum xan Səfəvi, Həmzə Sultan Talış, Seyid bəy Kəmunə, Əlixan
bəy Gürcü və Allahqulu xan Eycəkoğlu olan Sultan Heydər
Mirzənin tərəfdarları isə Hüseyn bəy Yüzbaşının mənzilində cəm
olub, o vaxt onun evində olan Sultan Mustafa Mirzəylə birləşdilər.
Bəhram Mirzənin oğlu Sultan İbrahim Mirzə də oraya gəldi və
həmin yerdə böyük bir dəstə toplaşdı. Heydər Sultan Çabuq
Türkman, hakim Qulu bəy Əfşar, Məhəmmədqulu Zülqədər
Möhrdar, Mirzə Əli Sultan Qacar və başqalarından ibarət olan əyan
və əmirlər günün sonuna qədər öz mənzillərində dayanıb heç bir
344
dəstəyə qoşulmadılar. Xülasə, hər iki dəstə qapı önündə yığışıb, öz
mətləblərinin hasilə yetişəcəyi saatı gözləyirdi. Sultan Heydərin
tərəfdarları elə az və zəif idilər ki, həmin o dəstələrdən buraya nə
üçün yığışdıqlarını soruşa bilmirdilər. Onlar nəhayət istədilər ki,
birlikdə dövlətxana qapısından içəri girsinlər, mirzəni tapıb, onu
taxta əyləşdirsinlər, əgər bu işə maneçilik edən olsa, onu dəf
etsinlər.
Onlar Qəhqəhə qalasında məhbus olan İsmayıl Mirzəni
qoruyan Xəlifə Ənsar Qaradağlı tərəfdən xatircəm idilər və bilirdilər
ki, Sultan Heydər Mirzənin cülusundan sonra İsmayıl Mirzənin qətli
xüsusunda çıxarılacaq hər hansı bir hökmü yerinə yetirəcəkdir.
Amma, onların bəzi ağıllı adamları deyirdilər ki, keşikçi qorçilər
dövlətxana qapılarını bağladıqlarından ola bilər ki, şahzadəyə qəsd
etsinlər. Buna görə də, orada cəng baş verməməsindən ötrü gərək
dövlətxananın qapısına tərəf getməyək, yoxsa onlar zərurət üzündən
şahzadəni qətl edə bilərlər.
Hər saatda bir fikrə düşüb tez-tez öz rəylərini dəyişirdilər.
Nəhayət, qərara aldılar: Keşik çəkmə vaxtı olan qürub düşənədək
gözləyib, səbir etsinlər, "qayda üzrə bu gecə ustaclı tayfasının
keşikçəkmə növbəsidir və biz də xidmətimizi icra etməyə gedirik"
deyib dövlətxanaya getsinlər.
Onların arasından Allahqulu Sultan Eycəkoğlu dedi:
"Yaraqlanıb padşah dövlətxanası üstünə getmək sufigərilik və
sədaqətdən uzaq bir işdir, həm də bu işin xeyri yoxdur. Buna görə
də, indi bizim məqsədimiz belə olmalıdır ki, Xüləfanın evinə onun
adamları toplaşmazdan əvvəl gedərək, işini bitirək, həmin camaatı
dağıdaq. Əgər onların darmadağın edilməsi xəbəri yayılarsa,
dövlətxana əhli heç bir maneə görmədən qapını açıb xidmətkarlıq
məqamında dayanarlar". Hamının fikri belə oldu. Həyatlarının sonu
yaxınlaşdığından, onlar bilik və müşahidənin üzünə qürur və qəflət
pərdəsi çəkib öz aləmlərinə qapılmışdılar. Ağıllı, təcrübəli, ehtiyatlı
adam olan Hüseynqulu Xüləfa, Sultan Heydər tərəfdarlarının onun
üzərinə hücum edəcəkləri barədə düşünüb vaxtı udmaq barədə nəsə
bir tədbir düşünürdü. Əvvəlcə Budaq Rumlunu və ağsaqqal,
bacarıqlı adam olan Şahqulu Sultan Beytoğlu Zülqədəri Sultan
Mahmud Mirzə və Sultan Mustafa Mirzənin və tərəfdarlarının
yanına yolladılar ki, sülh meydanına ayaq basıb, şərin və fitnə-
fəsadın ucu olunmasına çalışsınlar. Ona dedilər: "Xülasə, elə
etməliyik ki, ikitirəlikdən əl çəkib bir-birimizlə ittifaqa girək. Gərək
345
hər şeydən əvvəl, matəm libası geyinərək cənnətməkan şahın
təziyəsinə başlayaraq, onun mübarək cəsədini kəfənləyək. Bundan
sonra ağsaqqallar bir yerə toplaşsınlar, hər iki dəstə ilə din və dövlət
işləri barədə danışmağa başlasınlar. Din və dövlət işlərini daha yaxşı
aparmağa qadir olan bu iki şahzadədən hansı padşahlığa layiq olarsa
onu da padşah edərik".
Bu tədbirin faydasız olacağını bilmələrinə baxmayaraq, bir
qədər vaxtı yubatmaq niyyəti ilə onları göndərdilər. Onlar gələrək
niyyətlərini ərz etdilər və bu tərəfin ağır cavablarını eşitdilər.
Vaxt bir müddət belə qiylü qal ilə keçdi. Bu tədbirdən
sonra Hüsenqulu Xüləfa yeni bir fikrə də qapılıb, Qəzvinin bir
fərsəxliyinə bir adam da göndərdi, ona dedi ki, yürüşlə şəhərə geri
qayıdıb yalandan İsmayıl Mirzənin buraya gəlməsi müjdəsini
çatdırsın. O adam da, günortaya yaxın özünün qan-tərə batmış atını
şəhərə çatdıraraq xəbər verdi ki, budur İsmayıl Mirzə artıq gəlib
çatmışdır. Bu xəbər də yayıldı ki, cənnətməkan şah on iki gün
bundan əvvəl gizlincə bir nəfəri şahzadənin yanına yollayıb onu
təcili olaraq [Qəzvinə] gətirməyi tapşırıbmış, elə buna görə də
İsmayıl Mirzə tələsik halda belə sürətlə şəhərə gəlmişdir. Onun
tərəfdarı olan əhali və sadə camaat həyəcana gələrək Xüləfanın
evinə doğru üz tutdular. Oraya çoxlu adam toplaşdı. Sultan
Heydərin tərəfdarları bu xəbəri eşidib olduqca pərişan oldular.
Beləliklə, məsələ günün axırına qədər uzadıldı.
Bu zaman həmin xəbərin yalan olduğu, onun Xüləfa
tərəfindən uydurulduğu və böyük təsirə malik olduğu məlum oldu.
Günün sonunda Sultan Heydərin tərəfdarları onun dövlət qura
biləcəyinə ümidlərini itirib, bərk məyus oldular. Öz evlərində oturub
gözləyən Məhəmmədqulu Xəlifə Möhrdar, Heydər Sultan Çabuq
Türkman və başqa əmirlər Xüləfanın evinə gəldilər. Hüseyn bəy və
onun adamları günün sonunda dövlətxanaya gedərək keşik çəkməyi
qərara aldılar və Sultan Mustafa Mirzənin qoşunu (rikab) ilə atlara
süvar olub dövlətxanaya üz tutdular. Onlar atlanarkən izdihamın
çoxluğundan qorxuya düşən Sultan İbrahim Mirzə onlara əks çıxıb
özünü yaxında olan evinə çatdırdı. Həmçinin Allahqulu Sultan
Eycəkoğlu öz evinə qayıdaraq onlara qoşulmadı. Hüseyn bəy
əvvəlcə, getməyi qərara aldığı xiyaban yoluna rəvan olub
[Məhəmmədqulu] Xəlifə Möhrdarın və Qulu bəy Əfşarın evlərinə
çatanda onların camaatı artıq səngər qurmuşdular Damlardan xeyli
ox və tüfəng atəşləri yağdırıb onlara yol vermədilər. Hüseyn bəy
346
vuruşa girməyi məsləhət bilməyib o yoldan geri qayıdaraq
"xəzaneyi-amerə" evlərinin arxasındakı başqa yola çıxdı. Xəzinə
əzəbləri (qoruyucuları - Ş.F.) xəzinəyə hücum edə biləcəkləri
qorxusundan onların qarşısına çıxdılar. Məsələnin başlanğıcında
çoxlu ox-tüfəng atdılar. Hüseyn bəy qışqırdı: "Biz heç kimlə
döyüşmək istəmirik, keşik çəkməyə gedirik, bunun sizə nə dəxli
var?"
Əzəblər atışmadan əl çəkdilər. Hüseyn bəy və yoldaşları
dövlətxanaya çatarkən qapını bağlı gördülər, nə qədər döydülərsə
də, açılmadı. Onlara xəbər çatdı ki, Xüləfa və onun adamları
xiyaban yolu ilə gələrək, artıq hərəmxananın bağçasına birləşən "At
meydan"ına daxil olmuşlar. Sultan Heydərin tərəfdarları onların o
yoldan hərəmxana bağçasına gecə biləcəklərindən və şahzadəyə
qəsd edəcəklərindən qorxuya düşdülər.
[Buna görə də,] dövlətxananın qapısını sındırıb içəri
tökülüşdülər. Hərəmxanada olan və qapıları bağlayan mirzəni
tutmaq üçün nə qədər çalışdılarsa da onun olduğu yerə yol tapa
bilmədilər. [Sonra] Süfrəxana yolu ilə daxil olub, qarşılarına çıxan
hər qapını sındıraraq "Şah Heydər" deyə-deyə içəri doluşdular.
O biri yandan da, "At meydanına gələn Xüləfa və adamları,
o cümlədən Şamxal Sultan hərəmxana bağçasının qapısını açıb,
əksəri süvari olan adamlarla oraya girdilər və şahzadəni axtarmağa
başladılar. Sultan Heydər Mirzə müxaliflərin hücum etdiklərini bilib
hərəmxanadan çölə çıxdı, qapıları bağlı və qapıda dayananları özünə
müxalif gördü. Biruna çıxmaq üçün yol tapa bilməyib təzədən
əndəruna qayıtdı və anasının yanında oturdu. Ümid etdi kı,
qızılbaşlar hərəmlərə hörmət edib əndəruna girməzlər və gərək,
adamları ona köməyə gəlib çatanadək hərəmxanada gözləsin. Amma
bilmədi ki, bir dəstə süvari sadiq adamlardan ötrü olduqca müqbil
(xoşbəxt, əldəyməz - Ş.F.) yer olan hərəmxana bağçasına girərək
ədab-ərkanı gözləməyəcəklər. Həmin adamlar ayaqlarını ədəb
dairəsindən kənara çıxarıb hərəmxanaya, övrətlərin arasına girdilər
və onu tələb etdilər. Şahzadənin başqa əlacı qalmamışdı. Anası,
kənizləri və qadınlarla birlikdə qadın paltarına bürünərək evdən
çıxdı və başqa evə doğru üz tutdu. Belə deyirlər ki, hərəm
eşikağasılarından Əli bəy Şamlı onu tanıyıb "Sizin axtardığınız
adam budur" deyərək işarə etdi. Sultan Süleyman Mirzənin qulamı
Cəmşid bəy Çərkəs və Vəlixan bəy Yüzbaşı Rumlu onun üstünə
atılıb eşiyə gətirdilər. Xüləfa və Şamxal Sultan dərhal onun qətlini
347
məsləhət bilib, hər ikisi Allahdan bixəbər halda, balta, qılınc və
xəncərlə onun üstünə düşərək, səltənət bağının iqbal gülşənində
böyüyüb boya-başa yetişən, səba küləyinin belə yanından keçməsinə
macalı olmayan o sərvi öldürdülər, fələyin çənbərinə belə əyilməyən
o fərxəndəə başı bədəndən ayırdılar. Şahzadənin dayısı Əlixan bəy
Gürcü, Zal bəy Gürcü və şahzadənin fədailərindən olan böyük bir
dəstə "Şah Heydər" deyə-deyə və nərə çəkə-çəkə hərəmxananın
qapısına yaxınlaşan vaxt qəsrin damından onların üstünə tökülüşüb
fəryad edərək dedilər: "Budur sizin padşahınızın başı!" Vəziyyəti
belə görən o adamların hücum atəşi yas suyu ilə söndürüldü, əlləri
işdən, işləri əldən çıxdı. Dövlətin üzü artıq o dönmüşlərin üzündən
dönmüşdü.
O tayfadan (Sultan Heydərçilərdən - Ş.F.) dövlət [məqamı]
üz döndərdiyi üçün, onların əlində kamkar və cavanbəxt şahzadə
Sultan Mustafa Mirzə kimi hakimiyyət başına gəlmək şərəfinə layiq
olan iyirmi yaşlı bir cavanın olmasına baxmayraq, onu Sultan
Heydərçilərin əvəzinə padşah etmək imkanı olmadı.
Vəziyyəti belə gördükdə, onların bəsirət gözü qaraldı,
şəhərdə qalıb, özlərinə başqa yol tapmaq qüdrətləri olmadı.
Camaatın himayəsi ilə dövlətxana qapısından çıxıb çölə üz tutdular
ki, tələm-tələsik atüstü toplaşıb niyyətlərinə əməl etsinlər.
Fələk bu kamyab şahzadənin (Sultan Mustafanın - Ş.F.)
səltənət və padşahlığına müvafiq olmadığından onun tərəfdarlarının
istədikləri iş heç bir nəticə vermədi, istəkləri baş tutmadı.
Dövlətxanadan çıxıb, ordunun dörddə bir hissəsi (çəhar dang) və
sair adı-sanı bəlli olmayan adamlarla öz evlərinə qayıtdılar. Sultan
Mustafanın və Hüseyn bəyin yanında elə bir adam qalmadı və onlar
əlacsız qalıb fərara üz tutdular.
Sübh açıldıqda, onların yanında qalanların da hər biri
xaincəsinə qorxuya düşdülər, ustaclı tayfasından olanlar Vəraminə-
Sultan Heydər Mirzənin tərəfdarları olan Piri bəy Qoçlunun yanına,
on min evdən ibarət olan bayat tayfası isə Kəzaz və Kərəhruda,
habelə Sultan Mustafa Mirzənin mülazimliyində olduqları başqa
ətraf yerlərə getdilər.
Sultan Mustafa Mirzə onların yanına getməyə cəhd etdisə
də, həmin adamların arasına təfriqə və dağınıqlıq düşdü. İki-üç
mənzil şahzadə qoşununda gedən Hüseyn bəy bayat tayfasından
qorxub, Luristanın yarısının hakimi və onunla dostluğu olan
Məhəmmədi Türkənin yanına getmək istədi. Qardaşlarını
348
şahzadənin yanında qoyub, özü libasını dəyişərək aradan çıxdı,
paltarlarını bir çobana verərək, özü çoban paltarında pay-piyada
özünü Luristana çatdırmaq üçün yol getməyə başladı. Varlı,
pakizəxislət və qürurlu adam olduğundan piyada yol getməyin və
aclığın cəfasına dözməyib abad bir yerə meyl etdi. Səhranişin
adamlar onun hərəkətlərindən və məğrur görünüşündən şübhələnib
başa düşdülər ki, o, həmin mərəkədən qaçanlardandır. Hacı Veys
bəy Bayatın adamlarından Xacə Fərrux adlı bir şəxs onu tanıyıb
tutdu və öz nəzarəti altında saxladı. [Sonradan] İsmayıl Mirzə
Qəzvinə daxil olan gün onu da Qəzvinə gətirdilər.
Sultan Mustafa Mirzənin əhvalatı isə belə oldu. Şahzadə
bayat tayfası içərisinə gəldiyi vaxt, Hacı Veys Sultan Bayat onun
gəlişindən xəbər tutdu və dərhal həbs etdi, ona bir o qədər də
ehtiram göstərmədi. Zahiri əlamət kimi ədəb əməl etdisə də, əslində
bir dəstə adamı onun üstündə gözətçi qoydu. O, dərhal Qəzvinə bir
nəfər yollayaraq Xüləfaya və İsmayıl Mirzə tərəfdarlarına
şahzadənin tutulub saxlanma xəbərini çatdıraraq bildirdi ki,
humayun padşahlıq qoşunu Qəhqəhə qalasından hərəkət edərək
səltənət paytaxtına gəlib çatan vaxta kimi, şahzadəni ali saraya
gətirəcəyəm. İsmayıl Mirzənin şahlığı vaxtı onun, Hüseyn bəyin və
Sultan Heydər tərəfdarlarının tarixçələri barədə bəyan qələmi ilə
gələcəkdə məlumat veriləcəkdir.
Xülasə, Xüləfa və İsmayıl Mirzənin tərəfdarları Sultan
Heydər Mirzənin qətlindən və onunla əlbir olanların dağılmasından
sonra, o gecə dövlətxanada bir dəstə adamı keşikdə qoyub evlərinə
qayıtdılar.
Həmin gecə hər bir tayfadan ibarət olan çoxlu adam atlanıb
Qəhqəhə qalasına tərəf yollandı. O mərəkədən sağ-salamat çıxan
ustaclı tayfasının da bəzi üzvləri İsmayıl Mirzənin yanına getdilər.
O günün ertəsi bütün əmir və şahzadələr hümayun
dövlətxanaya yığışdılar. Sultan İbrahim Mirzə onların yığışdıqları
vaxt dövlətxanaya gəlmədiyinə baxmayaraq [sonradan] özünü
İsmayıl Mirzə tərəfdarı adlandırıb dövlətxanaya daxil oldu. Omirlər
qəbul olunmuş qayda üzrə ona təzim etdilər. Yığışdıqları vaxt onlara
xilaf olub evinə gedən Allahqulu Sultan Eycəkoğlu da İsmayıl
Mirzənin tərəfdarı sifətiylə Pir Məhəmməd xanın oğlu Əlixan bəy
və bir neçə ustaclı əmirzadələri ilə birlikdə dövlətxanaya gələrək,
əmirlər cərgəsində əyləşdi, lakin pərt idi. Sultan Heydər
tərəfdarlarından Zal bəy Gürcü, Həmzə Sultan Talış və başqaları,
349
bəziləri yaralı, bəziləri isə Hüseyn bəyə xilaf olduqlarından oraya
gəlməmişdilər. Adam yollayıb, onları evlərindən götürüb
dövlətxanaya gətirdilər və intiqam qılıncı ilə o biri dünyaya rəvan
etdilər. Şahın yaxınlarından və Sultan Heydər tərəfdarlarından olan
sədrüş-şəriyye (şəri sədr - Ş.F.) Gilaninin oğlu Həkim Əbu Nəsr
xasseyi-şərəfə həkimləri silkinə və sultan Heydərçilər zümrəsinə
daxil idi. Cənnətməkan şahın vəfatından sonra mirzənin yaxın adamı
kimi dövlətxanada qalmışdı. Yuxarıda zikr edilən hadisələr baş
verdiyi vaxt o, bir yol tapıb çıxa bilməmiş və dövlətxanada otaqların
birindəki sobanın içində gizlənmişdi Bəzi inad əhlinin təhriki ilə
hovzxanə (hamam-Ş.F) qorçiləri onu şaha xəyanətdə və şahın
istifadə etdiyi nurəyə mirzənin əmri ilə zəhər qatmaqda və beləliklə
şahı öldürməkdə ittiham edib eşiyə çıxardılar və tikə-tikə doğradılar.
Mirzənin ləbsi Sədrəddin xan Şeyxavəndi də tutub həbs etdilər ki,
barəsində padşahın nə hökmü olarsa onu icra etsinlər. Əsas hökm və
fərmanlar isə nəvvab Pərixan xanımın idi. Əmirlərin içində belə
böyük bir işi başlayan Hüseynqulu Xüləfanın isə qüruru yerə-göyə
sığışmırdı. Heç bir əmir və şahzadə onun fərmanından kənara
çıxmırdı.
Nəvvab xanımın (Pərixanım - Ş.F.) fərmanı ilə əmirlər
zümrəsindən olan Heydər Sultan Çabuq Türkmanın əmirlərini
İsmayıl Mirzəni gətirmək üçün Qəhqəhə qalasına göndərdilər.
Üləma və şeyxlər yığışıb cənnətməkan şah və Sultan Heydər
Mirzənin nəşlərini qüsl etdirdilər, cənnətməkan şahın cəsədini bir
tabuta qoyub, Allah rəhmətinə (Heyyi-layəmut) tapşırdılar,
dövlətxanadakı Şirvani evinə gətirdilər, Sultan Heydər Mirzənin
cəsədini isə İmamzadə Hüseyn - ona və pak əcdadlarına salam olsun
- astanəsinə aparıb dəfn etdilər.
Ümumiyyətlə, bu qəziyyənin baş verdiyi ayın on beşi
çeşənbə günündən başlayıb sonrakı cümə gününə qədər keçən on
gün ərzində Qəzvin darüssəltənəsində fitnə və bəla atəşi elə
alovlanmaqda idi ki, həm aşinanı, həm də biganəni yandırırdı. Əhali
arasında "Ruze-əkbər" - böyük günün yetişdiyi xəbəri yayıldığından,
qara kütlə və başqa başıpozuq adamlar ayrı-ayrı məhəllələrdə üsyan
və fitnə-fəsad törədirdilər. Hər kimin kimlə ədavəti vardısa onunla
öz haqq-hesabını çəkir, öldürürdü. Heç kimin qüdrəti yox idi ki,
azğın qızılbaşların və başıpozuq adamların qorxusundan evdən
başını çöb çıxara bilsin. Hər kəs bacardığı qədər ətrafına yaraqlı
adam yığıb özünü qoruyurdu. Səfər ayının iyirmi dördü (23 may)
350
olan cümə günü carçılar car çəkib əhaliyə bildirdilər ki, Sultan Əli
Mirzə Qacarın başçılığı ilə bütün küçəbəndlər (səngərlər - Ş.F)
aradan götürülməli və bundan sonra kiməsə qəsd edən adamlar
cəzalandırılmalıdır. Qoy dükanlarını açıb alış-verişlə məşğul
olsunlar. Xalqı, bütün şahzadə və əmirlən came məscidinə dəvət
etdilər və orada şahlıq xütbəsini İsmayıl Mirzənin adına oxudular.
Xətib əvvəlcə cənnətməkan şahın təziyəsi barədə mərsiyə
oxudu. O, "Qəm-qüssəlidir şəhr bu gün, şəhriyar ham?" ("Şəhrist
por ze möhnət-o qəm, şəhriyar ku?") misrasını dedikdə fəryad və
fəğan göyə ucaldı. İsmayıl Mirzə gəlib-çatana qədər bütün əmirlər
hər gün Hüseynqulu Xüləfanın evinin qapısı önündə toplanıb ona
mülazimlik edir, onunla birlikdə nəvvab Pərixan xanımın evinə
gəlib, idarəçilikdə zəruri olan işləri ərz edirdilər. Heç kimin cürəti
yox idi ki, xanımın fərmanından kənara çıxa bilsin. O vaxtlarda
Gilanın Səmam, Əşkur və Simgərində olan Solağ Hüseyn və
Ərdoğdu Xəlifə Qəzvin darülsəltənəsinə gəldilər. Təkəli tayfasının
fəsad əhli olan adamları təkəli və ustaclı tayfaları arasında keçmiş
vaxtlardan bəri [mövcud] olan ədavəti təzələməyə cəhd etdilər.
Çünki, ustaclılar cənnətməkan şahın hakimiyyəti zamanı təkəllirə
qarşı çıxıb Herat hakimi Məhəmməd xan Şərəfəddinoğlunun oğlu
Qara xanı orada xidmət etmək səadətindən məhrum etdiklərinə görə,
fürsəti qənimət bilib onlardan intiqam almaq fikrinə düşdülər. O
vaxt ustaclılardan Allahqulu Sultan Eycəkoğlu və çoxlu əmirzadə
Qəzvində olduqları üçün onları öldürmək istədilər və bu barədə
Hüsenyqulu Xüləfa ilə məsləhətləşdilər.
Hüsenyqulu Xüləfa eşitmişdi ki, ustaclılar dövlətxana
üzərinə gedərkən Allahqulu Sultan belə demişdi: "Məsləhətdir ki,
əvvəlcə Hüseynqulu Xüləfanın üstünə gedək". O, bir söhbət zamanı
[Hüseynqulu Xüləfaya] eşitdirmişdi ki, əgər Sultan Heydərçilər
sənin rəyinə əməl etsəydilər istəkləri baş tutardı. Buna görə də, o,
həmin adamlara maneəçilik etmədi. Təkəlilər [buna görə də]
atlandılar və Allahqulu Sultanın evinə tərəf üz tutdular. O, isə
bundan xəbərdar olub, qapılarını bağlayaraq müdafiə ilə məşğul
oldu. Onun mülazimlərinin çoxu köməkdən əl çəkib öz haylarına
qaldılar. Yalnız ona sadiq olan qırx nəfər adam səbat ilə döyüşə
girdi. Sayı min beş yüz nəfərə yaxın olan təkəli tayfası qapı-bacadan
tökülüşüb ustaclılara qılınc çalmağa başladı. Allahqulu Sultanı bir
neçə oğlu və qohumuyla, Pirə Məhəmməd xanın oğlu Əlixan bəyi
bir neçə çavuşlu qəbiləsinin üzvü və qohumlarıyla, həmçinin iyirmi
351
dörd nəfər sair ustaclını qətl, evlərini qarət etdilər Hətta qadın və
uşaqlarını belə lüt-üryan etdilər. Həmçinin başıpozuqlar və əhalinin
aşağı təbəqəsindən olanlar təkəli adı altında Sultan Heydər
tərəfdarlarının ev-eşiklərini qarət və tarac etməyə başladılar. Heç
kim də onların bu hərəkətlərinə mane ola bilmədi. Hüseyn bəyin,
Sədrəddin xanın, Həmzə Sultanın və sair Sultan Heydər
tərəfdarlarının evlərindən o qədər pul, mal və əşya ələ keçirdilər ki,
onların məbləği hətta xəyal xəzinəsinə belə sığmayır. Beləliklə,
ustaclıların qadın oğul-uşaqlarının çoxu qətl və xar oldular. Reydə
olan Əmir xan Mosullu Türkman Hüseynqulu xan Xəbuşlu ilə
birlikdə Piri bəy Qoçlunu və onunla birgə Vəramində olan ustaclıları
qırmaq üçün ona (Piri bəy Qoçluya - Ş.F.) hücum etdi, evini
mühasirəyə aldı. Qoşununun əksər hissəsi dağılmışdı, yalnız adlı-
sanlı adamları qalıb, ox-yaya əl atdılar, ox qabında ox qalana qədər
döyüşdülər. On min nəfərə yaxın olan türkman və xobuşlu tayfası
gərgin döyüşərək Piri bəyi bütün adamları ilə qətl etdilər, var-
dövlətlərini ələ keçirdilər. Bütün bu üsyan və qovğalara səbəb o idi
ki on-on beş gün Qəhqəhə qalasından bir xəbər eşidilmirdi və buna
görə də əmirlər və əhali belə gümana düşmüşdülər ki, məbadə
Sultan Heydər tərəfdarları Xəlifə Ənsar Qaradağlının köməyi ilə
İsmayıl Mirzəyə bir xəsarət yetirmiş olalar. Buna görə də onlar
aləmi sahibsiz təsəvvür edib, qarışıqlıq salmağa başladılar. Belə
vəziyyət İsmayıl Mirzə və onun qaladan çıxması xəbəri eşidilənə
qədər davam etdi. Nəvvab xanım hökm etdi ki, təkəli əmirləri
padşahın istiqbalına yollanıb şəhərdən çıxsınlar.
Təkəlilər yola düşdülər. Üsyan və qovğa dərhal yatdı.
Onlar gedəndən sonra eşikağası mənsəbində olan nəvvab Sultan
İbrahim Mirzə səltənət və şahlıq əmlakına baxan (nazire-əsbab)
Mirzə Süleymanla birlikdə padşahlıq çətirini, nağara və ev-eşik
vəsaitini götürüb onu qarşılamağa getdi. Onlar Zəncan çəmənliyində
İsmayıl Mirzənin mülazimi olmaq şərəfinə çatdılar.
Dostları ilə paylaş: |