Beyt
Bir mülkü alarsa, əgər padişah,
Başqa mülklərə də salacaq tamah.
320
Azərbaycan vilayətini və Şirvanı fəth etməyi öz məqsədinə
müvafiq bilərək Lələ paşa adı ilə məşhur olan lələsi Mustafa paşanı
sayı yüz min nəfərdən çox olan ağır bir ordu ilə həmin vilayət
üzərinə yolladı. Sultan həmçinin Cucixan ibn Çingiz xan nəslindən
319
Qeyd: Yəqin ki, Şirvana daxil olan şəhərlər nəzərdə tutulur - Ş.F.
320
Beytin farseası:
Molke-eqlimi begirəd padşah
Həmçenan dər bənde-eqlime-degər.
408
olan və Bağçasaraydakı yüz minə yaxın cuci tatarlarına başçılıq
edən və Rum sultanı ilə dostluqdan dəm vuran Dövlət Gərayın oğlu
Məhəmməd Gəray xan Tatara təklif etdi ki, ağır tatar ləşkərini
götürüb Dəşti-Xəzər yolu ilə Şirvana gəlsin. Qarətgər tatar ləşkəri
dünyada məşhur olan o diyarın mallarını qarət həvəsi ilə həmin
təklifi qəbul etdi. Elə ki, bu xəbər Qəzvin darüssəltənəsində eşidildi,
bu barədə İsgəndər şanlı nəvvaba xəbər verdilər. Əmirlər və dövlət
başçıları bu münaqişənin rəfi üçün əvvəlcə xandgara məhəbbət
üslublu bir məktub göndərilməsini təklif edərək, əhd-peymanın nə
üçün pozulmasını, sərhəd hakimlərinin bu əmələ niyə cürət
etmələrini aydınlaşdırmağı məsləhət gördülər. Məsləhətə uyğun
olaraq, əmirlər bu tərəfdən [qızılbaşlar tərəfindən - Ş.F.] sülhün
pozulmadığı və sülh rişəsinin möhkəmləndirilməsi xüsusunda həzrət
xandgara məktub yazdılar və onu Məhəmmədi xan Toxmağın
mülazimi Vəli bəy Ustaclı ilə göndərdilər. Amma sərhəd hakimləri
və paşaları onu sərhəddə saxlayıb İstanbula getməyə qoymadılar.
Lələ paşa Ərzrumdan keçib, Çuxur-Səd vilayəti və Ərzrum
arasında yerləşən Qars vilayətinə gəldi. Cənnətməkan şahla Sultan
Süleyman arasında bağlanan sülh şərtlərindən biri viran edilmiş
Qarsın tərəflərin heç biri vasitəsilə abad hala salınmayacağı
haqqında razılaşma olduğundan, həmin yer bu vaxtadək viran halda
qalmışdı. Lələ paşa əvvəlcə həmin ülkanı abadlaşdırıb oranın
qalasını təmir etdi və qalaya kutval
321
və gözətçilər qoydu. O, sonra
Səmayun xanın damadı gürcü Mənuçöhr xanın əlində olan və
Gürcüstana mənsub Axısqa vilayətinə gəldi. Mənuçöhr xan rumilərə
itaətdən baş qaçırıb onunla razılaşmadı, qalasını bağlayıb Səmayun
xanın yanına getdi. Lələ paşa onun qalasını mühasirəyə alaraq, top
atəşləri ilə özünə təslim etdi, orada gözətçilər və yeniçərilərdən
ibarət dəstə qoyub Səmayun xanın ülkasına tərəf rəvan oldu. Çuxur-
Səd bəylərbəyi Məhəmməd xan Ustaclı Lələ paşanın hücumu
barədəki məlumatı ali saraya ərz etdi. Səltənət başçısı tərəfindən
Əmir xanın, Məhəmmədi xan Toxmağın və Qarabağ bəylərbəyi
İmamqulu xanın adına hökmlər göndərildi və buyuruldu ki,
Azərbaycan ləşkərlərini bir yerə toplayaraq, birləşsinlər, özlərinin
məsləhətlərinə uyğun şəkildə müxalif orduya qarşı qiyama
başlasınlar.
321
Qalabəyi, yaxud komendant - Ş.F.
409
Bu haqda müzakirə üçün dəfələrlə məclislər çağırıldı və belə
qərara gəlindi ki, Rum padşahının özü şəxsən hücuma gəlmədiyi
üçün "qızılbaş padşahının sərdar qarşısına çıxması sultanlıq
rütbəsinə yaraşan iş deyildir. Buna görə də gərək Sultan Həmzə
Mirzə İraq, Fars və Kirman ləşkərləri ilə Azərbaycan tərəfə yürüş
etsin, Azərbaycan ləşkərinə birləşib oranın qorunması tədbirlərini
saraya ərz etsin." Qərar qəbul olundu və adlı-sanlı şahzadənin və
şüarı zəfər olan əsgərlərin yürüşü barədə Azərbaycan əmirlərinə
xəbər verildi.
Lələ paşa hələ Qars qalasının təmiri ilə məşğul olduğu vaxt
Məhəmməd xan bir adamını Əmir xanın və İmamqulu xanın yanına
göndərib belə ərz etmişdi: "Müxalif tərəf qoşunlarının yolu Çuxur-
Səddən keçdiyi üçün, gərək onlar mənim yanıma gəlsinlər ki,
birləşərək və məsləhətə uyğun hərəkət edərək əlbir qərar qəbul
edək". Türkman və ustaclı tayfaları arasında düşmənçilik
olduğundan və Əmir xan o təbəqədən (ustaclılardan - Ş.F.) heç
kimin sağ qalmasını istəmədiyindən öz səfərini ləngitdi və beləliklə
məsləhətləşmə işini olduqca yubatdı. İmamqulu xan isə Qarabağ
ləşkəri ilə Çuxur Səd vilayətinə gələrək Məhəmməd xana birləşdi.
Onlar Çıldır adlı yerin yaxınlığında dayanıb, Əmir xanın gəlişini
gözləyirdilər, amma ondan heç bir əsər-ətər görünmədi.
Lələ paşa isə Qars qalasının təmirini tamamlayaraq, artıq,
Axısqa qalasını almaq barədə düşünürdü və qızılbaşlara məlum oldu
ki, o Gürcüstana yollanmaqdadır. Onun yolunu kəsməyi və
döyüşməyi qərara aldılar, qürura qapılıb rumilərlə döyüşü asan
güman etdilər. Döyüşə amadə olan on beş min nəfərlik Çuxur-Səd
və Qarabağ ləşkəri atlandı.
Qızılbaş ləşkərinin yaxınlaşmasından xəbərdar olan Lələ paşa
hər gün özünün mötəbər paşa və bəylərbəyilərindən bir nəfərini və
sancaq bəylərbəyinin və sərhəd ləşkərinin on min döyüşçüsünü
qaravuliyə
322
göndərirdi. O, yanına çağırdığı saysız-hesabsız
qoşunun qızılbaş ləşkərindən çox olduğunu güman etmirdi.
Qızılbaşlara düşmən çıxan kürd əmirləri və başqaları qızılbaşlar
arasındakı nifaq, inadkarlıq və onların əlbirliyinin olmamasından
Lələ paşanı halı etmişdilər.
Elə ki, qızılbaşların çərxçiləri rumilərin çərxçi və qaravullarına
yetişdilər, dərhal hücumla elə ilk həmlədə onları aradan götürdülər,
322
Kəşfiyyata - Ş.F.
410
müxalif qaravul dəstələrinə çatdılar. Qaravullar döyüşdən əl çəkərək
qaçmağa başladılar.
Müxalif tərəfin məğlubiyyət xəbəri əzəmətli əmirlərə çatanda
ləşkər mərdanəlik həvəsi ilə döyüş meydanına əzm etdi. Qızılbaşlar
əksəriyyəti sərhəd kürdlərindən ibarət olan iki-üç min adamı nizə ilə
yerə sərdilər, bəzilərinin başını bədəndən ayırdılar, bəzilərinin isə əl
və boyunlarını at quyruqlarına bağladılar. Döyüşə girən qızılbaş
qazilərinin hər biri öz ad-sanlarını daha da şöhrətləndirmək həvəsi
ilə müxaliflərin arxada olduqlarını düşünmədən vuruşurdular.
Əzəmətli əmirlər qızılbaş ləşkərinin çox uzaqlaşdığını görüb,
özlərinə bir sədəmə dəyməməsindən ötrü ləşkərin arxasınca hərəkət
etdilər.
Qızılbaş dəstələrinin şücaəti və rum əsgərlərinin məğlubiyyəti
xəbəri padşahın lələsinə çatdıqda təəccübünün çoxluğundan qorxu-
hürkü bilmədən bir neçə mötəbər paşa və bəylərbəyinin sərdarlığı ilə
otuz-qırx min döyüşçünü qızılbaşların ardınca yolladı. Rumilər
qoşun-qoşun, sancaq-sancaq və dəstə-dəstə öz ordusundan ayrılaraq
döyüşə üz tutdular. Elə ki, onların gözü qızılbaş qoşununa sataşdı,
dərhal on min döyüşçünü irəli verdilər. Əmirlərdən iki-üç fərsəx
aralıda olan və pərakəndə vəziyyətdə yol gedən qızılbaşlar müxalif
qoşunun hücumunu seyr edib, müqavimət göstərməyə tab etməyərək
geri qaçmağa başladılar. Qızılbaşların atları çox yol getdikləri üçün
yolda qalır, tutduqları əsirləri aparan döyüşçülər isə onları yolda atıb
qaçırdılar. Xülasə qızılbaş qoşununa böyük məğlubiyyət üz verdi.
Rumilər isə dincəlmiş atları ilə hücuma keçirdilər. Qızılbaş
döyüşçülərinin çoxusu o mərəkədə öldürüldü. Çoxusu Məhəmməd
xanın və Çuxur-Səd ləşkərinin döyüşçüləri olan adamlardan min
nəfərə qədəri qətl edildi, fərar edən nökərlər isə qayıdıb əmirlərə
çata bildilər.
Əmirlər dəstəsi bir-birindən ayrılmış, qoşun parçalanmışdı.
Onlar birləşmək imkanı tapmayaraq döyüşdən qaçdılar və
pərişanlıqla gedib öz ordularına çata bildilər. Məhəmməd xanın
ordusundakı müsibətə düçar olanların nalə və fəryad səsləri göyə
ucaldı. Qızılbaş əmirlərinin Rum ləşkəri ilə döyüşündə birinci səhv
bunda idi: bir-birləri ilə inadkarlıq mövqelərində durmaları və
birinin digərinə itaət etməməsi. Onlar birləşə bilməyərək on-on beş
min döyüşçü ilə yüz min rumiyə qarşı döyüşə çıxmış və Lələ
paşanın üstünlüyünə səbəb olmuşdular. [Qızılbaşların] qanı axıdılıb
zayil oldu, onların birliklərinin olmaması və sui-tədbirsiz olmaları
411
aydınlaşdı. Əgər qızılbaş əmirlərinin ittifaqı olsaydı və onlar bir-
birilərinə itaət etsəydilər, bütün Azərbaycan və Şirvan
döyüşçülərinin sayı əlli mindən çox olardı. Onlar əgər bir yerə
toplaşsaydılar və Gürcüstan sultanları da onlara qoşulsaydı, Lələ
paşanın o vilayətə gəlişi olduqca çətinləşərdi. Əmirlərin
birləşməmələri,
oymaqların
inadkarlıqları
və
sui-tədbir
görülmədiyindən məmləkət əldən getdi. Bununla da, həm mötəbər
qızılbaş sərdarları tədricən qətl edildi, Azərbaycan ləşkəri məhv
oldu, həm də onların neçə illər ərzində topladıqları var-dövlət tarac
oldu.
Xülasə, Çıldır məğlubiyyətindən sonra Lələ paşa Axısqa
qalasını iki-üç gündə fəth etdi, orada azuqə və ləşkər qoyub
Səmayun xanın ülkasına yollandı. Məhəmmədi xan öz ülkasında
qaldı, İmamqulu xan və Qarabağ qoşunu isə ayrılıb yerlərinə
qayıtdılar.
Lələ paşa bir adam göndərib Gürcüstan sultanları Səmayun xanı
və Aleksandr xanı Rum xandgarına itaətə dəvət etdi. Elə onların
arasında da bir-birilərinə qarşı nifaq olduğu üçün ittifaqları yox idi.
Səmayun xan bu iki xanədan arasında sülh yaratmağa cəhd edib
rumilərə qarşı müxalifətdə durdu. O, keçilməz meşələrdə rumilərin
yollarını kəsərək, onlara hücumlar edirdi. Amma hiyləgər və
aqibətini fikirləşən adam olan Aleksandr xan öz vəziyyətini
fikirləşib rumilərlə barışığa gəldi, Lələ paşanın ordusuna azuqə
yollayaraq ona tabe olduğunu bildirdi. Bu məsələ Lələ paşanın
arxayınlığına səbəb oldu, Gürcüstanın keçilməz yerlərini asanlıqla
keçdi.
Möhkəmlik baxımından fələkli bərabərlik iddiasında olan Tiflis
qalası cənnətməkan şahın zamanında Səmayun xanın qardaşı Davud
xanın əlində idi. Rum ləşkəri qalaya yaxınlaşdıqda aralarındakı inadı
bilən Davud xan qardaşının köməyindən naümid oldu, qalanın
mühafizəsi ilə məşğul olmayaraq qaçdı və həmin qala asanlıqla
rumilər tərəfindən zəbt edildi. Onlar Gürcüstan hakimlərinin
paytaxtı olan Qoridə də bir qala inşa edib Şirvana rəvan oldular.
Şəkidə olan gürcü Aleksandrın qardaşı Əli xan da özündə
müqavimət qüdrəti görməyib bir kənara çəkildi.
Lələ paşa asudəliklə Şirvana çatdı. Dağıstan əhalisi və ləzgi
camaatı ümumilikdə tabe oldular. Rəiyyət də qızılbaşlara qarşı
üsyan və tüğyana qalxdı. Ağıllı və tədbirli adam olan Şirvan
bəylərbəyi Araz (Ərəs xan) xan özündə rumi qoşununa, rəiyyətin
412
üsyanına və qalanı mühafizə etməyə qüdrət görməyərək, öz köçü
323
və adamları ilə Şirvandan çıxıb Kür çayının kənarında dayandı,
Şirvan məmləkəti də rumilərin əlinə keçdi. Lələ paşa Osman paşanı
Şirvan bəylərbəyi etdi Qeytas paşanı Ərəsdə
324
saxladı və Şirvanın
hər vilayətinə hakimlər təyin edərək Şamaxı qalasını, Ərəs və
Badkubəni möhkəmlədib geri qayıtdı.
Şirvan hakimi olmaq və [əvəzində] xandgara bac-xərac vermək
istəyən Bürhanın oğlu Əbubəkr Mirzəni bütün Şirvan ərazisini
tutmaq işində rumilərə köməklik göstərməkdən ötrü Şirvanda
saxladı və ona təsəlli verib dedi ki, gedib xandgarın yanına çatan
kimi ondan Əbubəkr Mirzə üçün Şirvan hakimliyi barədə sənəd
alacaqdır.
Rumilər qayıtdıqda, Qarabağ bəylərbəyi İmamqulu xan
Səmayun xanla birləşib rursət ələ düşdükcə Gürcüstanın meşə və
çəmənliklərində rumilərlə dəfələrlə döyüşdülər və çoxlu qənimət
əldə etdilər.
Bu yürüş zamanı rumilərdən iyirmi minədək adam ilirilməsinə
baxmayaraq, saysız-hesabsız döyüşçüsü olan Lələ paşa bunun
fərqinə varmadan qələbə ilə geri qayıtdı.
Təbriz bəyləri Əmir xan Məhəmmədi xan Toxmağa kömək
məqsədilə on min nəfərlə Təbrizdən çıxmışdı. O, Məhəmmədi xan
Toxmağın məğlubiyyətini, Lələ paşanın Gürcüstana və Şirvana olan
yürüşünü eşidib Çuxur-Sədə getməkdən vaz keçərək Qarabağa tərəf
yola düşdü.
İmamqulu xan Qarabağ ləşkəri ilə ona birləşdi və onlar birlikdə
Kür çayını keçərək, Gürcüstanın Qabırrı çayının kənarında rumilərə
çatdılar. Fürsət əldə edib, azuqə üçün ordudan ayrılan dörd-beş min
rumi döyüşçüsü ilə qarşılaşıb döyüşə başladılar. Həmin döyüşdə
rumilərin iki minədək döyüşçüsü qətlə yetirildi. Çoxlu mal və döyüş
ləvazimatı ələ keçirdilər, bir dəstə rum əmirini əsir aldılar.
Əmir xan bu uğurdan sevinib geri qayıtmaq və Qarabağda
qışlayaraq bu tərəfə gəlməkdə olan adlı-sanlı şahzadə, əmir və
əsgərləri gözləmək qərarına gəlmişdi, lakin Əmir xanın oğlu Sultan
Murad xan olan bir dəstə qızılbaş döyüşçüsü ikinci dəfə hücuma
keçmək fikrinə düşərək, Qabırrı çayını keçdilər və döyüşə
323
Xanəköç olmalıdır- Ş.F.
324
Ərəş olmalıdır - Ş.F.
413
başladılar. Qızılbaşlarla cəngdə cəsurlaşan rumilər heç nəyi
fikirləşmədən çayın bu biri sahilinə keçib, qızılbaşlara arxadan
hücum etdilər, iki-üç min döyüşçünü araya aldılar. Rumilərin zəfər
çaldıqları bu döyüşdə Əmir xanın və başqa əmirlərin iki-üç min
əsgəri qətlə düçar oldu, əsir götürüldü.
Bu məğlubiyyətdən sonra Əmir xan döyüşü davam etdirməkdən
bir fayda olmayacağını görüb, geri qayıtmağın daha faydalı
olacağını başa düşdü və Təbrizə qayıtdı. Lələ paşa isə o səfərdə
məqsədinə çatıb geri döndü, Ərzruma gəlib, orada qışladı.
ZƏFƏR BAYRAQLI ŞAHZADƏ SULTAN HƏMZƏ
MİRZƏNİN ƏMİRLƏRLƏ QARABAĞ VƏ ŞİRVANA
YÜRÜŞÜ, ONLARIN ALLAHIN KÖMƏYİ İLƏ GERİYƏ
QALİBİYYƏTLİ DÖNÜŞÜNÜN ZİKRİ
Rumilərlə bağlanmış sülh sazişinin pozulması, Rum xandgarı
Sultan Muradın Azərbaycana və Şirvana qoşun çəkməsi xəbəri
Qəzvin darülsəltənəsində eşidildikdə və Sultan Həmzə Mirzənin
Azərbaycana gedəcəyi məlum olduqda əmirlər və dövlət başçıları
kama yetmiş şahzadənin müqəddəs xidmətində, xoş bir saatda
səltənət paytaxtından hərəkət edib Azərbaycana yollandılar.
Məryəm şan-şöhrətli Məhdülya əziz oğlunun ayrılığına dözməyərək
özü də səfərə yollanmağı qərara aldı, qoşun yığılması çağırışı barədə
məmləkətin hər tərəfinə qiymətli hökm göndərdi.
Şahzadənin ali dəstəsi Gərmrudun Miyancına qədər yol qət edib
ləşkərin bir yerə toplanması məqsədilə bir neçə gün çəmənzarda
gözlədi. Elə orada da əvvəllər zikr olunan Gürcüstan və Şirvan
hadisələri baş verdi. Məğlubedilməz dövlətin tərəfdarları məşvərət
etdikdən sonra Qarabağ tərəfə hücum etməyi məsləhət bildilər və ali
dəstə o tərəfə yollandı. Onlar qələbə ilə Ərdəbil darülirşadına
çataraq, övliyarlar sultanının mələk asiyanlı məzarını ziyarət
etdikdən sonra Şirvana tərəf hücum etməyi və o vilayəti
müxaliflərdən təmizləməyi qərara aldılar. Mərhum səfəvi
şeyxlərinin müqəddəs ruhlarından kömək diləyib, Qarabağa
yollandılar və həmin vilayət onların gəlişi ilə şərəfləndi. Qərara
alındı ki, müzəffər şahzadənin ordusu və nəvvab Məhdülya
Qızılağacda dayanıb gözləsinlər, əmirlər və əsgərlər vəzir Mirzə
Salmanla Kür çayını keçib Şirvana getsinlər.
414
Elə ki, kamkar şahzadə və müzəffər əsgərlərin yaxınlaşma
xəbəri Araz xana və Şirvan əsgərlərinə yetişdi, rumilərlə
döyüşmədikləri üçün və Şirvanı tərk etmələrinə görə divan
adamlarının acıqlanacaqlarını və qızılbaş tayfalarının töhmətinə
gələcəklərini bilib, şahzadənin ali dəstəsinin hələ gəlmədiyini
görərək Şamaxı üzərinə getməyi, qalanı mühasirə etməyi, əgər oranı
ala bilərlərsə bağışlanacaqlarını güman eldilər. Bu niyyətlə Kür
çayından keçirdikləri ordunu çayın bu tərəfində qoyub, ləşkərlə
Şamaxıya tərəf rəvan oldular. [Araz xanın mənsub olduğu] rumlu
tayfası bir neçə il Şirvanda asudəlik və bolluq içində yaşadıqları,
çoxlu adam (tərəfdar - Ş.F.) və var-dövlət yığdıqları üçün taleyin
bəd gözü dəydi, rumlu böyüklərinin əksəriyyəti öldürüldü,
topladıqları sərvət baş verən hadisələrin taracına getdi.
Bizim əvvəllər nəql etdiyimizə görə, Rum padşahı Sultan
Murad xan tatar ulusunun padşahı Dövlət Gəray xanın oğlu
Məhəmməd Gəray xana Dərbənd yolu ilə hərəkət edərək qızılbaşlara
hücuma keçməyi təklif etmişdi.
O, qardaşı Adil Gərayı qaranlıq gecədə qarışqanı gözündən
vuran iyirmi minlik tatar qoşunu ilə rumilərə imdad niyyəti ilə adı
çəkilən vilayətə göndərdi. Adil Gəray xan Şirvana çatdı. Araz xan
və Şirvan omirləri də müharibəyə hazırlaşdıqları vaxt tatar ləşkəri
göründü və dağı, çölü öz əsgərləri ilə doldurdu. Qızılbaş qaziləri
vəziyyəti belə görüb iztirab bəhrinə qərq oldular. Əmirlərin bəzisi
döyüşə-döyüşə aradan çıxmağı təklif etdi. Araz xan fərar etməyi
özünə sığışdırmadı və əslində buna fürsət də olmadı. Ölümü gözləri
önünə gətirib döyüş dəryasında əl-qol atmağa başladılar. Bir yandan
rum ləşkəri, digər yandan tatar qoşunu, üçüncü tərəfdənsə ləzgi,
qarabörk və Şirvan dağlıları qızılbaşları mühasirəyə aldılar. Araz
xan və ordunun əksər əmir-əyanı səbat qədəmlərini irəli ataraq bu
dövlətin yolunda mərdriklə can verdilər. Araz xan və bir dəstə
qızılbaş ələ keçirilib qətl edildi, başqa bir dəstə döyüşçü döyüşdə
ölüm şərbətini nuş etdi. Yerdə qalanlar isə yüz fəlakətə düçar olub,
Araz xanın ordugahına çatanadək dayanmadılar.
Bu hadisədən sonra Osman paşa Şamaxı qalasına, Adil Gəray
xan və Bürhanın oğlu Əbubəkr Mirzə Kür çayı kənarına gəldilər,
Araz xanın ordusunu qarət etməyə başladılar. Mərəkədən qaçıb öz
ordularına qayıdan Ərdoğdu Xəlifə Təkəli bəzi əmirlər və Araz
xanın övladları baş verən hadisəni Qarabağa gəlib çatan nəvvab
[Həmzə mirzəyə], Mirzə Salmana və əmirlərə ərz etdilər. Səltənət
415
qoruyucuları belə hökm etdilər ki, gərək talış əmirləri və başqaları
Kür kənarındakı Araz xan ordugahına getsinlər, çünki bu əsnada
müzəffər əsgərlər düşmənləri dəf etmək üçün Şirvana
gəlməkdədirlər. Buna görə də, onlar əmrə əməl edərək bir neçə gün
orada qorxu altında qaldılar, yaralı qızılbaşları çaydan keçirməkdən
ötrü cəsr* hazırladılar. Elə o əsnada tatar və ləzgi ləşkərinin gəlməsi
xəbəri eşidildi. Əmirlər bir yerə yığışıb müdafiə məqsədi ilə Kürün
kənarına gələrək cəsri kəsdilər, yağılar çaya çatıb, cəsrin kəsildiyini
gördülər. Onların bir neçəsi özlərini suya atıb çayı keçdilər və
qızılbaşlarla döyüşə başladılar. Qazilər də müdafiə ilə məşğul
oldular. Cəng əsnasında müxalif tərəfdən bir dəstə adamın Şirvan
dağlılarının köməyi ilə çayı keçdikləri və ləşkərin arxa tərəfinə
hücuma başladıqları məlum oldu. Beləliklə qızılbaş döyüşçüləri
əzildilər, hərə öz başını xilas etməyin qayğısına qaldı. Döyüşdən
qaçanların bəziləri özlərini Aras xanın ordugahına və əmirlərə
çatdırıb vəziyyət barədə məlumat verdilər. Ordu və əmirlər bərk
həyacan keçirdilər, pərişan halda və çaşqın bir vəziyyətdə özlərini
rahat bir yerə çatdırmaq üçün yola düşdülər. Amma, onların bəziləri
yüklərini yığıb qaçmağa macal tapa bilmədilər və o anda ləzgi və
tatar ləşgəri göründü. Ordu camaatı dağılışdı. Qız və qadınlar çoxlu
mal və əsir tatarların əlinə keçdi. Bir neçə il ərzində toplanan çoxlu
var-dövlət müxaliflərə qismət oldu. Xülasə Adil Gəray xan və
tatar-ləzgi döyüşçüləri ağlagəlməz qənimət yığaraq elə həmin gün
Şirvana tərəf getdilər. Anıma Mirzə Salman və Qarabağın əzəmətli
Qarakutəl
325
(?) əmirləri hücumla Kür çayının Qovmin ulumi
326
adlı
yerindən keçib Şamaxıya çatdılar və qalanı mühasirə etdilər. Onlar
tatar ləşkərinin hücumu və Araz xan ordusunun qarət olunmasından
xəbər tutub, o dəstəni dəf etmək niyyətinə düşdülər. Döyüşçülərin
bir dəstəsini qala ətrafında qoyan Mirzə Salman qorçibaşı, Şahrux
xan Möhrdar, Məhəmməd xan Türkman, Pirə Məhəmməd xan
Ustaclı, Durmuş xan Şamlının nəvəsi Sultan Hüseyn xan, Vəli
Xəlifə Şamlı, Müseyib xan Şərafəddinoğlu Təkəli, İmamqulu xan
Qacar, Abdulla xan Ustaclının oğlu Əmir Həmzə xan və başqa
məşhur əmirlər tatar ləşkəri ilə döyüşə yollandılar. Adil Gəray xan
və qardaşları qızılbaşların onlara qarşı yola düşmələri, Şamaxının
mühasirəsi və ordunun vəziyyətindən xəbərdar oldular. Onlar
325
"Qarabörk" olmalıdır- Ş.F.
326
"Qoyun ölümü" olmalıdır - Ş.F.
416
qızılbaşlarla döyüşdə ürəkləndikləri üçün onlardan qorxmayaraq,
Osman padşaha
327
kömək məqsədi ilə Şamaxıya yollandılar.
Dostları ilə paylaş: |