28
Hüsniyə xanım yerindən dik qalxıb dedi:
– Afərin sənə, aşıq! Daha mənim sənə sözüm yoxdu.
Sən doğrudan da, haqq aşığı imişsən. Qoy hamı bilsin ki, kə-
fəndəki, doğrudan da, ölü deyil, diridi..."
Deyilənlərdən aydın olur ki, dastan söyləyən aşıqları-
mız, nağıl deyən müdriklərimiz güclü bədii təfəkkürə malik
xüsusi istedad sahibləridir.
Azərbaycan dastanlarında yuxu və yuxugörmə feno-
menlərinin elmi cəhətdən təhlilinə çox güclü ehtiyac duyu-
lur. Xalqımızın elat müdriklərindən psixoloji görüşlərini öy-
rənmək üçün ayrı-ayrı dastanlardan gətirdiyimiz poetik təs-
diqlər mühüm əhəmiyyətə malikdir. Verilən nümunələrdən
aydın görünür ki, istər məhəbbət və istərsə də qəhrəmanlıq
dastanlarını təhlil edərkən tərəf-müqabillərin yüksək intuitiv
duyuma malik olduqlarına xüsusi diqqət yetirilməlidir.
Yeri gəlmişkən yuxu və yuxugörmənin elmi-nəzəri təh-
lilini verərkən bizə öz xeyirxah məsləhətlərini və real kö-
məkliyini əsirgəməyən respublikamızın görkəmli psixoloqu,
professor Ə.Əlizadəyə öz minnətdarlığımı bildiririk.
Mən respublikamızda və digər qardaş respublikalarda
yaşayan azərbaycanlılardan da öz məna-məramına görə diq-
qəti cəlb edən, xalqımızın dəfələrlə sınaqlardan çıxardığı yu-
xu və yuxugörməyə aid çoxlu nümunələr toplamışam. Əmi-
nəm ki, təqdim etdiyim bu yuxu və yuxugörmə yozumları
ulu müdriklərimizin inam-etiqadlarını araşdırmaq baxımın-
dan psixoloqlarımıza, fizioloqlarımıza, etimoloqlarımıza,
loğmanlarımıza, folklorşünaslarımıza yuxu və yuxugörmə ilə
əlaqədar elmi-nəzəri cəhətdən çox şeyi xatırladacaqdır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com