Almaq: – götürmək, istəmək mənasında: Danışməndlər vermək sevməz, almaq sevər (107), Yoqludan tanrı da almaz (193). 2. Evlənmək mənasında: Qız almaq, hasar almaq kibidir (153), Gənc alan aldanmaz (106). 3.Sevmək mənasında: Könül alan güvəndi (162), 4. Çatmaq mənasında: Yorğa yolda qalır, yelədən mənzil alır (190), 5. İncitmək mənasında: Yılanın öcün kərtənkələdən alma (196). 6. Javab vermək mənasında: Yenilə bay olan salam almaz (189).
Çəkmək:– çəkmək, vurmaq mənasında: Birəgünün beş ağçalıq yayın çəkməkdən beş yüzlıq qılıncın çəkmək yegdir. 2.Qalxmaq mənasında: Nərdübanı tam üstünə çəkmə, aqibət sarqup enərsən (181). 3.Qəmlənmək mənasında: Üç nəsnə adamı arıqladır: sini çınğırtısı, övrət yavuzlığı, intizar çəkmək (37). 4. Qaldırmaq mənasında: Qurd boynuna çəkər: assın dönüb, nəsnə umma (142).