38. Qarovul rəisi azadetmə kağızını alıb, həbs ediləni azad edir və onu hauptvaxt rəisinin
yanına göndərir. Hauptvaxt rəisi hauptvaxtda saxlananlar kitabında
və həbs edilənlərin ad
siya
hısında həbs edilənin azad edilməsi vaxtını qeyd edir. Ona hauptvaxtda saxlananlar
kitabında qol çəkdirməklə şəxsi əşyalarını, pulunu, sənədini, eləcə də azadedilmə vaxtı qeyd
olunmuş həbs kağızını öz bölmə (hərbi hissə) komandirinə qaytarmaq üçün verir.
Şəxsi
əşyaların, pulun və sənədlərin qəbulu haqqında əvvəllər həbs edilənə verilmiş qəbz ləğv edilir.
Azadetmə kağızını qarovul rəisi postlar cədvəlinə əlavə edib təhvil verir.
39. Hərbi hissə hauptvaxtından həbs ediləni azad etmək üçün hərbi hissə növbətçisi həbs
edilənin həbs müddəti qurtardıqda həbs kağızında azadedilmə haqqında qeyd edib, onu qarovul
rəisinə göndərir, həbs edilənin bölmə komandirinə xəbər verir. Qarovul rəisi həbs kağızını alıb
həbs ediləni azad edir, həbs kağızını isə postlar cədvəlinə əlavə edib təhvil verir.
40. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxsləri azad
edərkən, hauptvaxt rəisi (hərbi hissə növbətçisi) onlara qarnizon hərbi komendantının (hərbi
hissə qərargahı rəisinin) imzası ilə azadedilmənin vaxtı və əsası göstərilən arayış verir.
Hauptvaxt avadanlığı
41. Qarnizon hauptvaxtı iki bölmədən: əsgərlərin (matrosların) və çavuşların saxlandığı
ümumi bölmədən, eləcə də zabitlərin və gizirlərin (miçmanların) saxlandığı zabitlər bölməsindən
ibarət olur.
Zabitlər üçün bölmə ayrı binada, yaxud ümumi bölmə ilə bir binada, lakin ayrı girişi olmaqla
yerləşə bilər.
Hauptvaxtın qarovulla bir binada yerləşdiyi halda həbs edilənlərin qarovul otağından
keçməsinə qəti yol verilməməlidir.
42. Hauptvaxtın ümumi bölməsində aşağıdakılar olmalıdır:
intizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) üçün ümumi kameralar;
intizam qaydasında həbs edilmiş çavuşlar üçün ümumi kameralar;
təkadamlıq kameralar;
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş)
şəxslər üçün
ümumi və təkadamlıq kameralar;
məhkum edilmiş əsgərlər (matroslar) və çavuşlar üçün ümumi kameralar.
Ümumi kameralarda taxtlar, stollar, skamyalar (kətillər), fəvvarəciyi olan içməli su bakı və
tüpürcəkqabları olmalıdır.
43
. Hauptvaxtın zabitlər bölməsində aşağıdakılar olmalıdır:
intizam qaydasında həbs edilmiş gizirlər (miçmanlar), kiçik zabitlər və baş zabitlər üçün ayrı
ümumi kameralar;
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər üçün
ümumi və təkadamlıq kameralar, məhkum edilmiş zabitlər və habelə gizirlər (miçmanlar) üç ayrı
ümumi kameralar.
Kameralarda yarıyumşaq taxtlar, stollar, kətillər, şəxsi əşyalar və tualet ləvazimatı üçün
dolabçalar, su qrafini, altlıqlı stəkanlar, paltarasılanlar və tüpürcəkqabı olmalıdır.
44. Qarnizon hauptvaxtının aşağıdakı otaqları da olmalıdır:
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər barəsində
prosessual hərəkətlərin həyata keçirilməsi üçün otaq;
qarovul otağı;
hauptvaxtın ştatda olan heyəti üçün iş otağı;
xörəyi qızdırmaq, yaxud bişirmək üçün mətbəx və onun köməkçi otaqları;
yeməkxana;
həbs edilənlərin şəxsi əşyalarını saxlamaq üçün stellajları (paltarasılanları) olan anbar;
əl-üz yuma otaqları;
daxili y
a da bayır ayaqyoluları.
45. Hauptvaxt rəisinin otağında stol, iki-üç stul (kətil), taxt, paltarasılan, həbs edilənlərdən
alınmış
sənədləri, pul və qiymətli şeyləri saxlamaq üçün dəmir şkaf,
yaxud döşəməyə, ya da
divara bərkidilmiş dəmir üzlüklü yeşik olmalıdır.
46. Bütün həbs edilənlər kameraları və ümumi istifadə yerlərinin (əlüzyuma, ayaqyolu
otaqlarının) pəncərələri dəmir barmaqlıqlı, zərurət olduqda içəridən metal tor çəkilmiş olmalıdır.
Kameraların qapılarında nəzarət pəncərəsi qoyulur. Hauptvaxt koridorlarında tualet və ayaqqabı
təmizləmək ləvazimatı, eləcə də şinellər və baş geyimlərini saxlamaq üçün qıfıllanan şkaflar
olmalıdır. Şkafların açarları qarovul rəisində olmalıdır.
47. Hər bir hauptvaxtın həbs edilənlərin gəzintisi üçün hündürlüyü 2 metrdən az olmayan
möhkəm hasarlı həyəti olmalıdır.