Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Biliyin aşkarlanmasının problemləri



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə69/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   65   66   67   68   69   70   71   72   ...   96
muh tehsilde ve elmde IKT

Biliyin aşkarlanmasının problemləri. 

İntellektual informasiya texnologiyalarının mərkəzi problemi mütəxəssislərin  əlaqədar 

predmet sahəsində biliklərin alınması və kompüter yaddaşında mühafizə edilməsidir. Aktual və 

səmərəli biliklərin kompüter yaddaşında formallaşdırılmış əksini təmin edən metod, vasitə və 

texnologiyaları araşdıran nisbi-müstəqil elm sahəsi kimi bilik mühəndisliyi keçən əsrin 80-ci 

illərindən yaranmış və inkişaf etmişdir. Bilik mühəndisliyi biliyin əldə edilməsi, təhlili və intellektual 

təlim sistemlərilərdə reallaşdırılması problemlərini öyrənir. 

Hazırda biliyin əldə edilməsinin 3 istiqaməti daha geniş yayılmışdır: 

1) Elektron üsullar əsasında ekspertlə xüsusi proqramın dialoqu nəticəsində bilik bazasının 

yaradılması. Bu üsulda biliyin strukturu əvvəlcə proqramda təsvir edilir, lakin biliyin 

formallaşdırılmış strukturunu əvvəlcədən işləmək tələb olunur. Üsul biliyin alınması və ya 

aşkarlanması adlanır; 

2) bilik mühəndisinin bilik mənbəyi ilə canlı əlaqəsi nəticəsində biliyin əldə edilməsi və bilik 

bazasına proqramlaşdırılmış üsullarla daxil edilməsi. Bu üsul biliyin seçilməsi adlandırılır; 




3) biliyin əldə edilməsi, aşkarlanması üçün məlumat təhlilinin model, metod və alqoritminin 

işlənməsi. Bu üsul biliyin formalaşdırılması adlanır. Üsul ənənəvi olaraq bilik bazası sahəsində 

araşdırmaların ən perspektiv və fəal surətdə inkişaf etdirilən istiqaməti hesab edilir.  

Beləliklə, üç əsas strategiya müəyyənləşdirmək olar: biliyin alınması (aşkarlanması), biliyin 

seçılməsi və biliyin formalaşdırılması. 

ES-lərinin işlənməsi sahəsində təcrübələr göstərir ki, biliyin seçılməsi strategiyası MBD 

ölkələri üçün daha realdır, çünki digər iki strategiyanı reallaşdırmaq üçün proqram vasitələri və 

onların tətbiq təcrübələri bizə məlum deyil. 

Biliyin seçilməsi  nisbətən çox vaxt və əmək tələb edən prosesdir. Bu strategiya bilik 

mühəndisindən koqnitiv psixologiyanı, sistem təhlili metodlarını, riyazi məntiqi və 

proqramlaşdırmanı yaxşı bilməyi tələb edir. Çünki predmet sahəsinin elə əlverişli modelini qurmaq 

lazımdır ki, qərar qəbul etmək üçün ondan asan və rahat istifadə edilsin. 

ES-lər sahəsində təcrübəsi nisbətən az olan bilik mühəndisləri bəzən bilikləri seçməyi və 

formalaşdırmağı ekspertlərin öhdəsinə verirlər. Bu, ES-lərin işlənməsində ən yararsız strategiyadır. 

Çünki, təfəkkür məhsulları ancaq canlı dialoq nəticəsində aşkarlana, seçilə və sistemləşdirilə bilər, 

digər tərəfdən ekspertlərin əksəriyyəti bilik mühəndisliyini səif bildiyindən əlaqədar predmet 

sahəsinin model strukturunu qura bilmirlər. Buna görə də biliyin seçilməsində bilik mühəndisi ilə 

ekspertin canlı dialoqu vacib şərtdir. 

Biliyin seçilməsi prosedurunun üç cəhəti fərqləndirilir: psixoloji, linqvistik və qnesiliji 

cəhətlər. 

Psixoloji cəhət biliyin alınmaında, seçilməsində əsasdır. Çünki bilik mühəndisi ilə mütəxəssis 

– ekspert arasında qarşılıqlı əlaqənin müvəffəqiyyəti və səmərəliliyi psixoloji amillərin istifadə 

dərəcəsindən çox asılıdır. Bundan başqa dialoq prosesində əvvəllər ehtimal edilməyən yeni biliklər 

də aşkarlana bilər. Müəyyən edilmişdir ki, canlı ünsiyyətdə də informasiya itirilməsi həddi çoxdur 

və mərhələlərlə müəyyən edilərək informativlik əmsalı belədir: 

 

ekspertin müəyyən məsələyə dair daxili fikir əmsalı – 100%; 



 

həmin fikrin söz formasını alması həddi– 90%; 

 

fikrin sözlə ifadəsi əmsalı – 80%; 



 

fikrin dinlənilmə əmsalı – 70%; 

 

fikrin başa düşülmə əmsalı – 60%; 



 

deyilən fikrin bilik mühəndisinin hafizəsində qalma əmsalı – 24%. 

 

Hazırda psixoloji cəhətdən biliyin seçilməsinin üçdərəcəli struktur modeli müəyyən edilir: 



1)  birbaşa əlaqə dərəcəsi; 

2)  prosedur dərəcəsi; 

3)  koqnitivlik

1

 dərəcəsi. 



Birbaşa əlaqə dərəcəsi baxımından bilik mühəndisi aşağıdakı keyfiyyətlərə malik olmalıdır: 

 

 



xeyirxahlıq və insansevərlik; 

 

yumor hissi; 



 

yaxşı yaddaş və diqqət; 

 

təsəvvür və həssaslıq; 



 

1

 Koqnitiv psixologiya (koqnition-idrak) insanın ətraf aləmi dərk etmək mexanizmini öyrənən elmdir. 




 

intizamlılıq və inadkarlıq; 

 

ünsiyyət qabiliyyəti; 



 

geyim manerası; 

 

özünə inam. 



Prosedur dərəcəsi baxımından bilik mühəndisi predmet sahəsində müəyyən biliklərə malik 

olmalıdır. Ekspertlə müsahibə apararkən hər seansa 20-25 dəqiqədən artıq vaxt ayırmaq müəyyən 

yorğunluğa səbəb olur. Söhbətin əsas məzmunu qeyd edilməlidir. 

 

 Koqnitiv psixologiya mövqeyindən bilik mühəndisi üçün bir sıra vacib xüsusiyyətlər vardır: 



 

özünə təbii görünən  və aydın olan hər hansı modeli ekspertə məcburən qəbul 

etdirməməli; 

 

ekspertlə işləmək üçün müxtəlif metodlardan istifadə etməli; 



 

predmet sahəsində əsas anlayışları və onların əlaqələrini müəyyənləşdirməyi təmin 

edən baş məqsədi dəqiq müəyyən etməli; 

 

bir sıra hallarda ekspertin mühakimə və fikirlərini aydın dərk edilən və yadda qalan 



sxem formasında təsvir etməli. 

Bilik mühəndisi ilə ekspetrin ünsiyyəti təbii ki dil zəminində baş verir. 

Dil digər işarə sistemləri ilə yanaşı, təfəkkürün əsas şifahi ifadə vasitəsidir. Bilik 

mühəndisinin və ekspertin danişdığı dil və düşüncə tərzi müxtəlif ola bilər. 

Beləliklə, bilik mühəndisinin dili üç komponentdən ibarətdir: 

a) 


ekspertlə işləməyə hazırlıq dövründə əlaqədar ixtisas ədəbiyyatından əldə edilən 

terminlər; 

b) 

ümumielmi terminlər; 



c) 

adi danışıq dili; 

Ekspertin dilinin komponentləri bunlardır: 

 

predmet sahəsində işlədilən termin və anlayışlar; 



 

ümumielmi terminlər və adi danışıq dili; 

 

neologizm, yəni ekspertin iş zamanı istifadə etdiyi peşəkar jarqonlar.  



Bilik mühəndisinin və ekspertin danişdığı dil komponentlərindən ümumielmi terminlər və 

adi danışıq dili təqribən eynidir. Onların qarşılıqlı əlaqələrini optimallaşdırmaq üçün ümumi dil 

(kod) formallaşdırılmalıdır. Həmin dil sonralar semantik şəbəkəyə çevrilir və predmet sahəsinin 

bilik modelini yaradır.  

Biliyin seçilməsi prosesində bilik mühəndisinin ekspertlərin qeyri-ənənəvi, yəni fərdi bilik və 

təcrübələri daha çox maraqlandırır. Çünki, ES-lər üçün orijinal mühakimələr daha qiymətli hesab 

edilir. Beləliklə, fəlsəfi cəhətdən ekspertin biliklərinin iki səviyyəsi fərqləndirilir: empirik biliklər 

(müşahidələr, hadisələr); nəzəri biliklər (qanunlar, abstraksiyalar, ümumiləşdirmələr). 

Elmi biliklərin alınmasının, əldə edilməsinin daxili uyğunluq və ziddiyyətli olmaması, 

sistemlilik, obyektivlik, tarixilik kimi meyarları da müəyyənləşdirilmişdir ki, bu meyarların hər 

birinin öz xarakteristikası, mahiyyəti və xüsusiyyətləri vardır.  

Bilik mühəndisi üçün idrakın metodoloji strukturu aşağıdakı mərhələlərdən ibarətdir:  

- faktların təsviri və ümumiləşdirilməsi - faktlar toplanaraq sistemləsdirilir. 

- əlaqə və qanunauyğunlyqların müəyyənləşdirilməsi - faktlar arasında məntiqi əlaqələr 

qurulur. 



- ideallaşdırılmış modelin qurulması - termin və anlayışlar sistemi, həmçinin riyazi və 

məntiqi vasitələr istifadə edilməklə biliklərin qismən formallaşdırılmış struktur modelinin 

yaradılmasıdır. 

- modelin izahı və onun perspektivliyinin əsaslandırılması - ekspertin aşkarlanmamış bilikləri 

dolğun və obyektivdirsə, onların əsasında proqnoz vermək və əlaqədar predmet sahəsində 

istənilən hsdisəni izah etməkdir. 

Adətən, ES-lərin bilik bazalarına komponentlərin fraqmentliyi və modulluğu - əlaqəsizliyi xas 

olduğundan bazada yeni qanunauyğunluqların əvvəlcədən formallaşdırılmasına və onda açıq 

şəkildə olmayan hadisələrin izahına inkan vermir. Lakin burada yeni ideyaların generasiyasına 

yönəlmiş xüsusi məntiqi sistemin olması istisnalıq təşkil edir. 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin