Birinci mərhələ - Biliklərin və faktların toplanması mərhələsi:
- problemin və tədqiqat mövzusunun seçilməsi;
- məsələnin aktuallığının və tədqiq olunma vəziyyətinin əsaslandırılması;
- məsələnin nəzəriyyəsi və tarixi ilə tanışlıq və tədqiqat mövzusu və ona yaxın sahələr üzrə elmi
nailiyyətlərin öyrənilməsi;
- elmi müəssisələrdə aparılan praktik işlərdən alınan nəticələrin öyrənilməsi və analizi;
- Tədqiqat obyektinin, predmetin müəyyənləşdirilməsi, məqsəd və qarşıya qoyulan məsələnin
aydınlaşdırılması.
Birinci mərhələdə göstərilənlərin həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaitləri və
vaxt sərf etmək lazım gəlir. Ona görə də belə vacib əməliyyatların aparılması məqsədilə İKT-dən
istifadə imkanlarının bəziləri ilə tanış olaq:
1. Ədəbiyyatların aparılması:
a) Ali məktəblərdə və elmi müəssisələrdə yaradılmış Elektron kitabxanalar və Elektron
kataloqların imkanlarından istifadə etməklə tapılmış ədəbiyyatların şəbəkə texnologiyaları vasitəsilə
əldə olunması;
b) Internet Explorer, Mozilla Firefox, Google Chrome və s brauzerləri və axtarış sistemlərinin
köməyindən istifadə etməklə lazım olan materialların əldə olunması
(Yandex.ru, Rambler.ru, Mail.ru, Google.ru, Search.com,Yahoo.com və s.).
Bu gün İnternet üzərində dünyanın bütün aparıcı elmi qəzet və jurnallarının materiallarını çox
asanlıqla əldə etmək etmək mümkündür. Bu resurslar özündə təhsil, elmi referat və dissertasiya
materialları, diplom və kurs işləri, elektron ensiklopediya və izahlı lüğətlər, virtual dərsliklər və dərs
vəsaitləri saxlayır və müəyyən yüngül prosedurları icra etməklə onların təqdim olunmasını təmin
edir. İnformasiya texnologiyalarını tətbiq etməklə elmi tədqiqatçı dünyanın istənilən ölkəsində və
elmi müəssisələrdə gedən elmi proseslərdən, elmi konfrans, seminar, simpoziumlar və s. bu kimi
elmi tədbirlərdən xəbər tuta, belə tədbirlərə məsafədən qatılmaq imkanı əldə edə və uyğun sahə
sahə üzrə aparıcı alimlərlə birbaşa, maneəsiz əlaqələr qura bilər.
Dostları ilə paylaş: |