Sual 2. Materiyanın elmi-fəlsəfi anlayışı
Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər sistemində
mühüm yer tutur. Bu onunla bağlıdır ki, bütün təbiət elmləri materiyanın konkret növlərini,
onların strukturunu, xassələrini, hərəkət və inkişaf qanunlarını öyrəndiyi kimi, heç bir fəlsəfi
təlimdə "materiya" anlayışına və onunla bağlı olub mühüm dünyagörüşü əhəmiyyəti kəsb edən
varlıq və təfəkkür, təbiət və ruh, maddi və ideal, habelə hərəkət, məkan və zaman
kateqoriyalarına müraciət etmədən keçinə bilməz.
Materiya anlayışı mühüm fəlsəfi kateqoriya kimi insanı əhatə edən aləmin öyrənilməsi
prosesində işlənmişdir. Öz əməli fəaliyyətində canlı və cansız təbiətin bir-birlərindən kəmiyyət
və keyfiyyətcə fərqlənən çox müxtəlif predmet və hadisələri ilə qarşılaşan insanları lap
qədimdən belə bir məsələ düşündürmüşdür: Dünyadakı müxtəlif cisim və hadisələri bir-birilə
bağlayan maddi əsas varmı, dünyanın sonsuz müxtəlifliyinin vəhdəti haqqında danışmaq
olarmı? Həyat təcrübəsinin, sonralar, isə həm də elmi biliklərin inkişafı gedişində filosoflar belə
bir ümumi əsasın olması fikrinə gəlmişlər. Bu ümumi əsas onların hamısının insan şüurundan
xaricdə və ondan asılı olmadan mövcud olmalarıdır. Məhz insan şüurundan xaricdə və ondan
asılı olmadan obyektiv reallıq kimi mövcud olanı ifadə etmək üçün fəlsəfədə materiya anlayışı
işlədilir. Onun haqqında ilk təsəvvürlər hələ qədim fəlsəfədə irəli sürülmüşdür.
Materiyanın növləri, quruluşu və xassələri barədə o zaman irəli sürülən və təbiətşünaslığa
aid olan bu məsələ onun tərəfindən, həm də təbiətin eksperimental tədqiqi əsasında, təbiət
haqqında məsələləri zəruri təcrübi faktlara əsaslanmayan əqli quraşdırmalar vasitəsi ilə həll
etməyə çalışan və özünü "elmlər elmi" kimi qələmə verən naturfəlsəfə mövqeyindən həll
olunurdu. Həmin mövqedən çıxış edərək bütün mövcudatın ilk əsasını tapmağa çalışan Qədim
Dövr materialistləri belə əsas kimi götürdükləri materiyanı onun bilavasitə duyğu ilə qavranılan
konkret növlərindən birinə, yaxud bir neçəsinə müncər edirdilər. Məsələn, Qədim Şərq (Misir,
Hind, Çin) fəlsəfəsində od, su, torpaq, hava və s. kimi ünsürlər bütün şeylərin əmələ gəldiyi və
məhv olaraq çevrildiyi ilk əsas kimi götürülürdü. Şeylərin bu ilk əsasmı və başlanğıcını Qədim
Yunan fəlsəfəsində Milet məktəbinin (e.ə.VI-V əsrlər) nümayəndələrindən Fales suda,
Anaksimen havada görürdü. Həmin filosofları nəzərdə tutaraq Aristotel yazmışdı ki, onlar
ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət olduğu hər şeyin əmələ gəldiyi və məhv
olaraq ona çevrildiyi şeyi bütün cisimlərin başlanğıcı saymışlar. Həmin məktəbin digər
nümayəndəsi Anaksimandr isə şeyləri əmələ gətirən ilk əsası-materiyam onun konkret hissi
formalarından hər hansı birinə müncər etməyərək hər şeyin əsasında sonsuz, qeyri-müəyyən və
daim dəyişilən maddi başlanğıc olan "apeyronun" durduğunu söyləyirdi. Bununla da o,
materiyanın fəlsəfi anlayışının işlənməsi yolunda ilk addım atmışdı. Qədim dövrün görkəmli
8
dialektiki olan Heraklit isə odu hər şeyin başlanğıcı sayaraq bildirmişdir ki, bütün şeylər oddan
əmələ gəlir və məhv olaraq ona çevrilir.
Beləliklə, həmin filosofların fikrincə, bütün şeylər yaransalar da heçdən deyil, başqa
cisimlərdən yaranır və heçliyə deyil, başqa şeylərə çevrilir. Buradan müasir elmin də qəbul
etdiyi belə nəticə çıxırdı ki, əbədi şeylər yoxdur, ancaq onların əsasında duran, bütün şeylərin
təşkil olunduğu ilk əsas vardır. Bu ilk əsası ifadə etməkdən ötrü fəlsəfədə substansiya (lat.
substantio-əsasda duran deməkdir) kateqoriyası yaradılmışdır. Hər bir konkret predmet, hadisə,
o cümlədən materiyanın ayrı-ayrı ünsürlərinin əmələ gəlməsinin və məhvinin səbəbi olduğu
halda, substansiya olmaq etibarilə materiyanın mövcudluğunun səbəbi onun özündədir:
materiya özü-özünün səbəbidir.
Atomizm təliminin əsasını qoyan Qədim Yunan filosofları
Levkipp, Demokrit və Epikür
materiyanın atom quruluşu fərziyyəsini irəli sürərək bildirmişlər ki, mövcud olan bütün
şeylər
ən kiçicik, dəyişməz və bölünməz hissəciklər olan atomlardan (yunan sözü olub bölünməz
deməkdir) təşkil olunmuşdur.
Atomistika fərziyyəsində materiya özünün ölçü və formalarına
görə fərqlənən bölünməz, dəyişməz hissəciklərlə eyniləşdirilir və gerçəkliyin bütün
müxtəlifliyinin, dünya binasının ilk kərpiccikləri sayılan bu hissəciklərin müxtəlif birləşməsi və
qarşılıqlı təsirinin nəticəsi kimi izah edilirdi.
Sonralar, xüsusilə XVII-XVIII əsrlərdə materiyanın quruluşu və xassələri haqqında biliklər
inkişaf edərək dəyişsə də, o dövrün təbiətşünasları və filosofları yenə də materiyanı onun
növlərindən biri olan maddə ilə, hərəkətdən, daxili fəallıqdan məhrum, inert (ətalətli) bir şey
kimi baxılan kütlə ilə eyniləşdirir, maddəyə isə dəyişməz, bölünməz atomların məcmusu kimi
baxırdılar.
Bununla yanaşı, XVII-XVIII əsrlər fəlsəfəsində materiya haqqında təbii-elmi təsəvvürlərə
nisbətən daha ümumi olan vahid maddi substansiya anlayışı yaratmaq kimi mütərəqqi meyl
meydana çıxır. Artıq Holland filosofu B.Spinoza (1632-1677) atomlardan deyil, substansiyadan,
ümumiyyətlə, materiyadan bəhs edirdi. B.Spinoza və xüsusilə substansiya anlayışının
işlənilməsi kimi mütərəqqi meylin ifadəçiləri olan XVIII əsr fransız materialistləri materiyanın
daha geniş və tam fəlsəfi tərifini verməyə cəhd etmişlər (substansiya latınca "substancia"
sözündən olub mahiyyət, ilkin əsas deməkdir). Məsələn, P.Holbax materiyanı artıq maddi
obyektlərin konkret fiziki və ümumiyyətlə, xüsusi növləri və xassələri ilə eyniləşdirməyərək ona
fəlsəfi kateqoriya kimi tərif verməyə cəhd etmişdir. O yazırdı ki, bizə nəzərən materiya,
ümumiyyətlə, duyğu orqanlarımıza hər hansı şəkildə təsir edən hər şeydir. "Hisslərimizə təsir
edən hər şey materiyadır". Lakin materiyanın mahiyyətcə düzgün olan bu tərifi kifayət qədər
təbii-elmi materialın olmaması və metafizik məhdudluq üzündən lazımınca əsaslandırılmamışdı
və məzmunca məhdud idi. Yəni materiya yenə də bərklik, nüfuz edilməzlik, ətalətli kütlə kimi
dəyişməz xassələrin isnad verildiyi maddə ilə eyniləşdirilirdi. Həm də materiya anlayışına tərif
9
vermək üçün Holbaxın götürdüyü əlamət kifayət deyildi. Belə ki, bizim hisslərimizə yalnız
maddi deyil, mənəvi hadisələr də təsir edir və müəyyən şəraitdə sonuncuların təsiri daha güclü
olur.
Metafizik materializmin görkəmli nümayəndəsi olan L.Feyerbax da materiya haqqında
fəlsəfi təsəvvürlərin inkişafına əhəmiyyətli hədiyyə verərək onun obyektivliyini, "bizdən
xaricdə" və şüurumuzdan asılı olmadan mövcud olduğunu qeyd etsə də, materiyaya fəlsəfi tərif
verməyərək onu materiyanın konkret növləri ilə eyniləşdirirdi. O yazırdı ki, təbiət işıqdır,
elektrikdir, maqnetizmdir, havadır, sudur, oddur, torpaqdır, heyvandır, bitkidir, insandır.
Beləliklə, L.Feyerbax da materiya anlayışının onun konkret növlərinə münasibəti məsələsini
düzgün həll edə bilməyərək onları eyniləşdirmişdi.
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti olan bu vacib
məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin baniləri fəlsəfi kateqoriya
olmaq etibarilə materiya anlayışının məzmununu açaraq göstərdilər ki, materiya şüurdan asılı
olmadan mövcud olan və duyğu orqanlarımıza təsir edərək şüurumuzda əks olunan obyektiv
reallığı ifadə edir. Məsələn, F.Engelsə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz
duyğu ilə qavranılan müxtəlif maddi cisimlərin konkret xassələrindən, keyfiyyət fərqlərindən
sərfnəzər edərək onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə də
materiyanın fəlsəfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi, onun növlərindən
və ya xassələrindən biri ilə, yaxud da materiya haqqındakı konkret təbii-elmi təsəvvürlərlə
eyniləşdirmək olmaz.
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX əsrin sonu
XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş verən və materiya
haqqındakı mövcud təbii-elmi təsəvvürləri alt-üst edərək təbiətşünaslıqda əsl inqilab yaradan
kəşflərin mənasının açılması ilə əlaqədar olaraq mühüm əhəmiyyət kəsb etmişdi.
Məlum olduğu kimi, XIX əsrin sonlarınadək metafizik olan təbiətşünaslar və filosoflar
materiyanı onun növlərindən biri olan maddənin ən kiçicik və dəyişməz hissəciyi sayılan atomla
eyniləşdirməkdə davam edirdilər. Fizikadakı ən yeni kəşflər, birinci növbədə, radioaktivliyin
(1896) və elektronun (1897) kəşfi atomun mürəkkəbliyini, daha kiçik hissəcik olan
elektronlardan təşkil olunduğunu aşkara çıxartdı. Materiyanı bölünməz sayılan atomların
məcmusu kimi başa düşməkdə davam edən "fiziki" idealistlər atomun mürəkkəbliyi faktının
müəyyənləşdirilməsindən atomun maddilikdən çıxması, materiyanın heç bir maddi daşıyıcısı
olmayan xalis elektrik hərəkəti kimi baxdıqları elektrona çevrilərək "yox olması" nəticəsini
çıxartdılar. Məsəbn, L.Ulviq "Elmlərin təkamülü" kitabının "Materiya mövcuddurmu?" fəslində
yazırdı ki, "atom materiyalıqdan çıxır, materiya yox olur". Bu fikir bir sıra digər alimlərin
əsərlərində də öz əksini tapmışdı.
10
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii-elmi tərifini
fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika həll etməlidir. Məhz bu sadə və mühüm
həqiqəti anlamadıqlarından "fiziki" idealistlər materiyanın mürəkkəb quruluşa malik olduğunun
aşkar edilməsini "materiyanın yox olması" kimi qələmə verirdilər. Əslində isə materiyanın
quruluşu haqqında elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi qətiyyən
"materiyanın yox olmasına" dəlalət etmir.
"Fiziki" idealistlər "materiya yox olur" fikrini söyləyərkən eyni zamanda klassik
mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki baxışların aradan
qalxmasına "əsaslanırdılar".
Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika böyük kütləli və
yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin kütləsi onların nisbi sükunət
halında olmalarından, yaxud hər hansı sürətlə hərəkət etmələrindən asılı olmayaraq, dəyişməz
qalırdı. Elektronun kəşfi və elektron nəzəriyyəsinin yaradılması göstərdi ki, elektronun kütləsi
mütləq, dəyişməz olmayıb onun yaratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı olaraq
dəyişir, belə ki, elektronun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi də artır. Deməli,
elektron iki kütləyə—mexaniki və elektromaqnit kütləyə malikdir. Kütlə materiya miqdarının
ölçüsü sayıldığından mexaniki kütlənin dəyişməsi faktının müəyyənləşdirilməsi də "materiyanın
yox olması" kimi şərh edildi.
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və qnoseoloji cəhətdən
dürüst olmayaraq "materiyanın yox olması" adlandırılan ifadənin məğzinin təhlili göstərir ki,
həmin iddianın mahiyyəti materiyanın əvvəllər mütləq, dəyişməz sayılan bəzi xassələrinin yox
olması və materiyanın bəzi hallarına məxsus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə,
materiyanın həmin xassələrinə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması
deməkdi.
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər baxımından
materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın konkret növləri, xassələri ilə bağlılıqdan
azad və ona həmin kateqoriyanın məzmununu açan tərif vermək
lazımdı. Əks halda materiya
yenə də özünün növləri, xassələri ilə eyniləşdirilər və hər dəfə yeni kəşflərlə əlaqədar olaraq
materiyaya yenidən tərif verilməsi lüzumu meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya
kimi tərif verilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun tarixi
inkişafının nailiyyətlərini, materiya haqqında təlim ətrafında gedən fəlsəfi mübarizənin
nəticələrini, insanların ictimai-istehsal təcrübəsinin verdiyi faktları, ən yeni kəşfləri təhlil edib
ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi materiyaya elmi cəhətdən əsaslandırılmış belə
tərif vermək olar: materiya insana öz duyğusu ilə verilən, duyğularımızdan asılı olmayaraq
|