Tədqiqatın metodları. Dissertasiyanın metodoloji əsasını
beynəlxalq münasibətlər nəzəriyyəsinin metod və prinsipləri,
regional inteqrasiya nəzəriyyələri təşkil edir. Problemin tədqiqi üçün
siyasi, elmi-nəzəri metodlardan (analiz və sintez, ümumiləşdirmə,
tarixi yanaşma və s.) istifadə edilmişdir. Müəllif müxtəlif materialları
və faktları toplayaraq sistemləşdirmiş, ümumiləşdirmələr aparmış,
təklif və tövsiyyələr irəli sürmüşdür.
Tədqiqatın mənbəşünaslıq bazasında ayrı-ayrı mənbələrdən
toplanan məlumatlar mühüm yer tutur. Belə ki, Azərbaycanın
türkdilli dövlətlər ilə əlaqələri və əməkdaşlıq strategiyasına dair
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatları, Azərbaycan
Respublikasının
Dövlət
Statistika
Komitəsinin
sənədləri,
Azərbaycan, Türkiyə, Mərkəzi Asiyanın türkdilli dövlətlərində və
digər ölkələrdə nəşr edilən KİV-lərdən götürülən informasiyalar,
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları,
10
türkdilli dövlətlərin zirvə toplantılarının materialları, Azərbaycan və
Türkiyə dövrü mətbuatında dərc olunmuş rəsmi məlumat və sənədlər
dissertasiyada mənbə kimi istifadə olunmuşdur.
Dostları ilə paylaş: |