1.2.3. Birləşmiş Krallığın Avropa İttifaqının genişlənmə və dərinləşmə siyasətində
mövqeyi
Böyük Britaniya həmişə Avropa İttifaqının problemli üzvü kimi xarakteristika
edilir. Böyük Britaniya birlik daxilində “xüsusi” statusa malik olan ölkədir. Belə ki,
Böyük Britaniya Avropa İttifaqında inteqrasiyanın dərinləşməsində iştirak etməyə
bilərdi. Böyük Britaniya həmişə öz müstəqilliyini saxlamağa önəm vermiş, Şengen
31
ərazisinə daxil olmamış, eyni zamanda avro yerinə öz milli valyutasından istifadə
etmiş, Ticarət Birliyi Konqresinin (TUC) baş katibi Len Murrayın qeyd etdiyi kimi
“Böyük Britaniyanın gələcəyi ilə bağlı ən vacib qərarlar yalnız Londonda alına bilər”
prinsipi ilə üzvlüyə davam etmişdir. [1]
Avropa İttifaqı ölkələrində avroskeptisizmin mərkəzi Böyük Britaniya hesab
edilir. Britaniyalıları Avropada gedən inteqrasiya proseslərində oynadıqları rola görə
“qəribə partnyor” adlandırırlar. Avropada inteqrasiyanın dərinləşməsində Maastrixt
müqaviləsinin böyük rolu vardır. Bir qayda olaraq Birləşmiş Krallıq Avropada
federal sistemin yaradılmasına dair hər hansı maddənin müqaviləyə daxil edilməsinə
ciddi müqavimət göstərirdi. Bütün bunlara baxmayaraq, Avropa İttifaqı barədə
Müqavilə köklü dəyişikliklərə gətirib çıxardı. İttifaqın iki səviyyədə inkişaf
etdirilməsi barədə razılaşma Britaniyanı qane edirdi. Razılaşmaya görə dövlətlərə
istəmədikləri sahələr üzrə əməkdaşlıqdan kənarda qalmaq hüququ verilirdi. Məsələn,
Sosial Xartiyaya qoşulmayan dövlət vahid bazar ilə əlaqədar məsələlərdə iştirak edə
bilərdi. Beləliklə, Avropa İttifaqının strukturu da “üçpilləli sistem” yaratmaqla
dövlətlərüstü qurumlar ilə dövlətlərarası qurumlar arasında heç də rəvan olmayan
rəqabəti özündə əks etdirirdi. Dövlət suverenliyinin itirilməsindən narahat olan
dövlətlər üçün bu böyük müvəffəqiyyət idi. Avropa İttifaqı üçpilləli sistemə çevrilirdi
və hər pillə, nəticədə dövlətlərüstü münasibətlərin hüdudlarını müəyyənləşdirmək
hüququ qazanırdı.
Birinci pillə Avropa Kömür və Polad Birliyini, həmçinin, Avropa Atom-Enerji
Birliyini birləşdirən Avropa Birliyindən ibarət idi. Avropa İttifaqına geniş
səlahiyyətlər verildi və həm müqavilələrdən, həm də Avropa Komissiyasının
səlahiyyətlərindən doğan hüquqi aktlara görə, qərarların qəbul edilməsində Birlik
metodu üstünlük təşkil etdi. Digər iki pillə isə qərar qəbuletmə prosesində
dövlətlərarası yanaşmanı qoruyub saxlayacaqdı. Üzv dövlətlər üçün mühüm milli
maraq kəsb edən sahələrdə dövlətlərin suverenliyinin qorunması şübhəsiz idi.
İkinci pillə İttifaqın xarici və təhlükəsizlik siyasətini əhatə edir. Bu sahələrdə
İttifaq ümumi mövqedən çıxış etsə də, müdafiə məsələlərində dövlətlər tam
32
suverenliyini qoruyub saxlayacaqdı. Bütün qərarların qəbul olunması üçün yekdilliklə
səsvennə prinsipi tətbiq edilirdi.
Üçüncü pilləyə gəldikdə isə daxili işlər və ədliyyə sahələrində (o cümlədən,
transmilli cinayətkarlığa qarşı mübarizə, qaçqınlara sığınacaq verilməsi sahələrində)
əməkdaşlıq məsələlərində üzv dövlətlər öz suverenliklərini hələlik qoruyub
saxlayırlar. Üçpilləli sistem İttifaq daxilində güc və səlahiyyətlərin kimdə olmasını
aydın surətdə göstərir. Birinci pillədə Avropa Parlamenti və Avropa Komissiyası
daha artıq rola malikdilər. Lakin ikinci və üçüncü pillələrdə səlahiyyətlərə nəzarət
aydın surətdə Avropa İttifaqının Nazirlər Şurasında cəmləşir. Böyük Britaniyanın
bəzi məsələlərdən kənarda qalmaq imkanı Avropa vətəndaşlarını xüsusilə narahat
edirdi. Əsasən ona görə ki, inteqrasiya proseslərinə ikitirəli yanaşma o anlama gəlirdi
ki, bu prosesin mühüm elementlərində Böyük Britaniya xüsusi seçim qazanırdı.
Məsələn, sosial yönümlü sahələri əhatə edən məsələlərdən Britaniyanın kənarda
qalması o demək idi ki, bu ölkə liberal bazar iqtisadiyyatı siyasətinin mənfi
nəticələrini aradan qaldırmağa yönəlmiş siyasətdə iştirak etməkdən imtina edir. [2]
Britaniya hökuməti tarixən Avropa İttifaqının genişlənməsinin güclü dəstəkçisi
və hərəkətverici qüvvəsi olmuşdur. On illər boyu ardıcıl hökumətlər genişlənməni
Birləşmiş Krallığın təhlükəsizlik, rifah kimi strateji faydaları əsasında təbliğ etmişdir.
Britaniya ənənəvi olaraq Avropa Komissiyası ilə yaxından çalışmış və genişlənməyə
pozitiv baxan üzv dövlətlərin dövlətlərə rəhbərlik etmişdir. Bu məqamda Birləşmiş
Krallığın baş naziri Margaret Thatcherin sözlərini xatırlamaqda fayda var.
“Biz heç vaxt Dəmir Pərdənin şərqini unutmamalıyıq, o insanlar ki, Avropa
mədəniyyətini, azadlığını və identifikasiyasını daşımaqdan həzz alır. Biz həmişə
Varşaya, Praqa və Budapeştə əzəmətli Avropa şəhərləri kimi baxacağıq”.
1990-97-ci illərdə Birləşmiş Krallığın baş naziri olmuş John Major 1995-ci ildə
çıxışında hökumətin genişlənməyə olan yanaşmasını belə ifadə etmişdir.
“Mən inanıram ki, biz geniş Avropa boyunca stabillik və demokratiya
yaymalıyıq. Şərqi və Mərkəzi Avropa əsrlər boyu mübarizə meydanı olmuşdur. Ancaq
bizim indi onları vahid bazara və Qərbi Avropanın demokratik məkanına
33
birləşdirmək kimi tarixi imkanımız var. Buna görə Avropa İttifaqının genişlənməsi
həyati hədəf kimi qalmaqdadır”.
2010-cu ilin mayında koalisiya anlaşmasında Birləşmiş Krallığın koalisiya
hökuməti genişlənməyə dəstəyini təkrarladı:
“Biz Avropa İttifaqının irəlidəki genişlənməsini dəstəkləyirik”.
Birləşmiş Krallığın genişlənməyə olan dəstəyinin vurğusu zamanla dəyişdi.
1990 və 2000-ci illərdə Birləşmiş Krallıq genişlənməni Avropa İttifaqı siyasətinin
əsas hədəfi kimi görürdü. Son illərdə 2004 və 2007-ci illərdə olan genişlənmədən
dərslər götürən Birləşmiş Krallıq daha sərt, qəti ancaq ədalətli, şərtlərə əsaslanan
yanaşma (conditions-based approach) qəbul etmişdir. O genişlənməyə olan güclü
dəstəyini davam etdirsə də, bunu şərtlər əsasında etməyin tərəfdarıdır. Üzvlüyə
qəbuldan əvvəl namizəd ölkələr tam hazır olmalı və bütün şərtləri (xüsusilə də
qanunun aliliyi, mütəşəkkil cinayətlərlə və korrupsiya ilə mübarizə) açıqca
qarşılamalıdır.
2014-cü ildə oktyabrında Birləşmiş Krallıq hökuməti Avropa Komissiyasının
namizəd ölkələr haqqında yeni İnkişaf Hesabatlarını alqışladı. Həmin hesabatlar “ilk
öncə təməllər” (fundamentals first) yanaşmasını dəstəkləmiş və dövlət idarəçiliyi
islahatları, iqtisadi idarəetmə və rəqabətlilik, qanunun aliliyi (mütəşəkkil cinayətlərlə
və korrupsiya ilə mübarizə də daxil olmaqla), təməl hüquqlar, yaxşı qonşuluq
əlaqələri, ikitərəfli münaqişələrin həll edilməsi və regional əməkdaşlıq kimi
məsələləri genişlənmə prosesinin əsas prioritetlərinə fokus olmuşdur. Həmçinin,
orada üzvlüyə qəbul olma danışıqlarında işçilərin azad hərəkəti üzərində transmilli
tədbirlər və ya qorucu mexanizmin yaradılması təsdiqlənmişdir.
[48]
Britaniyanın Avropa İttifaqına üzv olması iqtisadi fayda səbəbindən baş
vermiş, bugünə kimi də belə davam etmişdir. Britaniya siyasi inteqrasiyaya cəhd
etməmiş, həmişə öz suverenliyini Brüsselə ötürməkdə istəksiz olmuşdur. Bunun
nəticəsində Avrozona və Şengen zonasından kənarda qalmaq qərarını almışdır. [17]
Suverenliyin itirilməsi daima Birləşmiş Krallıq üçün təhdid olaraq qalsa da vacib
qərarların əksəriyyəti Londonda alınır.
34
Cədvəl 1.1.
Avropa İttifaqı və Birləşmiş Krallıq arasında səlahiyyətlərin bölgüsü
Dostları ilə paylaş: |