İrlandiya və Şimali İrlandiya - Birləşmiş Krallığın Avropa İttifaqından çıxması
İrlandiya və Şimali İrlandiya arasında olan əlaqələr baxımdan mühüm
əhəmiyyət kəsb edir. Mütəxəssislərin sözlərinə görə Brexit nəticəsində
İrlandiya və Şimali İrlandiya arasında azad hərəkət və ticarət əlaqələri
pozularsa tərəflər arasında illər əvvəl baş vermiş münaqişə yenidən alovlana
bilər. Hesabatda Birləşmiş Krallıq İrlandiya və Şimali İrlandiya əməkdaşlığının
qorunub saxlanılmasına təminat verir. Hər iki tərəf Şimal və Cənub arasında
AB daxili bazarının və Gömrük İttifaqının qorunması və nəzarət edilməsi üçün
xüsusi tənzimləmə mexanizmlər yaradacaqdır. Təqdim olunan müqavilə
layihəsində indiyə qədər bununla bağlı bir müddəa öz əksini tapmayıb. [36]
Maliyyə nizamlaması – Brexit danışıqlarında ən çox danışılan məsələlərdən
biri məhz Birləşmiş Krallıq Aİ qarşısında büdcə öhdəlikləridir. Təqdim olunan
müqavilə layihəsində Birləşmiş Krallığın 31 dekabr 2020-ci il tarixinə kimi Aİ
qarşısında öz öhdəliklərini yerinə yetirəcəyi qeyd olunub. [29] Sənəddə həmin
miqdarın nə qədər olacağı barədə bir məlumat olmasa da mütəxəssislər bu
məbləğin 60 milyard avroya qədər ola biləcəyini bildirirlər. [14]
Mişel Barniyer 19 mart 2018-ci il tarixində mətbuata verdiyi açıqlamada iki tərəf
arasında bağlanacaq müqavilənin maddələri üzərində hələ də maddələrin davam
etdiyini bildirmişdir. Onun sözlərinə görə, indiki vəziyyətdə həmin maddələri belə
qruplaşdırmaq olar:
1. Hər iki vasitəçinin rəsmi razılıq verdiyi maddələr;
50
2. Siyasi razılığın verildiyi, ancaq gələcək günlərdə aydınlaşdırmalar tələb edən
maddələr;
3. Avropa İttifaqı tərəfindən təklif olunan və tərəflər arasında narazılıq yaradan
maddələr. [46]
Beləliklə, Brexit danışıqları hüquqi bazaya uyğun davam etməkdədir. Yekun
müqavilə isə 2018-ci ilin oktyabr ayına kimi davam edəcək danışıqlar nəticəsində
yenilənəcək və təsdiq olunması üçün Aİ Şurasına təqdim olunacaqdır.
2.2.2 Brexit sonrası əməkdaşlıq modelləri
Böyük Britaniyanın Aİ-dən çıxmasının hüquqi tənzimlənməsindən başqa gələcək
əlaqələrin, xüsusi ilə ticarət əlaqələrinin forması da maraq doğurur. Mövcud
vəziyyətdə Böyük Britaniya Avropada Sərbəst Ticarət Zonası, İqtisadi Zona və
Gömrük Birliyi içərisində yerləşir. Bu vəziyyətdə ortaq valyutadan istifadə etməyərək
və Aİ qaydalarına az tabe olaraq birliyin ölkəyə verdiyi xüsusi güzəştlərdən yararlana
bilir. [74] Əlaqələrdə ehtimal olunan əsas uyğun modellər aşağıdakılardır:
- Norveç Modeli: Avropa İttifaqına üzv olmadan Avropa İqtisadi Zonası
müqaviləsi ilə münasibətlərin tənzimlənməsi nəzərdə tutulur. Böyük Britaniya
ümumi bazarda öz mövqeyini qoruyaraq ticarət əlaqələrini davam etdirərkən Aİ-
dən asılı olmadan digər ticarət müqavilələri imzalaya bilər. Bu modeldə Böyük
Britaniya yenə də Aİ büdcəsinə haqq verməyə davam edəcək. Bu model Böyük
Britaniyanın Avropa İttifaqı ilə olan problemlərinə uyğun gəlməsə də ehtimal
olunan modellər sırasındadır. Bu model qısaca aşağıdakıları nəzərdə tutur:
Mal, xidmət, kapital və insanların azad hərəkətinə icazə verilir
Əhəmiyyətli maliyyə töhfələri mütləqdir
Aİ daxili bazar qaydalarının tətbiqi şərtdir
Üçüncü ölkələrlə sərbəst müqavilə bağlamaq hüququ mövcuddur.
51
- İsveçrə Modeli: Böyük Britaniya Aİ-yə və Avropa İqtisadi Zonasına daxil
olmadan Aİ ilə ikitərəfli müqavilələrlə münasibətlər qura bilər. Aİ-dən asılı
olmadan başqa ölkələrlə ticarət müqavilələri imzalaya bilər. Qeyd edək ki,
İsveçrə 17 müqavilə və 120 ikitərəfli müqavilə ilə Aİ ilə əlaqələrini həyata
keçirməkdədir. Cari vəziyyətin formalaşması üçün 25 il lazım olmuşdur. Bu
modeldə də Böyük Britaniya Norveç modelindəki kimi olmasa da Aİ
proqramlarına iştirak haqqı ödəməlidir. Xidmət ticarətinə dair müqaviləsi
olmadığı üçün sadəcə mal ticarətindən yararlana bilər və ikili müqavilələrdə Aİ
qaydalarında əməl etməli olduğu halda qərarvericilikdə söz haqqı olmayacaq.
Böyük Britaniyanın yalnız onun maraqlarına uyğun olan sahələrdə əməkdaşlıq
etməsini nəzərdə tutan bu model Avropa İttifaqına maraqlı gəlməyə bilər. Bu
model qısaca aşağıdakıları nəzərdə tutur:
Mallar üçün tarif maneələri yoxdur
Xidmətlərə daha çox çıxış mümkündür
Maliyyə töhfələri mütləqdir
İnsanların azad hərəkətinə icazə verilir
Üçüncü ölkələrlə sərbəst müqavilə bağlamaq hüququ mövcuddur
- Ümumdünya Ticarət Təşkilatı: Böyük Britaniya Aİ-dən asılı olmadan ticarət
əlaqələri qura bilər. Aİ-nin iqtisadi siyasəti və tənzimləmələrinə uyğun olmağa
ehtiyac yoxdur. Aİ büdcəsinə haqq vermir. Ancaq bu modeldə Aİ ərazisində
insanların sərbəst hərəkətinə icazə yoxdur, Aİ bazarlarına daxil olmaq haqqı
yoxdur, Aİ-yə ixrac olunan məhsulların Aİ məhsul standartlarına uyğun olması
məcburidir. Qeyri-üzv dövlətlərlə Aİ arasındakı münasibətlərdə məhdudiyyətlər
mövcuddur.
Bu model qısaca aşağıdakıları nəzərdə tutur:
Digər ÜTT üzvləri arasında olduğu kimi malların ticarəti
Xidmətlərə daha çox çıxış mümkündür
Maliyyə töhfələrinə ehtiyac duyulmur
İnsanların azad hərəkətinə icazə verilmir
52
Üçüncü ölkələrlə sərbəst müqavilə bağlamaq hüququ mövcuddur. [60]
Əslində Brexit tərəfdarları bu modeli üstün hesab edirlər ancaq bunun ölkə
iqtisadiyyatına ağır təsirləri ola bilər.
[71]
Göründüyü kimi, münasibətləri tənzimləyən modellerin hər birinin hər iki tərəf
üçün müsbət və mənfi cəhətləri mövcuddur. Brexit sonrası Avropa İttifaqı ilə Böyük
Britaniya arasındakı münasibətlərin qeyd olunan modellərdən birinə əsaslanacağı
ehtimal olunsa da, bu münasibətlər təcrübədə görülməmiş yeni bir modellə də
tənzimlənə bilər.
Dostları ilə paylaş: |