Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 396,79 Kb.
səhifə35/48
tarix29.12.2016
ölçüsü396,79 Kb.
#3801
1   ...   31   32   33   34   35   36   37   38   ...   48
= +t = 703,5 + 311,6 7 = 2884,7

= +t = 703,5 + 311,6 8 = 3196,3

= +t = 703,5 + 311,6 9 = 3507,9

Beləliklə, bizim hesablamalarımıza görə Naxçıvan Muxtar Respublikasında

Ümumi Daxili Məhsulun 2015-ci ildə 2885 milyon manat, 2016-cı ildə 3196 milyon manat, 2017-ci ildə 3508 milyon manat olacağı gözlənilir.

Makroiqtisadi göstəricilərin beynəlxalq müqayisəsi müxtəlif ölkələrin sosial-iqtisadi inkişafını müqayisə etməyə imkan verən ən böyük nailiyyətdir. Adətən, müxtəlif ölkələrdə makroiqtisadi göstəricilərin və təsnifatların məzmunu, hesablanma metodları, məlumatların əldə edilməsi qaydası fərqlənirdi. Sosializm sistemi mövcud olarkən kapitalist ölkələrilə sosialist ölkələrinin makroiqtisadi göstəricilərinin müqayisə olunması çox mürəkkəb bir iş idi. Çünki həmin göstəricilər müxtəlif nəzəri və metodoloji konsepsiyalara əsasən qurulurdu. Respublikamız suverenlik qazandıqdan sonra uçot və statistikanın beynəlxalq standartlara keçirilməsi nəticəsində həmin müqayisələr xeyli asanlaşmışdır. ÜDM-un beynəlxalq müqayisəsi iki şərtin qəbulundan asılıdır: 1) Bütün müqayisə olunan ölkələr üçün ÜDM-un hesablama bazasının razılaşdırılması; 2) ÜDM-un ifadə olunduğu vahidlərin müqayisəli olması, yəni qiymət miqyası. ÜDM –un iki müxtəlif ölkə üzrə müqayisəsinin sadə yolu rəsmi valyuta kurslarından istifadə etməklə əhalinin hər nəfəri hesabı ilə göstəricilərin vahid valyutaya keçirilməsidir. Beynəlxalq müqayisələr proqramı 60-cı illərin axırında qəbul edilmişdir. Əvvəllər bu poqram əsasən tədqiqat layihəsi idi. BMP-ın birinci vəzifəsi beynəlxalq müqayisələrin geniş sisteminin metodologiyasını işləyib hazırlamaqdan ibarət idi. BMP-ın ikinci vəzifəsi isə real müqayisələr aparmaqla qəbul edilmiş metodologiyanı yoxlamaqdan ibarət idi. BMP-ın ilk üç raundı – 1970, 1973 və 1975-ci illərdə keçirilmiş və öz xüsusiyyətinə görə təcrübi xarakter daşıyırdı. Müxtəlif sosial sistemdən olan bir neçə ölkə üzrə müqayisə aparılmışdır. 1979-cu ildə Avropa statistiklərinin konfransı öz sessiyasında ilk dəfə “Beynəlaxlq müqayisələr layihəsi çərçivəsində Avropa müqayisələri proqramını” bəyəndi. Avropa Müqayisələri Proqramında (AMP) iştirak edən ölkələr iki qrupa ayrılır: I qrup Qərbi Avropa ölkələrindən ibarətdir. Bu qrup müqayisələri Avrostat və OESR təşkil etmişdir. ABŞ, Yaponiya, Avstraliya və Yeni Zellandiya da bu qrupa daxildir. Hər bir ölkə həmin qrupa daxil olan hər hansı ölkə ilə müqayisə oluna bilər.

II qrup Mərkəzi və Şərqi Avropa ölkələri və keçmiş Sovet İttifaqının bəzi respublikaları daxil olur. Bu müqayisədə hər bir ölkə ikitərəfli müqayisə olunmaqla bilavasitə Avstriya ilə də müqayisə edilir. Avropa statistikləri konfransı üç müqayisə aparılmışdır: I. 1985-ci il bazasında 20 ölkəni əhatə edirdi; nəticəsi 1988- ci ildə nəşr olunmuşdur. II. 1990-cı il bazasında 25 ölkəni əhatə edirdi və nəticəsi 1994-cü ildə dərc edilmişdir. III. 1993-cü il bazasında 42 ölkəni əhatə edirdi və nəticələri 1995-1996-cı illərdə dərc olunmuşdur. Avropa müqayisələri proqramının (AMP) III raunduna hazırlıq Şərqi Avropada baş verən siyasi dəyişikliklərlə və keçmiş Sovet İttifaqının dağılması ilə bir vaxta düşdü. Nəticədə 23 ölkə ikinci qrup müqayisələrə daxil edilməsini tələb etdilər. Azərbaycan Respublikası çoxcəhətli müqayisədə Türkiyə ilə müqayisə olunur (1994-cü il bazasında). Ümumiləşdirici iqtisadi göstəricilərin, çox vaxt ÜDM-un beynəlxalq müqayisəsi valyuta kurslarının köməyi ilə həyata keçirilir. Lakin valyuta kursları müxtəlif ölkələrdə istehsal olunan və ya istehlak edilən əmtəə və xidmətlərin əsaslandırılmış müqayisəsinə imkan vermir. Bu müxtəlif ölkələrdə qiymətlərin səviyyəsinin nisbətindəki böyük fərqlə şərtlənir. AMP-ın vəzifəsi qiymət səviyyəsində olan həmin fərqləri aradan qaldırmaqla ÜDM-un beynəlxalq müqayisəliliyini təmin etməkdir.






Yüklə 396,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin