Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti Kafedra: Azərbaycan dili və pedaqogika



Yüklə 0,76 Mb.
səhifə6/16
tarix02.01.2022
ölçüsü0,76 Mb.
#42477
1   2   3   4   5   6   7   8   9   ...   16
AD sərbəst iş No 1

Dialiji nitq

Dialoq sözü yunan mənşəli olub, dia–“iki” və loqos “elm, nəzəriyyə” sözlərindən yaranmışdır. Dialoq, ümumiyyətlə, “iki və ya daha artıq şəxs arasında gedən söhbət” deməkdir, ədəbi əsərlərdə “Ġki Ģəxsin söhbəti Ģəklində yazılmıĢ

hissə” məna-sındadır. Deməli, əsərlər – faciə, pyes və komediyalar dialoqlar şəklində qurulur. Dialoji nitqdə əsas yeri iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi tutur. İnsanlar bir araya gələrək mədəni ölçülər çərçivəsində bir-biri ilə mükamilə qurur, müəyyən məsələləri müzakirə edib öz rəylərini bildirirlər. Dialoji nitqdə, birincisi, hər replika birbaşa reaksiya – cavab tələb edir. İkincisi, dialoq rabitəsi nitq şəraitində gedir. Üçüncüsü, dialoq müəyyən konkret şərait və ya obyektlə bağlı olur və bu zaman ünsiyyət ikitərəfli canlı prosesə çevrilir. Məlumdur ki, dialoq replikalardan təşkil olunur. Dialoqun ilkin ünsürü olan replikalar xüsusi tərzdə hazırlanır. Əsərdə cərəyan edən ümumi situasiya ilə əlaqədar olan replikala təzahürdən əvvəl və sonra deyilənlərə cavab reaksiyası kimi təzahür tapır. Dialoqda ifadəlilik intonasiyanın fərqli formaları ilə (sual, nida, fasilə və s.), mimika və jest vasitələri, plastik əl hərəkət siqnalları ilə ifadə olunur, nitqin təsirlilik, ekspressiv-emosional çalar qazanmasında xüsusi yer tutur. Dialoq ifadələrin qısa və yığcamlığı, cümlələrin sintaktik quruluşunun sadəliyi, elliptik cümlələrin çoxluğu ilə səciyyələnir. Dialoji nitqin sual-cavab forması ən çox dram janrında özünü göstərir. Nitqin bu növündə cümlələrin əksəriyyəti yarımçıq, bitməmiş, sətiraltı mənalı olur. İnsanlar ictimai yerlərdə, iclaslarda, konfranslarda, tədris ocaqlarında, radio və televiziya verilişlərində normal fikir mübadiləsi üçün müəyyən qaydalara, etik normalara əməl edirlər.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin