86.”Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir” müddəası Konstitusiyanın hansı maddəsində təsbit olunmuşdur? A) Azadlıq hüququ
B) Bərabərlik hüququ
C) Yaşamaq hüququ
D) Əqli mülkiyyət hüququ
87. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hansı subyektlərlə münasibətdə hər kəsin bərabər hüquqları təmin edilir? A) Məhkəmələr və digər dövlət orqanlara ilə münasibətdə hər kəsin bərabər hüquqları təmin edilir.
B) Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti
səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
C) Fiziki və hüquqi şəxslərlə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir
D) Bütün hüquqi subyektləri ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir
88. Bərabərlik hüququ ilə bağlı aşağıdakı müddəalardan hansı biri doğru deyildir? A) Hamı qanun və məhkəmə qarşısında bərabərdir. B) Kişi və qadının bərabər hüquq və azadlıqları vardır.
C) Heç kəsə irqi əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud
güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. D) Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti
səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
89. Fiziki və əqli qüsurları olanlar hansı hüquq və vəzifələrdən başqa Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar? A) Qanunda və başqa normativ hüquqi aktlarda nəzərdə tutulan
B) Onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən