192. Hansı şəxslərin başqa dövlətə verilməsinə yol verilmir? 1.Başqa ölkə ərazisində cinayət tərədən şəxslərin
2.Azərbaycan Respublikasında cinayət törədən şəxslərin
3.Siyasi əqidəsinə təqib edilən şəxslərin
4.Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin
A) 1, 2 B) 2, 4
C) 1, 3 D)3, 4
193. Aşağıdakılardah hansı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” ilə bağlı maddədə təsbit olunmamışdır? A) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
B) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
C) Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə
digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
D) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri müvafiq icra
orqanları həll edir.
194. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi hansı şərtlə qismən və müvəqqəti məhdudlaşdırıla bilər? A) Beynəlxalq ictimai-siyasi vəziyyət nəzərə alınmaqla
B) Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə
C) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəyi nəzər alınmaqla
D) Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarını əsas götürməklə
195. Aşağıdakı mülahizələrdən hansı biri doğru deyildir? A) Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə məhdudlaşdırıldığı andan
məlumat verilir.
B) Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə
təqsirləndirilə bilməz.
C) Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə
yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
D) Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.