V I I I f ə s i l NAXÇIVAN MUXTAR RESPUBLİKASI 388. “Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir” müddəası Konstitusiyanın hansı maddəsində təsbit olunmuşdur? A) Normativ hüquqi aktlar
B) Naxçıvan Muxtar Respublikasının statusu
C) Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
D) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar
389. “Naxçıvan Muxtar Respublikasının statusu” ilə bağlı aşağıdakı mülahizələrdən hansı biri doğru deyil? A) Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
B) Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Respublikasının Konstitusiyası qanunu ilə
müəyyən edilir.
C) Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
D) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına zidd olmamalıdır.
390. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hansı qaydada təsdiq olunur? A) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə
təsdiq edilir.
B) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq
edilir.
C) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
D) Naxçıvan Muxtar Respublikasının Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təqdim edilir və qanun ilə təsdiq edilir.