74 420. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən normativ hüquqi aktların dərc edilməsi qaydası nə ilə müəyyən edilir? A) Konstitusiya qanunu ilə
B) Qanunla
C) Fərmanla
D) Konstitusiya Məhkəməsinin qərarı
421. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir? A) fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran;
B) hüquqi şəxslərin hüquq məsuliyyətini aradan qaldıran;
C) fiziki şəxslərin hüquq məsuliyyətini ağırlaşdıran;
D) hüquqi şəxslərin hüquq məsuliyyətini yüngülləşdirən.
422. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bələdiyyələrin qəbul etdikləri aktlar aşağıda göstərilən hansı akta zidd ola bilər? A) Azərbaycan Respublikasının Konstitusiyasına;
B) Azərbaycan Respublikasının qanunlarına;
C) Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanlarının qərarlarına;
D) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına.
423. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranması ilə bağlı aşağıda göstərilənlərdən hansı səhvdir? A) Azərbaycan Respublikasının Konstitusiyasına ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa Azərbaycan Respublikasının Konstitusiyası
tətbiq edilir;
B) Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət
yaranarsa dövlətlərarası müqavilələr tətbiq olunur;
C) Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanlarının qərarları ilə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa dövlətlərarası
müqavilələr tətbiq olunur;
D) Referendumla qəbul edilən aktlar ilə dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa
dövlətlərarası müqavilələr tətbiq olunur.