Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 WINDOWS əməliyyat sisteminin multimediya vasitələri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   46   47   48   49   50   51   52   53   54
21. WINDOWS əməliyyat sisteminin multimediya vasitələri 
WINDOWS əməliyyat sistemi xüsusi aparat və proqram vasitələrinin köməyi ilə 
yüksək keyfiyyətli səs və video interaktiv işini təmin edə bilir. Multimediyanın əsas 
vəzifəsi səs siqnalını rəqəm şəklinə və ya əksinə çevirmək; ikinci element isə - 
videoplatadır ki, onun vasitəsilə videoinformasiya rəqəm şəklinə və əksinə çevrilir. Səs 
platasına müxtəlif akustik sistemlər qoşulurlar. Səs və video ilə kompüterdə işləmək üçün 
çoxlu sayda proqram vasitələri mövcuddur. Bu cür proqramların minimal toplusu 
WINDOWS-un tərkibində vardır. Bu proqramlar vasitəsilə audikompakt diskləri 
oxutdurmaq, onlara informasiyanı yazmaq və səs fayllarını redaktə etmək, həmçinin 
videokliplərə baxmaq olar. Multimediya informasiyası (yəni cizgi, audio və video 
informasiya) çox böyük yer tutur. Buna görə də belə informasiya kompakt - disklərdə 
yerləşdirilir və həmin disklərdəki informasiyanı oxumaq üçün kompüterlərdə “CD-ROM” 
disk qurğusu olmalıdır. 
Səsli media. Səs iki şəkildə yazılır, səsdalğası (waveform) və MIDI formatında. 
Səsdalğası formatındakı faylların çoxu diskdə daha çox yer tutur, ancaq səs kartı olan hər 
kəs bu faylları işlədə bilər. MIDI faylları isə daha az yeri tutur, ancaq bunlar yalnız MIDI 
uygunluqlu avadanlıqlarla işləyə bilirlər. Artıq bir çox səs kartlarında MIDI sintezləyisi 
olur, bunun sahəsində bir çox multimedia sistemləri MIDI fayllarını işlədə bilirlər. 
Waveform Audio (Audio Səs Dalğası) - Audio səs dalğası, səs dalğalarının rəqəm 
görünüşüdür. Kompüterdə analoq-rəqəm və rəqəm-analoq çeviricisi olan bir adapter varsa, 
səs yazmaq və səsləndirmək olar. 
MIDI Audio (Musical Instrument Digital Interface - Musiqi Alətləri Rəqəm 
İnterfeysi) faylları səslərin rəqəm kodlarından deyil, əmrlərdən təşkil olunur. Bir MIDI 
əmri sintezləyiciyə hansı notu nə qədər müddətə səsləndirməsini bildirir. 
CD Audio - WINDOWS adətən musiqi CD-lərinin kompüterin CD-ROM 
sürücüsündə səslənməsini təmin edən bir sürücü ilə birlikdə gəlir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin