Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına
əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb
işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bununla əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev,
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil
Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru, Milli
Məclisin deputatı, akademik Əhliman Əmiraslanov və
tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri
xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı
önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın məzarı üzərinə də əklil qoyulmuş, gül
dəstələri düzülmüşdür.
Tibb işçiləri görkəmli ictimai xadim, böyük səhiyyə
təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Ta-
merlan Əliyevin də məzarları üzərinə tər çiçəklər
düzmüşlər.
Sonra Şəhidlər xiyabanına gələn səhiyyə işçiləri
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən öv-
ladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl”
abidəsinin önünə əklil qoymuşlar.
Dostları ilə paylaş: |