Azərbaycan universiteti SƏRBƏst iŞ Fakültə


Kadrların strateji idarə edilməsi



Yüklə 66,53 Kb.
səhifə2/7
tarix15.01.2023
ölçüsü66,53 Kb.
#79287
1   2   3   4   5   6   7
Ağayeva Jalə

Kadrların strateji idarə edilməsi. Kadrların strateji idarə edilməsi (Kadr strategiyası) təşkilatların bütün strateji fəaliyyəti və konsepsiyası, onun proqnostikası ilə üzvü şəkildə bağlıdır. Bu, kadr potensialının indiki və gələcək vəziyyətini müqayisəli halda qiymətləndirməyi, problemə yeni qaydada yanaşmağı tələb edir. Kadrların strateji idarə edilməsi həmçinin təşkilatın strateji məqsədinin, missiyanın formalaşması, strateji variantların seçilməsi, firma daxili və firmadan xarici amillərin sistemli təhlili ilə də şərtləşir. Kadrların strateji idarə edilməsinin səmərəli nəticələri isə strateji sahibkarlıq, strateji dinamik artım ilə üzvü halda əlaqədardır. Burada heyətin inkişafı, seçilməsi və qiymətləndirilməsi, səmərəlilik meyarlarının, bütövlükdə strateji modelin seçilməsi də mühüm əhəmiyyət kəsb edir. Ona görə də heyətin strateji idarə edilməsi ilə təşkilatların strateji idarə edilməsi bir-birilə bağlıdır və onlar bir-birini tamamlamalıdır.
Kadrlarla işin planlaşdırılması. Kadrlarla iş planının tərtib edilməsi onların formalaşmasında mühüm rol oynayır. O planlaşdırma sisteminin və kadr siyasətinin tərkib hissəsidir. Bu plan hər bir müəssisə, idarə və nazirlik üzrə tərtib olunur. Burada istehsal vəzifələri, elmi-texniki tərəqqidən irəli gələn tələblər nəzərə alınır. Kadrlarla iş planı cari və perspektiv planların tərtib olunması vasitəsi ilə əsaslandırılır. Müəssisə, firma və nazirliklərin iş təcrübəsində kadrlarla iş planı dörd mərhələdə aparılır: birinci mərhələdə təsərrüfat rəhbərlərinin, MTİ-lərin tərbiyə edilməsi onların keyfiyyətcə tərkibinin yaxşılaşdırılması, ehtiyat kadrların yaradılması, kadrların yeniləşməsi, onların attestasiyası, gənc mütəxəssislərlə iş, onların yerləşdirilməsi məsələləri; ikinci mərhələdə kadrların (əsas və əlavə tələbata uyğun olaraq), hazırlıq formaları ilə əlaqədar olan bütün məsələlər, üçüncü mərhələdə elmi-texniki tərəqqi ilə əlaqədar olaraq kadrların yenidən hazırlanması və ixtisasının artırılması üzrə işlər; dördüncü mərhələ isə kadrların müəssisə və idarədaxili bölmələr üzrə yerləşdirilməsi, onlardan istifadənin təhlili əks olunur.

Yüklə 66,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin