Fяxrяddиn mustafayev


Fasiləli  (arasıkəsilən-dizputiv)  seçməyə



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə263/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   259   260   261   262   263   264   265   266   ...   284
Fasiləli  (arasıkəsilən-dizputiv)  seçməyə  misal  olaraq  süd  məhsul-
darlığına  və  südün  yağlılığına  görə  inəklər  arasında  2  istiqamətli-fasiləli 


 
190 
seçmənin  aparılmasını  göstərmək  olar.  Belə  ki,  südlük  istiqamətli  qaramalın 
seçməsi  aparılarkən  populyasiya  2  fərqli  qrupa-yüksək  süd  məhsuldarlığına, az 
yağlılığa və aşağı süd məhsuldarlığına, yüksək yağlılığa malik olanlara bölünür. 
Beləliklə,  bu  zaman  populyasiya  mələz,  yaxud  hibrid  subpopulyasiyalarına 
ayrılaraq  bir-birindən  əlamətlərinə  görə  kəskin  surətdə  fərqlənirlər.  İstənilən 
formada  aparılan  seçmələr  xarici  mühit  amillərinin  təsirindən  asılı,  əsas 
əlamətlər və orqanlar isə seçmənin təsirinə daha çox həssas olur və dəyişikliyə 
məruz  qalır.  Populyasiyalarda  aparılan  seçmənin  onun  genetik  quruluşunun 
dəyişilməsinə  və  səmərəliliyinə  yetişdirmə  üsullarının  daha  güclü  təsir 
göstərməsini  nəzərə  alaraq  çarpazlaşdırma  və  qohumlar  arasında  cütləşməyə 
(inbridinq)  xüsusi  üstünlük  verilir.  Bu  zaman  populyasiyada  genetik  tarazlıq 
pozulduğundan  panmiksiya  prinsipi  öz  gücünü  tamamilə  itirir.  Həm 
heyvandarlıqda, 
həm 
də 
bitkiçilikdə 
çarpazlaşdırma 
aparılarkən 
populyasiyalarda  heteroziqot  fərdlər  yaranır  və  onların  məhsuldarlıq  əlamətləri 
müsbət istiqamətdə dəyişilir. İnbridinqdə isə proses əksinə baş verir, homoziqot 
fərdlərin  sayı  üstünlük  təşkil  edir,  balavermə  və  həyat  funksiyaları  çox  azalır, 
bəzən  isə  onlar  məhv  olurlar.  Beləliklə,  genofondda  arzu  olunmayan  əlamətlər 
qiymətli və arzu olunan əlamətlərlə əvəz olunur, seçmənin səmərəsi yüksək olur 
və yaxşılaşdırma müsbət istiqamətlərə yönəldilir. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin