VII fəsil. Baytarlığın elmi və kadr təminatı və baytarlıq
xidmətinin maliyyələşdirilməsi
Maddə 36. Baytarlıq sahəsində elmi tədqiqatlar
36.1. Baytarlıq sahəsində aparılan elmi tədqiqatların əsas istiqamətləri və proqramları
müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmalıdır.
36.2
. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş baytarlıq
preparatlarının, yem və yem əlavələrinin baytarlıq normativlərinə uyğunluğunu müəyyən
etmək üçün onlar müvafiq qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada
aprobasiyadan keçirilməlidirlər.
36.3. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan
xəstəliklərinin diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan
mikroorqanizm və parazitar xəstəlik törədicilərinin ştammları baytarlıqda istifadə edilən
və saxlanılan ştammların Milli Kolleksiyasında saxlanılmalıdır.
36.4. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli
Kolleksiyasının yaradılması və fəaliyyəti qaydaları
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
36.5. Baytarlıq sahəsində elmi tədqiqatlar dövlət büdcəsi, müəssisələrin büdcədənkənar
vəsaitləri və könüllü ayırmalar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr
hesabına maliyyələşdirilir.
Dostları ilə paylaş: |