Baza modulu üzrə Təlim Materialı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   13   14   15   16   17   18   19   20   ...   84
Peşə etikası

Peşəkar təşkilatlanma

      Peşəkar təşkilatlanma peşəkar status qazanılması prosesidir. Peşəni  – oxşar bilik və bacarığa 

sahib  olan,  birgə  ünsiyyət  mədəniyyəti  formalaşdıran  insanların  bir  araya  gəldiyi  sosial  qrup  kimi 

adlandıra  bilərik.  Fərdin  sosial  xarakter  daşıyan  peşəyə  daxil  olması,  onun  birlik  olmanın 

təbiətindən  irəli  gələn  güc,  mənəvi  məmnuniyyət  hissi  qazanmasına  səbəb  olur.  Peşəkar 

təşkilatlanmanın  ilk  mərhələsi  peşə  təhsilinin  qazanılmasıdır.  Təhsil  verən  müəssisəyə  daxil  olan 

fərd  bundan  öncəki  prosesdən  fərqli  olan,  ona  peşə  qayda  və  qanunlarını  qazandıran  yeni 

təşkilatlanmaya qoşulur. Peşəkar təhsilin əsas hədəfi təhsildən əlavə peşəyönümlü təşkilatlanmanı 

təmin etməkdir. Peşəkar təşkilatlanma fərdin işləyəcəyi qurumlarda fəaliyyəti ilə davam edir.  

      Peşəkar təşkilatlanmada digər vacib qurum həmkarlar ittifaqıdır. Həmkarlar ittifaqı peşədaxili 

təhsilə yönəlmiş qısamüddətli təhsil seminarları, peşəyönümlü nəşrlər, peşə ilə bağlı simpoziumları 

ilə təşkilatlanma funksiyalarını yerinə yetirirlər. 

      Bir  peşəni  digər  peşədən  fərqləndirən  bir  sıra  xüsusiyyətlər  vardır.  Buna  peşə  mədəniyyəti 

deyə bilərik. Peşələr daxili düşüncə tərzi, dəyərlər, qaydalar, müəyyən edilmiş ünvanlar, emblemlər, 

geyim tərzi, fərdi geyim forması, tarixi-mədəni mənaları ifadə edən simvollarla birgə bir mədəniyyət 

formalaşdırırlar.  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin