Özünütəhlil üzrə müxtəlif metodlar
Qrup işində sizin rolunuzun özünütəhlili üçün ən faydalı metod qrup işində güclü və zəif
cəhətlərinizin təhlilinə başlamaqdır.
Güclü cəhətlər: Qrup işində nəyi yaxşı bacarırsınız?
Zəif cəhətlər: Qrup işində nəyi yaxşı bacarmırsınız?
Əgər nəyi yaxşı bacardığınızı bilirsinizsə, siz həmin sahədə daha yaxşı olmalısınız. Və nəyi yaxşı
bacarmadığınızı bilirsinizsə, təkmilləşdirməli olduğunuz sahəni də bilirsiniz! Siz, həmçinin müxtəlif
situasiyalarda müxtəlif rollar oynaya bilərsiniz.
Bütün özünütəhlil proseslərində olduğu kimi, başqalarının fikirlərini öyrənmək də həmçinin vacibdir.
Siz öz güclü və zəif cəhətləriniz haqqında bir fikirdə, başqaları isə digər fikirdə ola bilərsiniz.
3.3.2. T
ələbələr üçün fəaliyyətlər
Qrup işində güclü və zəif cəhətlərinizdən ibarət siyahı hazırlayın. Siyahını
qrupunuza təqdim edin və bir-birinizin fikrini öyrənin. Qrupunuzun üzvləri sizin güclü
və zəif cəhətləriniz haqqında sizdən fərqli fikirdə ola bilər.
Qiymətləndirmə meyarı 2-də qrupda müxtəlif rollarla işlədiniz. İndisə, gəlin sizin
adətən qrup daxilində hansı rolları oynadığınızı öyrənək.
Dostları ilə paylaş: |